Məhkəmə qərarları › İş №2(036)-622/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-622/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-622/2023 09.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, qeyrilərinin və onlara məxsus əşyaların İmişli rayonu, Yeni Bəhrəmtəpə qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksi 47 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldırlaraq Azərbaycan Respublikası Qaçqınlarıın və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş icraata qəbul edilmiş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçının nümyəndəsi məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə (vəsatət) verib, cavabdeh tərəf məhkəmədənkənar mübahisəli mənzili könüllü surətdə boşaldıb, mənzildən çıxdığı üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilərək iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar