Məhkəmə qərarları › İş №2(036)-607/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-607/2024

01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-607/2024 01.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi və Ərizəçi nümayəndəsi Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçimirasın qəbul edilmə faktının müəyyən edilməsi və payların müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mirasın qəbul edilmə faktının müəyyən edilməsi və payların müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın (İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi Maraqlı şəxs1 izahatında göstərmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi X7 və X1 törəmişdir. Onun ailə üzvləri üç qardaş və bir bacı olmaqla cəmi altı nəfərdən ibarət olmuş və İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evində yaşamışdır. Həddi buluğa çatıb evləndikdən sonra digər uşaqların hər biri başqa yaşayış sahəsinə köçsə də, Ərizəçi valideynləri ilə birlikdə İmişli şəhəri S.Vurğun küçəsi 17-də qalmışdır. X7 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra Ərizəçi ailə üzvləri ilə birlikdə İmişli şəhəri S.Vurğun küçəsi ev 17-də yaşamış və 0,05 ha həyətyanı torpaq sahəsindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə ölmüş X4 miras qalmış əmlakla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Ona görə də, X4 miras qalmış əmlakın (İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) Ərizəçi tərəfindən əbul etməsi faktının müəyyən edilməsi barədə ərizə verilmişdir. İşdə olan MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışın surətinə əsasən İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən ibarət olan vahid daşınmaz əmlak obyekti xx.xx.2011-ci il tarixdə **********74-10301 reyestr nömrəsi ilə Əliyev Kamil ( Kamal) Rza oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan İE 603509 nömrəli “nikah haqqında” şəhadətnamənin surətinə əsasən X7 ilə X2 nikahı xx.xx.1951-ci il tarixdə 264 nömrəli akt qeydi ilə bağlanmışdır. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsinin 3-16-5/69-39 saylı arayışına əsasən xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi X7 və X1 törəmişdir. İşdə olan AZ–İİ 351498 nömrəli «Ölüm haqqında» şəhadətnamənin surətinə əsasən X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan Elektrin informasiya sisteminin məlumatına əsasən Əliyev X5 şəhəri, S.Vurğun küçəsi ev 17də daimi olaraq yaşayır. İşdə olan xx.xx.2024-cü il tarixli SX 34 00110/24 nömrəli müqavilənin surətinə əsasən “Azəriqaz” İB İmişli şəhəri S.Vurğun küçəsində yerləşən 17 nömrəli evin təbbi qazla təmin olunmasını, Ərizəçi isə həmin ünvanda istifadə olunan təbbi qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 1 saylı Bakı Maraqlı şəxs2 notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, Bakı şəhəri,Ak.M.Qaşqay küç. Ev 24, mən.129-da yaşayan X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 qalmış mirası qəbul etməkdən imtina etmişdir. AR Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının ( miras aktivi) və vəzifələrinin ( miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər ( övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrdir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edə bilər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Əliyev X5 şəhəri S.Vurğun küçəsi ev 17-də yaşamaqla xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakı ( İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) faktiki olaraq qəbul etmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılması yerinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Kamal (Kamil) Rza oğlundan qalmış mirası (İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi) qəbul etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216 -220, 227, 233, 357 və 360cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə vəfat etmiş Əliyev Kamal ( Kamil) Rza oğlundan qalmış mirası (İmişli şəhəri S.Vurğun küçəsi 17-də yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 145,4 kv/m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evindən ( həyətyanı tikili və qurğuları ilə birlikdə) ibarət olan vahid daşınmaz əmlak obyekti ) qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar