Məhkəmə qərarları › İş №2(036)-499/2022

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-499/2022

15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-499/2022 15.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, iddiaçı Ərizəçi iştirakı ilə, İddiaçı Ərizəçi cavabdeh İmişli regional “ASAN” xidmət mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzülü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması tələbi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X1 qalmış 2.05 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbinin üzürlü hesab edilməsi və mirasın qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, atası X4 29 oktyabr 2004-cü il tarixdə vəfat etmişdir. 2.05 ha torpaq sahəsi JN-567 kodlu 90700118 saylı dövlət aktına əsasən onun atasına məxsusdur. O, anasının sağ olduğu vaxtlardan həmin torpaq sahəsindən istifadə etmiş, lakin atasının vəfatından 6 ay müddət ərzində notariat kontoruna mirası faktik qəbul etməsi barədə ərizə verməli olduğunu bilməmişdir. Hazırda isə həmin müddəti ötürdüyündən vərəsəlik işinin açılmasından imtina olunmuşdur. Bu səbəbdən anasından qalan əmlakı öz adına rəsmiləşdirə bilmir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Doğum akt qeydindən çıxarışa əsasən Ərizəçi 23 avqust 1964-cü il tarixdə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur, X4 onun atasıdır. İşdə olan JN-0567 kodlu 90700118 saylı Dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 15 iyul 2003-cü il tarixli, 03 saylı qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X4, X9 və X5 2.05 ha torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 091111 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 29 oktyabr 2004-cü il tarixdə ölmüşdür. İşdə olan 23 sentyabr 2010-cu il tarixli, 502 nömrəli ölüm haqqında akt qeydindən çıxarışa əsasən X6 12 sentyabr 2010-cu il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 230230 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 oktyabr 2013-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı Ərizəçi atası X2 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilməli və 2.05 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbulu müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Ərizəçi atası X3 ölümündən sonra miras qalmış əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsinin səbəbləri üzrlü hesab edilsin və JN-567 kodlu 90700118 saylı dövlət aktına əsasən verilmiş 2.05 ha torpaq sahəsindən ibarət miras əmlakın qəbulu müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar