Məhkəmə qərarları › İş №2(036)-627/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-627/2023

22.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-627/2023 22.11.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəktlərə son qoyulması tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh1 İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı ilə mərhum atasına alqı-satqı yolu ilə verilmiş 100 kv.m torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi ilə bağlı sahiblik hüquqlarına maneçilik yaradan qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X5 mağaza tikmək üçün İmişli bələdiyyəsindən 29 avqust 2007-ci il tarixli, 08 saylı qərarla 100 kv.m torpaq sahəsini alqi-satqı yolu ilə almışdır. Bundan sonra İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 203 saylı sərəncamı ilə tikintiyə icazə verilmişdir. Atası xx.xx.2016-cı ildə vəfat etdikən sonra vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etmiş və notarius sözügedən torpaq sahəsinin sənədlərinin təqdim edilməsi ilə əlaqədar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə sorğu göndərmişdir. Hazırda Cavabdeh1 torpaq sahəsinin dövlət reyestrində qeydə alınmasına mane olur, imkan vermir ki, orada hər hansı invertarlaşma işi aparılsın. Halbuki onun həmin torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Mübahisə olduğuna görə DƏDRX-nin əməkdaşları tərəfindən müvafiq sənədləşmə işlərinin aparılması mümkün olmamışdır.

3. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(0360-627/2023 saylı qərardadı ilə Cavabdeh2 məhkəmənin icraatında olan İddiaçı Cavabdeh1 qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə cavabdeh qismində cəlb edilmşdir.

4. İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən X4 mağaza binasının tikintisi üçün alqı-satqı yolu ilə 100 kv.m torpaq sahəsi satılmışdır.

5. İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsində xx.xx.2008-ci il tarixli 364 nömrəli “Torpaqların alqı-satqısına” dair aktdan görünür ki, İmişli rayon Qulubəyli kənd sakini X4 İmişli rayon bələdiyyəsi ərazisindən alqı-satqı yolu ilə mağaza binası tikmək üçün 100 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 08 saylı qərar qəbul edilmişdir.

6. İmişli rayon Torpaq və Xəritəçəkmə şöbəsinin 336 nömrəli arayışı ilə müəyyən olunur ki, İmişli rayon Qulubəyli kənd sakini X4 İmişli rayon bələdiyyəsi ərazisindən alqı-satqı yolu ilə mağaza binası tikmək üçün 100 kv.m torpaq sahəsinin satılmışdır.

7. İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 203 saylı sərəncamı ilə müəyyən olunur ki, İmişli şəhər T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişdiyi ərazinin sağ istiqamətindəki bələdiyyə mülkiyyətindən ayrılmış 100 kv.m torpaq sahəsində tikintinin layihəsinə Azərbaycan Respublikası FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra mağaza binasının tikintisinə icazə verilmişdir.

8. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05/69-486 nömrəli arayışı ilə müəyyən olunur ki, X5 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2016-cı il tarixdə 245 nömrəli akt qeydi tərtib olunmuşdur.

9. DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, İddiaçı İmişli şəhəri,T.İsmayılov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti əsasında aparılmış araşdırmalar zamanı 0.01 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlər barədə Ərazi İdarəsinin arxivində hər hansı bir məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun 27 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizin icrasından imtina edilir.

10. İmişli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı qərarına əsasən İmişli şəhəri, T.İsmayılov küçəsindən alqı-satqı yolu ilə 800 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmışdır.

11. İmişli rayon Torpaq şöbəsinin xx.xx.2002-ci il tarixli 58 nömrəli “Torpaqların alqısatqısına” dair aktından görünür ki, İmişli şəhər, 20 Yanvar küçəsi, ev 213-də yaşayan Cavabdeh1 İmişli şəhər,T.İsmayılov küçəsində İmişli bələdiyyəsinə məxsus ərazisindən alqısatqı yolu ilə 800 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2002-ci il tarixli 06 saylı qərar qəbul edilmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5334 nömrəli ekspert rəyinə əsasən, mağaza binasının tikintisi üçün 100 kv.m torpaq sahəsinin T.İsmayılov küçəsi ilə Vidadi küçəsinin kəsişdiyi yerin sağ tərəfindən ayrılması göstərilmişdir. Halbuki, ayrılmış 100 kv.m torpaq sahəsi naturada T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişdiyi yerin sağ tərəfində yerləşir. Ölçmə işləri aparılan zamanı qeyd olunan torpaq sahəsinə müdaxilə faktlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, ayrılmış 100 kv.m torpaq sahəsi Cavabdeh1 həyətyanı torpaq sahəsinin gediş-gəliş yolunda və Cavabdeh2 məxsus qeyri-yaşayış binasının qarşısında yerləşir. Ona görə də, İddiaçı torpaq sahəsindən istifadə edə bilmir. İddia ərizəsinə qarşı tərəfin etirazının dəlilləri

13. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və vəkili Vəkil1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdilər.

15. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və vəkili Vəkil2 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. Hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

22. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

24. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

26. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi

33. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

34. Belə ki, iş materialları ilə müəyyən olur ki, İmişli bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 06 saylı qərarına əsasən İmişli şəhəri, T.İsmayılov küçəsindən alqı-satqı yolu ilə 800 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh1 satılmışdır. İmişli bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən isə X4 mağaza binasının tikintisi üçün alqı-satqı yolu ilə 100 kv.m torpaq sahəsi satılmışdır. DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, İddiaçı İmişli şəhəri,T.İsmayılov küçəsində yerləşən 0.01 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətindən torpaq sahəsinə dair təqdim edilmiş sənədlər barədə Ərazi İdarəsinin arxivində hər hansı bir məlumat aşkar edilmədiyindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5334 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, sənədlərlə iddiaçının göstərdiyi mağaza binasının tikintisi üçün 100 kv.m torpaq sahəsinin T.İsmayılov küçəsi ilə Vidadi küçəsinin kəsişdiyi yerin sağ tərəfindən ayrılması göstərilmişdir. Halbuki, ayrılmış 100 kv.m torpaq sahəsi naturada T.İsmayılov küçəsi ilə Füzuli küçəsinin kəsişdiyi yerin sağ tərəfində yerləşir. Ölçmə işləri aparılan zamanı qeyd olunan torpaq sahəsinə müdaxilə faktlarını müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, ayrılmış 100 kv.m torpaq sahəsi Cavabdeh1 həyətyanı torpaq sahəsinin gediş-gəliş yolunda və Cavabdeh2 məxsus qeyri-yaşayış binasının qarşısında yerləşir. Ona görə də, İddiaçı torpaq sahəsindən istifadə edə bilmir.

35. Qanunvericiliyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

36. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi hazırda bələdiyyənin mülkiyyətindədir.

37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. İddiaçının mübahisələndirdiyi torpaq sahəsinə hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir.

39. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

40. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

41. İşin yuxarıda sadalanan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığına və iddia etdiyi pozulmuş hüquqlarını təsdiq edəcək hüquqi sənədlər mövcud olmadığına görə iddiaçının cavabdehlərə qarşı belə bir iddia irəli sürmək hüququ yoxdur.

42. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

45. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

46. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas olmadığından rədd edilməlidir.

48. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və qanunazidd hərəktlərə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar