Məhkəmə qərarları › İş №2(036)-509/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-509/2025

24.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-509/2025 24.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İddiaçı - cavabdeh X1 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı - cavabdeh X1 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 18 saylı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 09 aprel 1989-cu il tarixdə Gəncə nikah evində X3 ilə nikaha daxil olaraq evlənmiş və hazırda onunla birlikdə nikahlarından 3 övladları olmaqla bir yerdə Gəncə şəhərində yaşayırlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, guya o, cavabdeh X4 ilə xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuş və bu nikah İmişli rayonu Sarıxanlı kənd icra nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır. Onun bu nikahdan məlumatı olmamış, ümumiyyətlə həmin şəxsi tanımamışdır. Bundan başqa nikah bağlandığı tarixdə o, hərbi xidmətdə olmuşdur. Qeyd olunanlardan göründüyü kimi onun həmin şəxslə heç bir əlaqəsi olmamış, uzaqdan və yaxından qohumluğu olmamış və həmin şəxslə bir gün də belə olsun ər-arvad kimi münasibətləri olmamışdır. Buna görə də onun cavabdeh X4 ilə 23 iyun 1983-cü il tarixli İmişli rayonu Sarıxanlı kənd icra nümayəndəliyi tərəfindən bağlanmış 18 saylı nikahı etibarsız sayılmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada dəfələrlə xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə nikah evi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ 495076 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinən görünür ki, İddiaçı ilə X3 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış və həmin nikah 278 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Gəncə regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 566 nömrəli nikah haqqında arayışdan görünür ki, X7 ilə X4 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış və həmin nikah 18 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Rusdamova” soyadı verilmişdir. “Azemis” Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, iddiaçı arvadı qismində X2 (Fin 1SV0PCK) göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı və X4 iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə İmişli Rayon Məhkəməsinin hesabına 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 25.1. Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: ...... 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); ...... Qanunvericinin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək olmur. Həm Azərbaycan Respublikası Konstitusiyasının 34.2-ci maddəsinə, həm İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin 16.2-ci maddəsinə, həm də Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə qeydiyyata alınan könüllü ittifaqıdır və heç kəs zorla evləndirilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdurdu ki, tərəflər əslində ailə qurmaq niyyəti olmamışdır. İddiaçı cavabdehi ümumiyyətlə tanımır. Onunla heç bir əlaqəsi olmamış, onlar faktiki olaraq birlikdə yaşamamış, toy mərasimi keçirilməmiş və ümumiyyətlə ailə münasibətlərində olub birgə təsərrüfat aparmamışlar. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun X3 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmış və həmin nikah 278 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Rüstəmova” soyadı verilmişdir. Beləliklə, tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı məhkəmə iclasında müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixdə İmişli rayonu Sarıxanlı kənd icra nümayəndəliyində bağlanmış, 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixdə İmişli rayonu Sarıxanlı kənd icra nümayəndəliyində bağlanmış, 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar