Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-523/2023 20.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh İmişli Rayon X3 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh İmişli Rayon X3 hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbi barədə” iddia ərizəsi üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İmişli Rayon X3 hüquqi şəxsin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə, yəni İmişli Rayon X3 hüquqi şəxsin Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə məhrum olduğu əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixli 21 saylı əmrlə “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsində işləyirmiş. “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 direktoru X4 xx.xx.2022-ci il tarixli 775 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verimişdir. Əmrdə göstərilmişdir ki, guya iddiaçı heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Halbuki, iddiaçı həmişə vaxtlı-vaxtında işdə olmuşam. Lakin səhiyyənin təşkili şöbəsində dəqiq uçot aparlmadığından guya iddiaçının işdə olmadığı göstərilib. Belə ki, işini İmişli Mərkəzi Rayon Xəstəxanasında yerinə yetirməsinə baxmayaraq işə gedib-gəlmə uçotu qeyri-qanuni olaraq Bəhrəmtəpə qəsəbəsində yerləşəm tibb məntəqəsində aparılır. Qərəzli şəkildə guya iddiaçının işdə olmaması barədə məlumat verilib və müdiriyyət isə bunu araşdırmadan iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qanunsuz olaraq xitam vermişdir. Halbuki, iddiaçının əmək fəaliyyətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən xüsusatlar olmamışdır. Ona görə də hesab edir ki, “İmişli Mərkəzi Rayon Xəstəxanası” X5 direktoru X4 xx.xx.2022-ci il tarixli 775 saylı əmri ləğv edilməli, iddiaçı əvvəlki işinə bərpa olunmalı və məcburi iş buraxma müddətinə görə ona əmək haqqı ödənilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İmişli Rayon X3 hüquqi şəxsin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, İmişli Rayon X3 hüquqi şəxsin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri qanuni və əsaslıdır, əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Belə ki, İddiaçı heç bir üzrlü səbəblər göstərmədən işə gəlməmiş, bununla bağlı akt tərtib olunub, iddiaçı izahatı alınması üçün dəvət olunsa da izahat verməkdən imtina edib, bundan sonra ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib. Lakin iddiaçı xəbərdarlıqlara məhəl qoymayaraq davamlı şəkildə gün boyu işdən yayınmışdır. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan İmişli Rayon X3 hüquqi şəxsin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmrinin surətindən görünür ki, Səhiyyə Xidmətinin Təşkili şöbəsində mühafizəçi vəzifəsində işləyən İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2-ci maddəsinə əsasən bu Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, işəgötürən işçi ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən işçinin heç bir səbəb göstərmədən işə gəlməməsi ilə bağlı tərtib etdikləri Akta əsaslanmışdır. Məhkəmə qeyd edir ki, bu hal cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirir və cəmi bir gün müəyyən səbəbdən işə çıxmamağın işəgötürən tərəfindən işçinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, qeyd olunan halın işçinin əmək vəzifələrini kobud şəkildə pozması kimi qiymətləndirilməsi onu deməyə əsas verir ki, işəgötürən işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin hərfi mənasına əsaslanmışdır. Bundan əlavə məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iddiaçı bir gün deyil aylardır işə çıxmır, bu səbəbdən işəgötürənin əmrini qanuni və əsaslı hesab edir. Lakin, işçi qeyd olunan halın baş vermədiyini hər gün vaxtı-vaxtında işdə olduğunu və işdən çıxarıldığı günədək ona hər ay əmək haqqı ödənildiyini bildirmiş, cavabdehin nümayəndəsi isə işdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənildiyini etiraf etmişdir. İşdən çıxarıldığı günədək işçiyə hər ay əmək haqqı ödənilməsi və işə davamiyyət tabelinin məhkəməyə təqdim edilməməsi halları işçinin işdən çıxarıldığı günədək işdə olmasına dəlalət verir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli Rayon X3 hüquqi şəxsin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işçi İddiaçı əvvəlki işinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanasının Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa olunmalı və ona işdən çıxarıldığı gündən bərpa olunduğu günədək əmək haqqı fərqi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233-234, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İmişli Rayon X3 hüquqi şəxsin 23 sentyabr 2022-ci il tarixli, 775 nömrəli əmri ləğv edilsin. İşçi İddiaçı əvvəlki işinə, yəni İmişli Rayon Mərkəzi Xəstəxanasının Səhiyyə xidmətlərinin təşkili şöbəsində mühafizəçi vəzifəsinə bərpa olunsun və ona işdən çıxarıldığı gündən bərpa olunduğu günədək əmək haqqı fərqi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-523/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-523/2023
20.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver