Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-589/2025 03.03.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxslər İmişli Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi və Maraqlı şəxs2) uşağın doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: doğum faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxslər İmişli Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi və Maraqlı şəxs2) uşağın doğum faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin uşagı X2 16 mart 2023-cü il tarixdə dogulması faktının müəyyən edilməsi, dogum haqqında şəhadətnamədə uşagın dogum yeri İmişli şəhəri, anası Maraqlı şəxs2 oglu, anası Ərizəçi qizi yazılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 17 may 2022-ci il tarixində Maraqlı şəxs2 ilə faktiki nigah münasibətinə girərək ər-arvad kimi yaşamış, faktiki nikahlarından 16 mart 2023-cü il tarixində X6 adlı uşagları dogulmuşdur. Hazırda uşaq baxçaya getməlidir, lakin onun doğum haqqında sənədləri olmadığı üçün gedə bilmir. Ərizəçi uşağa doğum haqqında şəhadətnamə almaq üçün İmişli Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat şöbəsində bildirmişlər ki, bunun üçün doğum haqqında tibbi şəhadətnamə olmalıdır ya da məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. X1 16 mart 2023-cü il tarixində anadan olmasını və onun atasının Maraqlı şəxs2 olmasını şahidlər təsdiq edə bilərlər. Ona görə də X1 16 mart 2023-cü i tarixində anadan olması faktı müəyyən edilməli, doğum sənədində atası Maraqlı şəxs2, anası Ərizəçi, doğum yeri İmişli şəhər yazılmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, Ərizəçi ilə 17 may 2022-ci il tarixindən faktiki nikah münasibətlərinə girməklə ər-arvad kimi yaşamışlar və faktiki nikahlarından 16 mart 2023-cü il tarixində X6 adlı uşagları dogulmuşdur. Uşagın atası odur və bunula bağlı hər-hansı bir mübahisə yoxdur.
5. Maraqlı şəxs İmişli Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə işə Maraqlı şəxs1ndə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. - 307.2.10-cü maddəsinə əsasən məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İş materiallarına əlavə olunmuş, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Hamilə və Zahının tibbi kitabcasının sürətindən və X5 müayinə sənədlərindən müəyyən olunur ki, Ərizəçi hamilə olmuşdur.
10. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 şəxs İmişli Rayon Mərkəzi X4 Şəxsin 17 fevral 2025-ci il tarixli arayışından müəyyən olunur ki, Bəhrəmtəpə qəsəbəsində yaşayan xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi 16 mart 2023-cü il tarixdə Ginekalogiya və dogum Şöbəsində qadın cinsli uşaq dünyaya gətirmişdir.
11. İmişli Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəinin 17 dekabr 2024-cü il tarixli Dogumun qeydə alınmasından imtina haqqında rəydən görünür ki, ərizəçi dogumun qeydə alınması üçün qeydiyyat orqanına dogum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə təqdim etmədiyindən 16 mart 2023-cü il tarixli qadın cinsli ovladının dogumunun qeydə alınmasından imtina edilmişdir.
12. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ərizəçi 17 may 2022-ci il tarixində Maraqlı şəxs2 ilə faktiki nigah münasibətinə girərək ər-arvad kimi yaşamış, faktiki nikahlarından 16 mart 2023-cü il tarixində X6 adlı uşagları dogulmuşdur. 16 mart 2023-cü il tarixində dogulmuş Nurayın ərizəçi ilə Maraqlı şəxs2 oglunun övladlatrı olması özlərinin məhkəmə iclasında verdikləri izahatları ilə yanaşı iş materiallarına əlavə olunmuş sənədlərlə də, təsdiq olunur.
13. Qeydiyyat şöbəsinin ərizəçinin uşagının doğumunu qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizədəki tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
14. Eyni zamanda, ərizəçi uşagına doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxsə müraciət etmiş, orada isə doğumun qeyd eilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
15. Məhkəmə hesab edir ki, ərizəçinin uşagının 16 mart 2023-cü il tarixində dogulması və uşagın atasının Maraqlı şəxs2 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir.
16. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 16 mart 2023-cü il tarixdə İmişli şəhərində doğulması fakti müəyyən edilməli atası Maraqlı şəxs2 oglu, anası Ərizəçi qizi qeyd edilməlidir.
VI. Nəticə:
17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. X2 16 mart 2023-cü il tarixdə İmişli şəhərində doğulması fakti müəyyən edilsin, dogum akt qeydində atası Maraqlı şəxs2 oglu, anası Ərizəçi qizi kimi qeyd edilsin. Qətnamə 16 mart 2023-cü il təvəllüdlü X3 doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev