Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-550/2024 26.09.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli, "xxxx" ASC ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən İddiaçı lizinqə verilmiş “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı taktorun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanovun lizinqinə verilmişdir. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən E.Soltanov xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli, 62 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus texnikaların təhvil qəbulu barədə akta əsasən “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor Elsevər Soltanova təhvil verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus- 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklərin (hüquq və vəzifələrin) öhdəliyi qəbul edənə ötürülməsi və bundan sonra bu Müqavilə üzrə öhdəliklərin öhdəliyi qəbul edən tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17.08.202-ci il tarixli, 1137 nömrəli Fərmanının 2.2-ci və 3.1-ci bəndlərini nəzərə alaraq lizinq verən qarşısında icra edilməsi barədə razılığa gəlmişlər. Həmin müqavilə üzrə tərtib edilmiş ödəniş qrafikinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 405 manat məbləğində pulu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktor X1 tərəfindən İddiaçı rəsmi qaydada təhvil verilmişdir. Həmin traktor İddiaçı rəsmi qaydada təhvil verilsə də, xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli müqavilə imzalanmamışdan əvvəl faktiki olaraq Cavabdeh qanunsuz istifadəsində olmuş, xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli müqavilə imzalandıqdan sonra İddiaçı həmin traktoru cavabdehdən tələb etmiş, lakin cavabdeh “Belarus-1221” markalı, 90-K- 194 dövlət qeydiyyat nişanlı traktoru iddiaçıya qaytarmaqdan imtina etmiş, hazırda cavabdeh traktoru qanunsuz olaraq idarə etməkdə davam edir. Hazırki vaxtadək Cavabdeh xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli müqavilə əsasında İddiaçı təhvil verilmiş həmin traktoru qanunsuz olaraq özündə saxlamaqla iddiaçının sahibliyində olan traktordan məhrum olunmasına səbəb olmuşdur.
3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanovun lizinqinə verilmişdir.
4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus- 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklər (hüquq və vəzifələr) öhdəliyi qəbul edənə ötürülmüşdür.
5. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı taktor işlək və saz vəziyyətdə İddiaçı təhvil verilmişdir.
6. 17.10.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarla qeyd olunan mübahisəylə bağlı cinayət işinin başlanılması rədd edilmiş və tərəflərə məhkəmyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı və nümayəndəsi Vəkil iddianı müdafiə edib təmin olunmasını xahiş etdilər.
8. Cavabdeh iddianı qəbul edərək təmin olunmasına etiraz etmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının
9. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
10. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
12. Maddə 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
13. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır.
22. Belə ki, iş materialları ilə müəyyən olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ümumi məbləği 15.000 (on beş min) manat məbləğində olan “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktoru E.Soltanovun lizinqinə verilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ÖV-207-GL/16-23 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə üzrə öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən tərəflər (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, X1 və İddiaçı) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında imzalanmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş “Belarus- 1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı traktorun lizinqə verilməsi barədə xx.xx.2015-ci il tarixli, 207-GL/16 nömrəli müqavilə əsasında ödənişlər texnikanın öhdəliyi qəbul edənə işlək və saz vəziyyətdə təhvil verilməsi nəzərə alınmaqla qalıq dəyəri 3645 (üç min altı yüz qırx beş) manat olan öhdəliklər (hüquq və vəzifələr) öhdəliyi qəbul edənə ötürülmüşdür. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı taktor işlək və saz vəziyyətdə İddiaçı təhvil verilmişdir.
23. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
25. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
26. İşin tədqiq edilən hallarından da göründüyü kimi ““Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı taktor İddiaçı mülkiyyətindədir. Onun mülkiyyət hüququ pozulmaqdadır və o, pozulmuş hüququnun məhkəmə qaydasında bərpa edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul edərək təmin olunmasına etiraz etmir.
27. Beləliklə, məhkəmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilərək Cavabdeh “Belarus-1221” markalı, 90-K- 194 dövlət qeydiyyat nişanlı taktor alınıb İddiaçı verilməlidir.
28. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddiası təmin edilsin. Cavabdeh “Belarus-1221” markalı, 90-K-194 dövlət qeydiyyat nişanlı taktor alınıb İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Telman Quliyev