Məhkəmə qərarları › İş №2(036)-520/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-520/2025

11.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-520/2025 11.06.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, habelə onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlunun iştirakı ilə, İddiaçı1 X1 Cavabdeh qarşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi və İmişli Rayon Yalavac Bələdiyyəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər olmaqla, “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaq üzərində olan tikilinin sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi” tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, torpaq üzərində olan tikilinin sökülməsi və torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış 0,50 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, onun üzərinə qanunsuz olaraq zəbt edərək inşa etdiyi tikililərin öz hesabına sökülməsi, ərazidən daşınması və ərazinin ilkin vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə rəhbəri olduğu İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaraq təsdiq edilmişdir. 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən İddiaçı1 Xırda Müəssisəsi İddiaçı1nə çevrilmiş və hüquqi varis olaraq sələfinin bütün hüquq və vəzifələrini qəbul etmişdir. 1991-ci ildə yuxanda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə tərəflərindən avtomobillər üçün yuyucu sexi inşa etdirilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır. Sonradan obyektiv səbəblərdən uzun müddət Bakı şəhərində olmuşdur. Lakin bu dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 24 fevral 2022-ci il tarixli, 32 nömrəli məktubla İmişli rayon, Yalavac Bələdiyyəsinə müraciət edilərək İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış 0,5 ha torpaq sahəsindən Cavabdeh hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. İmişli rayonu, Yalavac Bələdiyyəsi özünün 04 mart 2022-ci il tarixli, 11 nömrəli məktubu ilə Cavabdeh Yalavac Bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinin ayrılması barədə heç bir arxiv sənədinin olmadığını bildirmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən Milli Arxiv İdarəsinə 11 avqust 2021-ci il tarixdə rəsmi məktubla İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə İddiaçı1 Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsinin ayrılması ilə bağlı arxiv sənədlərinin olub-olmaması, cavab müsbət olduğu təqdirdə mövcud sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi xahiş edilmişdir. Həmin müraciətləri İmişli rayon Dövlət Arxivinə göndərilmiş və İmişli rayon Dövlət Arxivi özünün 30 avqust 2021-ci il tarixli, 100 nömrəli məktubu ilə 7 vərəqdən ibarət arxiv sənədini (xx.xx.1991-ci il tarixli qərar, akt, ayrılmış 0,50 ha torpaq sahəsinin planı, protokoldan çıxarış, məktub) təsdiq edərək Vəkil Bürosunun ünvanına göndərmişdir. Tərəflərindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə İddiaçı1nə ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub-olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 70 saylı məktubla müraciət edilmişdir. Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə müvafiq çöl ölçmə işlərini apara bilməmişlər. İddiaçı1 Xırda Müəssisəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə hüququ vəziyyət yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. X15 Qanunun 7-ci maddəsinin 1-ci bəndi: Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla, qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Rayon XDS İcraiyyə Komitəsinin Qərarı ilə 1991-ci ildə sahibkarlıq fəaliyyəti üçün hüquqi şəxsə verilən (0,5ha) torpaq sahəsinin bələdiyyələr yaranarkən 2000-ci ildə qanunvericiliyin tələblərinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır və belə torpaqlara bələdiyyələrin subyektiv hüququ yaranmır. Bələdiyyə əraziləri və torpaqları haqqında Az.Res. xx.xx.1999-cu il tarixli 771-İQ saylı Qanununun 2.1-ci bəndinə əsasən dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla, qalan torpaqlar Bələdiyyə torpaqlarıdır. Dövlət tərəfindən torpaqların bələdiyyə orqanlarına təhvil verilməsi prosesi müvafiq icra hakimiyyəti orqanının lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməsiylə həyata keçirilir. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə dair verilmiş etirazda göstərilmişdir ki, İddiaçı1 tərəfindən Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qanunsuz tikililərin sökülməsinə dair" iddia ərizəsi iiə imişli Rayon Məhkəməsinə müraciət edilmişdir. iddia tələbini onunla əsaslandırılmışdır ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci i! tarixli, 277 saytı qərarına əsasən İmişli-Bəhramtəpə avtomobil yolunun sol tərəfindən keçmiş “Ulduz’' kolxozunun əkinə yararsız ərazisindən avtomobillərə texniki xidmət sexinin tikintisi məqsədilə 0,5 ha torpaq sahəsi ayrılmış və həmin sahənin planı hazırlanaq təsdiq edilmişdir, 1991-ci ildə yuxarıda qeyd edilən qərar verildikdən sonra ayrılmış sahədə guya onun tərəfindən avtomobillər üçün yuyucu sexi inşa edilmiş və 35 metr dərinlikdən diametri 300 mm olan artezian quyusu qazdırılmışdır, sonradan obyektiv vəziyyətlə əlaqədar olaraq uzun müddət Bakı şəhərində olmuş həmin dövr ərzində daim müəssisə üçün ayrılmış sahədəki tikililərə nəzarət etmişdir. Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 24 fevral 2022-ci il tatixli, 32 nömrəli məktubla İmişli rayon, Yalavac Bələdiyyəsinə müraciət edirək "xxxx" Xırda Müəssisəsinə 0,5 ha torpaq sahəsindən Cavabdeh hansı sənədlər əsasında və nə qədər torpaq sahəsi ayrıldığı barədə arayış verilməsi xahiş edilmişdir. Yalavac Bələdiyyəsi özünün 04 marl 2022-ci il tarixli, 11 nömrəli məktubu ilə Cavabdeh Ətiqulu oğluna Yalavac Bələdiyyəsi tərəfindən həyətyanı torpaq sahəsinin ayrılması barədə heç bir arxiv sənədinin olmadığını bildirmişdir. AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beytəcjan Ərazi idarəsinə İddiaçı1nə ayrılmış 0,5 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olub- olmaması, mənsubiyyəti, onun hazırkı statusu və baş plandan çıxarışı barədə məlumat verilməsi üçün 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri 33 saylı Vəkil Bürosu tərəfindən 70 saylı məktubla müraciət edilmişdir. Kiçik müəssisəyə ayrılmış 0,5 ha torpaq sahəsinin 0,15 ha hissəsi Cavabdeh tərəfindən qanunuz olaraq zəbt edilmişdir. Həmin şəxs çöl ölçmə işlərinə hər vasitə ilə maneə oldu və bu səbəbdən AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə çöl ölçmə işlərini apara bilmədilər. "xxxx" Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər hazırda qüvvədədir, müəssisənin yazılı razılığı olmadığı təqdirdə hüquqi vəziyyət yalnız məhkəmə qətnaməsi ilə dəyişdirilə bilər. Aşağıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməlidir. İlk növbədə qeyd etmək istərdi ki, iddiaçının mübahisələndirdiyi və cavabdehin istifadəsində olan torpaq sahəsi iddiaçı "Kilim” X9 torpaq sahəsi ayrılmasından 2 (iki) il əvvəl ayrılmışdır. Belə ki, cavadeh Cavabdeh imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məhəmmədlı kəndindəki su anbarının sol tərəfindən 50 metr aralı, İmişli-Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri göstərilməklə eni 36 metr, uzunluğu isə 42 metr olmaqla ilkin torpaqayırma sənədi planı (sxemi) yerqruluşu qaydasında hazırlanmaqla ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsi onun tərəfindən hasarlanmış, müəyyən tikinti işləri aparılmış və hal-hazırdada onun istifadəsindədir. Qeyd edir ki, 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi yerquruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında apaılırdı və torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilirdi. Halhazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinin tələbinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədlər yerdə (naturada) və xəritədə müəyyən edilir, həmin Məcəllənin 3-cü bəndinin tələbinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Eyni zamanda həmin Məcəllənin 6-cı bəndinin tələbinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 1991-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 32-ci maddəsinin 8-ci bəndinin tələbinə görə kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən 1(bir) il ərzində və qeyrikənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 (iki) il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət, sahiblik, istifadə və icarə hüquqlarına xitam verilirdi. Eyni zamanda hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə də kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq üzərində mülkiyyət, sahiblik istifadə və icarə hüquqlarına xitam verilir. Göründüyü kimi Cavabdeh 0,15 ha həyətyanı torpaq sahəsi ayrılarkən həmin qanunların tələblərinə uyğun ayrılmış və hal-hazırda da onun istifadəsindədır. Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin əməkdaşları tərəfindən ərazidə çöl ölçmə işlərinə maneə olması fikrinə gəldikdə isə bunlar hamısı iddiaçının uydurması olmaqla, cavabdehin qanuni istifadəsində olan torpaq sahəsini ələ keçirmək məqsədi daşıyır. “X15” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Eyni zamanda həmin qanunun 10-cu maddəsinin tələbinə görə Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilerkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Cavabdehin müraciəti əsasında 'X16 və Ekpertiza Mərkəzi" MMC-nin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilmiş, təqdim olunmuş sənədlər əsasında araşdırılma aparılmaqla müvafiq mütəxəsis rəyi tərtib olunmuşdur. Həmin rəydən də müəyyən olunur ki, Cavabdeh faktiki istifadə etdiyi 0.15 ha həyətyanı torpaq sahəsi İmişli rayonu M.Ə.Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında ona ayrılmış ölçülər daxilində olmaqla ilkin torpaqayırma sənədinə planına (sxeminə) uyğundur. Mütəxəssislər tərəfindən “Kilim" X9 ayrılmış torpaq sahəsinin ilkin lorpaqayırma sənədləri əsasında yerdə naturada müəyyən edilməsi üçün araşdırma apanlarkən o da müəyyən olmuşdur ki, sözügedən müəssisəyə ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədi planı (sxemi) ilə natura arasında ciddi uyğyunsuzluq mövcuddur. Belə ki, ilkin sxemdə göstərilən su anbarının yanı və kənddaxili yolun yeri naturada olduğundan tamamilə fəqli yerlərdə yerləşir. Mütəxəssislər tərəfindən xüsusi proqram vasitəsi ilə İddiaçı1nə ayrılmış torpaq sahəsinin 1:10000 miqyasında olan sxem və həmin sxemdə tərpənməz nöqtələr kimi göstərilmiş kənddaxili yol və su anbarına əsasən Google Ver proqramının ortofoto görüntüləri üzərinə, yeni naturaya yerləşdirilərkən məlum olur ki, kiçik müəssisəyə ayrılmış torpaq sahəsi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda yerləşir. Bu da onu göstərir kir iddiçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Göründüyü kimi cavabdehə torpaq sahəsi yuxarıda qeyd olunan qanunların tələbinə uyğun ayrılmış və həmin cavabdeh tərəfindən 30 (otuz) ildən artıqdır ki, torpaq sahəsi fasiləsiz istifadə edilir. Göründüyü kimi iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı2, habelə onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Vəkil Zülfiqar oğlu hər biri ayrı-ayrılıqda iddianı əsassız hesab edərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli İddiaçı1 qərarından görünür ki, İddiaçı1 Nizamnamə kapitalı 20 (iyirmi) manat pul şəklində müəyyən edilmiş, İddiaçı1 direktoru vəzifəsinə İddiaçı2 təyin edilmiş, Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edilmiş, Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, hazır sənədlərin, o cümlədən bütün reyestr məlumatlarını əks etdirən kommersiya hüquqi şəxslərin dövlət reyestr çıxarışını və bununla bağlı digər hərəkətlərin edilməsi direktor İddiaçı2 həvalə edilmişdir. İşdə olan VÖEN ********** nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi X12 haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2017-ci il tarixdə qeydiyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1951-ci il tarixdə anadan olmuşdur. İşdə olan İmişli rayonu Yalavac Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli məktubdan görünür ki, İmişli rayon Məhəmmədli kənd sakini Cavabdeh Yalavac bələdiyyəsi tərəfindən verilmiş 0,20 ha həyətyanı torpaq sahəsi barədə Yalavac bələdiyyəsinin arxivində heç bir sənəd yoxdur. İşdə olan İmişli Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 100 nömrəli məktubundan görünür ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokol kitablarına baxılarkən XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarı ilə həqiqətən İmişli rayonunun Məhəmmədli kəndi ərazisindən İmişli rayonunda fəaliyyət göstərmiş İddiaçı1 kiçik müəssisəsinə 0.5 ha torpaq sahəsinin ayrılması və obyektin layihələndiriliməsinə razılıq verilməsi haqqında qərar və qərarın verilməsinə əsas olan sənədlər aşkarlanmışdır. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №li qərarından görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İşdə olan İmişli rayonunun “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli 3 №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından İmişli İddiaçı1 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmişdir. İşdə olan İmişli İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsinin planından görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış 0,50 ha sahənin miqyası və planı kril hərifləri ilə baş yer qurluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. İmişli rayon XDS İcraiyyə komitəsi tərəfindən tərib edilmiş aktdan görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə və qərbdən İmişli bir may yolu ilə əhaət olunmuşdur. Ayrılmış sahədə söküləcək tikinti yoxdur. Ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan sanitariya yanğından mühafizə normalarına tam uyğun hesab edilir. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 №-li iclas protokolundan görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer qurluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İmişli Rayon XDS İcraiyyə Komitəsinin sədri Ə.Mürsəlova ünvanlanmış xx.xx.1991-ci il tarixli 04 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Xarici X5 üzrə “Diyar” assosiasiyası İmişli İddiaçı1 xırda müəssisəsinin rəhbərliyi Sizdən xahiş edir ki, Məhəmmədli kəndi əhalisinə texniki xidmət göstərmək üçün Məhəmmədli kəndindən 0,5 hektar torpaq sahəsi ayrılmasına köməklik göstərilməsi və həmin sahədə yuyucu stansiyasi və avtomobillərə xidmət sexi tikməyi nəzərdə tutmuşdur. İmişli rayonu M.B.Qasımov adına kolxoz idarə heyyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli iclas protokolunun çıxarışından görünür ki, İmişli rayonu, Məhəmmədli kəndində yaşayan kolxozun üzvü Cavabdeh həyətyanı torpaq sahəsinin olmaması ilə bağlı ərizəsi nəzərə alınmaqla ona İmişli rayonu, Məhəmmədli kəndinin ərazisindəki, su anbarının sol tərəfindən 50 metr aralıdakı İmişli – Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Kolxoz torpaq komissiyasına tapşırılmışdır ki, ayrılmış torpaq sahəsini ölçüb Cavabdeh təhvil verməklə bu torpaq sahəsinin təyinatı üzrə istifadə olunması haqqında torpaq vergisini ödəməsi ona izah olunmuşdur. Məhəmmədli kənd sakini Cavabdeh ayrılmış həyatyanı torpaq sahəsinin planı və miqyasından görünür ki, İmişli Aqrokombinatının baş yer quruluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X10 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 29 aprel 2024-cü il tarixli № 2-1 (036)-520/2024 (filila daxil olma tarixi 21 may 2025-ci il) qeydiyyatlı məktubunuza təkrar cavab olaraq bildirilir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun sənədləri, İmişli rayon X17 İcraiyyə Komitəsinin sənədləri və Azərbaycan SSR İmişli rayonu Ulduz kolxozunun sənədləri Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialına təhvil verilməyib. İmişli Rayon Dövlət Arxivinin 33 saylı vəkil bürosunun müdiri Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli 21 nomrəli məktubundan görünür ki, İmişli rayon M.B.Qasımov adına kolxozun İmişli Rayon Dövlət Arxivində hər hansı bir iclas protokolu saxlanılmır. Adı gedən kolxozun Arxivdə yalnız 1992-1996-cı illərin son hesablaşma kitabları saxlanılır. Kolxoza aid digər sənədlər mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli Rayon Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq bildirdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli qərarı mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı və qərarın verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. İşdə olan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-3908/2023 saylı Mütəxəssis rəyindən görünür ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. Eyni zamanda ölçmə işləri zamanı qeyd olunan 0.50 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən İmișli rayon Məhķəməsi tərəfindən sonradan 27 dekabr 2022-ci il tarixli 2(036)-2893/2022 sayli məktub vasiləsi ilə təqdim olunan sənadlər əsasında (xx.xx.2023-cü il tarixli ********** nömrə ilə qeydə alınmışdır.)İmişli rayonu keçmiş M.B Qasımov adına kolxozun adına idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nomrəli iclas protokuluna əsasən, X6 aynlmış 0.10 ha torpaq sahəsinin (İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il tarixli 10 saylı qərarina əsasən, X6 ayrılmıs 0.04 ha torpaq sahasi 0.10 ha torpaq sahəsinin daxilində yerləşir) və İmişli rayonu keçmiş M.B.Qasımov adına kolxozun adına idarə heyatinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokuluna əsasən Cavabdeh ayrılmıș 0.15 ha torpaq sahəsinin də hüdudları müəyyən olunmuşdur. İmişli rayon XDS lcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli idas protokolundan çıxarışa və 28 İddiaçı1 Müstəqil sentyabr 1991-ci il tarixli, 277 saylt qərarına əsasən “Kiçik” müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə olunmaqla 0,10 ha hissəsi Əliqulu oğlu tərəfindən istifadə olunur. X11 va 0.15 ha hissəsi isə X3 tərəfindən istifadə olunur. lmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən X19 ogluna ayrılmış 0.04 ha torpaq sahəsinin hüdudları ləğv edilmiș Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş və təsdiq edilmiş yerqurulușu planına əsasən müəyyən edilmişdir. Qeyd: İmişli rayon Yalavac bələdiyyəsinin 30 oktyabr 2013-cü il larixli 10 saylı qərarına əsasən, X7 ayrılmıș 0.04 ha torpaq sahəsi lmisli rayonu keçmis M.B. Qasimov adina kolxozun adına idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokuluna əsasən, X19 ogluna ayrılmiş 0.10 ha törpaq sahəsinin hüdudları daxilində yerləşir. Qeyd olunan 0.04 ha orpaq sahəsinə müdaxilə faktı mövcud deyildir və X11 tərəfindən istifadə olunur. İşdə olan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-45/2-2091/2024 saylı Mütəxəssis rəyindən görünür ki, cavabdehlər X4 və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri yerində müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, X4 faktiki istifadəsində 0.10 ha və Cavabdeh faktiki istifadəsində isə 0.34 ha torpaq sahəsi mövcuddur. Cavabdeh X4 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sabəsstvn ölçusu eynidir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü arasında uyğunsuzluq vardır. Cavabdeh ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. İddiaçı1 müstəqii kiçik müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə faktları vardır. “Kilim“ X9 ayrılmış 0.50 ha torpaq sahəsinin 3.10 ha hissəsi X11 və 0.15 ha hissəsi isə Cavabdeh Əlqulu oğlu tərəfindən istifadə olunur. X4 faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsi İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1589-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış; ayrılmış 0.10 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda göstərilən ölçü daxilində istifadə olunur. Torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına (ilkin torpaqayırma sənədinə) uyğundur. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) X6 0.10 ha həyətyanı torpaq sahəsi üçün ayrılmasına baxmayaraq naturada məzar daşının hazırlanması sexi kimi istifadə olunur. X6 ayrılmış 0.10 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17 mart 2006-cı tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əlavə olunmuş texniki pasportda göstərilən parametrlərə uyğunluğunu tərtib olunmuş sxemdə istinad nöqtələrinin olmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır . Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, cavabdeh X11 tərəfindən inşa edilmiş Köməkçi tikili (alətlər otağı) və qurğular qeyd olunan 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh İmişli rayonu keçmiş M. B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) ayrılmış 0.15 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda istərilən ölçü daxilində istifadə olunmur. İstifadəsində olan torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş quruluşu planına (ilkin torpaqayırma sahəsinə) uyğun deyildir, Cavabdeh ayrılmış 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş qeyri-yaşayış binası (çayxana) və yaşayış evi kimi istifadə edilən torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında göstərilən ərazidə yerləşir. İddiaçı1nə "Ulduz" kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi X6 və Cavabdeh ayrılmış torpaq sahələrinin ölçülərinə uyğun deyildir. İddiaçı1 müstəqil kiçik müəssisəsınə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi isə X4 istifadəsində olan 0.10 ha sahəsi və Cavabdeh istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. X4 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsində inşa edilmiş tikili məzar daşının hazırlanması zamanı xidməti istifadə üçün nəzərdə tutulmuş köməkçi tikili (alətlər otağı) kimi istifadə olunur. Eyni zamanda 0.10 ha torpaq sahəsində məzar daşının hazırlanması üçün qurğular mövcuddur. Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin 60 kv.m hissəsi çayxana və 24 kv.m hissəsi isə yaşayış evi kimi istifadə olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3365 nömrəli Ekspert rəyindən görünür ki, cavabdehlər X4 və Cavabdeh faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri yerində müəyyən edilmişdir. Ölçmə zamanı müəyyən olunmuşdur ki, X4 faktiki istifadəsində 0.10 ha və Cavabdeh faktiki istifadəsində isə 0.34 ha torpaq sahəsi mövcuddur. Cavabdeh X4 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sabəsstvn ölçusu eynidir. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü ilə sənəd üzrə ayrılmış torpaq sahəsinin ölçüsü arasında uyğunsuzluq vardır. Cavabdeh ayrılmış torpaq sahəsi ilə faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları tərtib olunmuş ölçü planında qeyd olunmuşdur. İmişli rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qəranra əsasən. İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsinin hüdudları mülki işin içərisində olan İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına əsasən müəyyən edilmişdir. İddiaçı1 müstəqii kiçik müəssisəsinə ayrılmış 0.50 ha torpaq sahəsinə müdaxilə faktları vardır. “Kilim“ X9 ayrılmış 0.50 ha torpaq sahəsinin 3.10 ha hissəsi X11 və 0.15 ha hissəsi isə Cavabdeh Əlqulu oğlu tərəfindən istifadə olunur. X4 faktiki istifadə etdiyi 0.10 ha torpaq sahəsi İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1589-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış; ayrılmış 0.10 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda göstərilən ölçü daxilində istifadə olunur. Torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planına (ilkin torpaqayırma sənədinə) uyğundur. Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, İmişli rayonu keçmiş M.B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) X6 0.10 ha həyətyanı torpaq sahəsi üçün ayrılmasına baxmayaraq naturada məzar daşının hazırlanması sexi kimi istifadə olunur. X6 ayrılmış 0.10 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 17 mart 2006-cı tarixdə reyestrdə 133 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinə əlavə olunmuş texniki pasportda göstərilən parametrlərə uyğunluğunu tərtib olunmuş sxemdə istinad nöqtələrinin olmaması səbəbindən müəyyən etmək mümkün olmamışdır . Ancaq, ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, cavabdeh X11 tərəfindən inşa edilmiş Köməkçi tikili (alətlər otağı) və qurğular qeyd olunan 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh İmişli rayonu keçmiş M. B. Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 saylı qərarı ilə (iclas protokolundan çıxarış) ayrılmış 0.15 ha torpaq sahəsi onun tərəfindən yerində (naturada) qərarda istərilən ölçü daxilində istifadə olunmur. İstifadəsində olan torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşçusu tərəfindən tərtib olunaraq təsdiq edilmiş quruluşu planına (ilkin torpaqayırma sahəsinə) uyğun deyildir, Cavabdeh ayrılmış 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş qeyri-yaşayış binası (çayxana) və yaşayış evi kimi istifadə edilən torpaq sahəsi İmişli rayon X18 baş yerquruluşu tərəfindən tərtib olunaraq təsdiq edilmiş yerquruluşu planında göstərilən ərazidə yerləşir. İddiaçı1nə "Ulduz" kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi X6 və Cavabdeh ayrılmış torpaq sahələrinin ölçülərinə uyğun deyildir. İddiaçı1 müstəqil kiçik müəssisəsınə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi isə X4 istifadəsində olan 0.10 ha sahəsi və Cavabdeh istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. X4 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsində inşa edilmiş tikili məzar daşının hazırlanması zamanı xidməti istifadə üçün nəzərdə tutulmuş köməkçi tikili (alətlər otağı) kimi istifadə olunur. Eyni zamanda 0.10 ha torpaq sahəsində məzar daşının hazırlanması üçün qurğular mövcuddur. Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikilinin 60 kv.m hissəsi çayxana və 24 kv.m hissəsi isə yaşayış evi kimi istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı ilə İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer quruluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikinti-memarlıq qrupuna tapşırılmışdır. İmişli rayonunun “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli 3 №-li protokolundan çıxarışından görünür ki, “Ulduz” kolxozunun torpağından İmişli İddiaçı1 xırda müəssisəsinin 0,5 hektar yararsız torpaq sahəsi tikinti altına ayrılması təsdiq edilmişdir. İmişli İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsinin planından görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış 0,50 ha sahənin miqyası və planı kril hərifləri ilə baş yer qurluşçusu Ə.Ağammədov tərəfindən təsdiq edilmişdir. İmişli rayon XDS İcraiyyə komitəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı1 xırda müəssisəsinə ayrılmış torpaq sahəsi şərqdən su kanalı, cənubdan boş sahə və qərbdən İmişli bir may yolu ilə əhatə olunmuşdur. Ayrılmış sahədə söküləcək tikinti yoxdur. Ayrılmış sahə ölçülməsinə və yerləşməsinə görə qüvvədə olan sanitariya yanğından mühafizə normalarına tam uyğun hesab edilir. İşdə olan İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 №-li iclas protokolundan görünür ki, İmişli İddiaçı1 xırda müəssisəsinin xx.xx.1991-ci il tarixli, 04 nömrəli məktubu və “Ulduz” kolxozunun xx.xx.1991-ci il tarixli, 3 nömrəli qərarı nəzərə alınmış, rayonun “Ulduz” kolxozunun əkinə yararsız ərazisindən İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində avtomobillərə texniki xidmət sexinin tikintisi altına 0,5 hektar torpaq sahəsi ayrılmasına razılıq verilmiş və binanın tikintisi üçün yer qurluşu işinin hazırlanması rayon XDS İcraiyyə komitəsinin tikintimemarlıq qrupuna tapşırılmışdır. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəkil sorğusuna, həmçinin məhkəmə tərəfindən işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən verilmiş sorğulara cavablardan müəyyən edilmişdir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 277 №-li qərarı və onun qəbul edilməsinə əsas olan yuxarıda qeyd edilən sənədlər İmişli Rayon Dövlət Arxivinə təhvil verilmişdir və orada mühafizə olunur. Bununla da, iddiaçının İmişli – Bəhrəmtəpə avtomobil yolunun sol tərəfində yerləşən 0,5 hektar torpaq sahəsinə subyektiv hüququ yaranmışdır. Bunun müqabilində cavabdehin vəkili və nümayəndəsi tərəfindən iddia ərizəsinə verilmişi etirazda göstərilmişdir ki, Cavabdeh imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı əsasında Məhəmmədlı kəndindəki su anbarının sol tərəfindən 50 metr aralı, İmişli-Bəhrəmtəpə magistral avtomobil yolunun sol tərəfində olan boş ərazidən 0,15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin qonşuluqları və istinad nöqtələri göstərilməklə eni 36 metr, uzunluğu isə 42 metr olmaqla ilkin torpaqayırma sənədi planı (sxemi) yerqruluşu qaydasında hazırlanmaqla ona təhvil verilmişdir. Lakin, cavabdeh tərəfindən Cavabdeh İmişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli qərarı məhkəməyə təqdim edilməmişdir. Əvəzində imişli rayonu M.B Qasımov adına kolxozun idarə heyətinin 30 may 1989-cu il tarixli 05 nömrəli iclas protokolu məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vəkil sorğularına verilmiş cavablardan, həm də məhkəmə tərəfindən işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən verilmiş sorğulara cavablardan müəyyən edilmişdir ki, İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli qərarı və protokoldan çıxarış mühafizəsi və saxlanılması üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi cavabdehin təqdim İmişli rayon M.B.Qasımov adına kolxozun idarə heyətinin xx.xx.1989-cu il tarixli 05 nömrəli iclas protokolundan çıxarış həqiqiliyi şübhə doğurdugundan mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ilkin torpaqayırma sənədi planı (sxemi) kirili əlifbası tərtib edilməli olduğu halda, bəz hərflər o vaxt qüvvədə olmayan latın əlifbası ilə yazılmışdır. Belə ki, “Б” hərfi əvəzinə “B” hərfinin yazılması sənədin mötəbərliyimə şübhə doğurur. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab edilsə də, həmin sənədlər məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə iddiaçının subyektiv hüququ yaransa da, cavabdehin həmin torpaq sahəsinə heç bir subyektib yaranmamışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3365 saylı ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin torpaq sahəsinin kim tərəfindən istifadəsi ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, ekspert rəyi ilə müəyyən edilmişdir ki, İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış 0,15 ha torpaq sahəsində Cavabdeh qanunsuz olaraq zəbt etmiş və tikinti işləri aparmışdır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3365 nömrəli ekspert rəyindən göründüyü kimi İddiaçı1nə “Ulduz” kolxozunun ərazisindən ayrılmış 0.50 ha torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Buna görə də, qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh məhz həmin 0.15 ha torpaq sahəsindən çıxarılmalıdır. Eyni zamanda ekspert rəyi ilə Cavabdeh faktiki istifadəsində olan 0.34 ha torpaq sahəsinin İddiaçı1nə ayrılmış 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha torpaq sahəsinin ərazisində inşa edilmiş tikililinin 60 kv.m hissəsinin çayxana kimi və 24 kv.m hissəsinin isə yaşayış evi kimi istifadə olunması müəyyən edildiyindən iddia qismən təmin edilməli və üst-üstə düşən 0.15 ha torpaq sahəsində olan tikililər cavabdehin hesabına sökülməli və ərazi əvvəlki vəziyyətinə qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən cavabdehin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin tərkib hissələri olması ehtimal olunduğundan onun barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, tələb əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, qeyd edilən maddənin də mənasından göründüyü kimi mülki işə baxan məhkəmənin qənaətinə görə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri mövcud olduqda xüsusi qərardad çıxarılır. Məhkəmə hesab edir ki, işə baxılarkən Cavabdeh barəsində xüsusi qərardadın qəbul olunması üçün əsaslar müəyyən edilməmiş və bu barədə iddiaçı tərəfindən də məhkəməyə heç bir sübut təqdim edilməmiş, əksinə öz ərizəsində belə bunun ehtimal olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı1nə ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İmişli Rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1991-ci il tarixli, 12 nömrəli iclas protokolundan çıxarışa və 28 sentyabr 1991-ci il tarixli, 277 saylı qərarına əsasən İddiaçı1nə ayrılmış torpaq sahəsinin 0,15 ha hissəsindən Cavabdeh çıxarılsın. Torpaq sahəsinin həmin hissəsində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi, ərazidən daşınması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsinin əvəzi Cavabdeh tutularaq İddiaçı1nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar