Məhkəmə qərarları › İş №2(036)-59/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-59/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-59/2023 22.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2а qarşı “torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarılma tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 ona məxsus torpaq sahəsindən qanunsuz istifadəsinə son qoyması və oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və izahatında göstərdi ki, DƏDRX-dən verilmiş çıxarışa əsasən İmişli rayon Aranlı kəndində xüsusi mülkiyyətində 0,4482 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsini cavabdeh X3 zəbt etmiş və onu torpaq sahəsinə buraxmır. Cavabdehdən dəfələrlə torpaq sahəsinə dair qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamış və cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirir. Ona görə məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, heç kimin torpaq sahəsini zəbt etməmişdir. Odur ki, iddia tələbinin əsassız hesab olunmaqla rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Аzərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan məhkəmə mühəndis-texniki ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 10/7846 nömrəli rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, İmişli rayonunun Aranlı kəndində yerləşən 0,4482 ha torpaq sahəsi cavabdeh X3 tərəfindən deyil, İddiaçı tərəfindən istifadə edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə cavabdeh X3 tərəfindən müdaxilə faktları mövcud deyildir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və mütəxəssislərə çəkilən xərclər iddiaçının özünə aid edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulub dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar