Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-56/2023 21.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnа qarşı “cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə İmişli rayon Məhkəməsinə müraciət edərək İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İmişli şəhəri, S.Bəhlulzadə küçəsinin yağınlığından atası X2 verilmiş 500 kv.m həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və izahatında göstərdi ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə atası X2 İmişli şəhəri, S.Bəhlulzadə küçəsinin yaxınlığında yerləşən 500 kv.m həyətyanı torpaq sahəsi satılmışdır. Bu barədə Torpaqların alqı-satqısına dair aktı və torpaq sahəsinin planı tərtib edilmiş rayon torpaq şöbəsində qeydiyyata alınmışdır. Atası torpaq sahəsini idarə etmək üçün ona etibarnamə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2021-ci il tarixli 10/668 saylı ekspert rəyi ilə İmişli Bələdiyyəsinin 10 saylı 29 oktyabr 2007-ci il tarixli qəranna, Torpaqların alqısatqısına dair aktma və torpaq sahəsinin planına əsasən X1 istifadəsində olan İmişli şəhəri S.Bəhlulzadə küçəsisinin yaxınlığında yerləşən 500 kvm həyətyanı sahəsinin hüdudları müəyyən edilərək ölçülmüş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. İmişli Bələdiyyəsinin 10 saylı 29 oktyabr 2007-ci il tarixli qərarına, torpaqların alqı-satqısına dair aktına və torpaq sahəsinin planına əsasən İmişli şəhəri R.Cabbarlı küçəsinin sağ tərəfində yerləşən 1000 kv.m həyətyanı torpaq sahəsi X3 istifadəsi üçün ayrıldığına görə həmin torpaq sahəsinin Cavabdeh istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənədlər olmadığı üçün torpaq sahələrinin üst-üstə düşməsi, müdaxilə faktları müəyyən etmək mümkün olmadı. Lakin Cavabdeh tərəfindən torpaq sahəsi zəbt edilmiş və cavabdeh həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Xüsusi mülkiyyətində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh nəinki torpaq sahəsindən çıxmır, onu torpaq sahəsinə buraxmır və torpaq sahəsini boşaldıb mənə təhvil verməkdən qəti olaraq imtina edir. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istıfadə etdiyinə görə o, xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, onun mülkiyyət sənədləri tam qaydasındadır, heç kimin torpaq sahəsini zəbt etməyib, əksinə iddiaçı ona mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə etməsinə mane olur və əsassız olaraq ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçıya məxsus torpaq sahəsi onunla qonşuluqda digər küçədə yerləşir və onun torpaq sahəsi ilə heç bir tərəfdən həmsərhəd deyildir. Lakin iddiaçının torpaq sahəsinə dair mülkiyyət sənədində texniki yanlışlığa yol verilib və iddiaçı həmin yanlışlığın aradan qaldırılması məsələsinə baxılması üçün məhkəməyə müraciət etmək əvəzinə əsasız olaraq onu məhkəməyə vermişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin əsassız hesab olunmaqla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Аzərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İş materiallarında olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarından və “Torpağın Alqı-satqısı”na dair akta və torpaq sahəsinin planına əsasən X1 istifadəsi üçün İmişli şəhər ərazisindən 500 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarından və “Torpağın Alqı-satqısı”na dair akta və torpaq sahəsinin planına əsasən X3 istifadəsi üçün İmişli şəhər ərazisindən 1000 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X5 istifadəsində olan, İmişli şəhəri, C.Cabbarlı küçəsində yerləşən 1000 kv.m torpaq sahəsinin alqısatqısını, DƏDRX-dən çıxarışının alınmasını, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi Cavabdeh Zahid oğluna etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 30 dekabr 2022-ci il tarixli 10/7848 nömrəli rəyindən görünür ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarında 500 kv.m həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan ərazi S.Bəhlulzadə küçəsinin yaxılığında qeyd olunsa da, yerquruluşu planına əsasən R.Cabbarlı küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində göstərilmişdir. İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli 10 saylı qərarına, “Torpağın alğı-satqısı”na dair akta əsasən, iddiaçı X1 istifadəsi üçün İmişli şəhərinin ərazisindən ayrılmış 500 kv.m həyətyanı torpaq sahəsinin hüdudları ilə X4 istifadəsi üçün İmişli şəhərinin ərazisindən ayrılmış 1000 kv.m həyətyanı torpaq sahəsinin hüdudları mülki işin içərisində olan ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planlarına əsasən, üst-üstə düşür. Torpaq sahələrinin koordinatları qeyd olunan yerquruluşu planına əsasən, müəyyən edildiyinə görə həmin torpaq sahələrinin də koordinatlarının üst-üstə düşməsi müəyyən olunur. Qeyd olunan torpaq sahələrinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planlarına əsasən, üst-üstə düşməsi nəticəsində hər ikisinə münasibətdə müdaxilə faktları müəyyən edilmədi. İşin araşdırılan hallarından müyyən olunur ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X1 istifadəsi üçün İmişli şəhəri, S.Bəhlulzadə küçəsindən ayrılmış 500 kv.m həyətyanı torpaq sahəsinin yerquruluşu planı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən düzgün tərtib olunmadığına görə torpaq sahələrinin koordinatları üst-üstə düşür, X4 istifadəsi üçün İmişli şəhəri C.Cabbarlı küçəsi ilə S.Vurğun küçəsindən ayrılmış 1000 kv.m həyətyanı torpaq sahəsinin isə yerquruluşu planı düzgün tərtib olunmaqla döngə nöqtələri aid olduğu yerə düşür. İşdən göründüyü kimi sübut etmək yükü üzərinə düşən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı müəyyən edilə bilmədiyindən iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatına sərf olunmuş 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-56/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-56/2023
21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver