Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-68/2022 16.03.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X7 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbi barədə ilkin iddiasına və Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və çıxarışın ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları ilə birlikdə ona məxsus İmişli rayonunun Xəlfəli kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində İddiaçı istifadəsində olan zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 2012-ci ildə X2 ilə birgə nikahda olarkən tikilmiş 1 mərtəbəli 4 otaqlı evə istifadə hüququnun tanınması və İddiaçı adına verilmiş Daşınmaz Əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu Fəxrəddin İsayevlə 2006-cı ildə faktiki nikah münasibətlərinə girmişlər. Onlar evləndikdən sonra ona məxsus evdə yaşamışlar. Sonradan ailə münasibətləri pozulduğundan ayrılmışılar. Lakin hazırda cavabdeh ona məxsus evdə yaşamağa davam edir. O, cavabdehlə birlikdə yaşamaq istəmir. Cavabdeh onun evini yandıracağı ilə hədələyir və aralarında mütəmadi olaraq mübahisələr yaranır. Dəfələrlə cavabdehdən ona məxsus evdən çıxmasını tələb etsə də nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq yaşadığı İmişli rayonunun Xəlfəli kəndində 2012-ci ildə X3 ilə birgə nikahda olarkən İddiaçı istifadəsində olan zəbt edimiş bələdiyyə mülkiyyətindəki torpaq sahəsində ev tikmişlər. Həmin tikilən evin elektrik şəbəkəsinə qoşulma barədə ərizəsi 22.01.2016-cı il tarixdə olmuşdur. İmişli rayonu Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə Nümayəndəliyinin verdiyi 297 saylı 22.07.2020-ci il tarixli arayışdan görünür ki, həmin ev 2012-ci ildə 1 mərtəbəli 4 otaqlı birgə nikah dövründə tikilmişdir. Xəlfəli bələdiyyəsinin verdiyi arayışdan da görünür ki, həmin ev nikah dövründə tikilmişdir. Lakin İddiaçı ona və uşaqlarına həmin evdə yaşamağa imkan vermir. İddiaçı isə indiki vaxtda heç bir dövlət orqanından icazə almadan zəbt etdiyi həyətdə saxta sənəd hazırlamaqla JN104A Kod 90716018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan evi deyil həmin şəhadətnamə ilə mülkiyyətində olan hoyətyanı torpaq sahəsinin qarşısmda olan özbaşına zəbt edilməklə qanunsuz tikinti işləri apardığı evi Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi ilə əlbir olmaqla mülkiyyətinə keçirmişdir. Faktiki olaraq həmin birgə nikah dövründə tikilən ev bələdiyyənin mülkiyyətindədir və həmin yeri özbaşına zəbt etməklə Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmaqla cinayət törətmişdir. İndi bu saxtalaşma ilə mülkiyyət hesab etdiyi evdən onu üç uşağı ilə birlikdə çıxarmaq istoyir. 6 saylı Beyləqan Ərazi idarəsi faktiki olaraq saxta sənəd vermişdir və şəhadətnamədə olan deyil onların tikdiyi evi saxta yolla sənədləşdirmişdir. Həmin saxta yolla alınan Daşmmaz əmlakın reyestr nömrəsi **********22-10301 olan çıxarış almışdır ki, bu çıxarış onun hüquqlarını pozduğundan ləğv edilməlidir. Məhəhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinə uyğun izahat verib ilkin iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin təmin olunması və qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşlıqlı iddia ərizəsinə uyğun izahat verib qarşlıqlı iddia tələbini müdafiə edərək ilkin iddia tələbinin rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi təmin olunmalı və qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışın və Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İmişli rayonunun Xəlfəli kəndində yerləşən 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 110.9 kv.m, torpaq sahəsi 0.4999 ha olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və İddiaçı, X4, X8, X5, X3, X6 və X9 həmin mülkiyyətdən payı olan hüquq sahibləridir. İş materiallarından göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh isə həmin torpaq sahəsinə, üzərində inşa edilmiş fərdi yaşayış evinə və ya mülkiyyətin bir hissəsinə dair heç bir hüquqmüəyyənedici və digər texniki sənədləri yoxdur və mülkiyyətdən pay hüququ olan hüquq sahibi deyildir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini keçmiş əri X3 ilə birgə nikahları dövrdə əldə etmişlər, lakin qaynatası İddiaçı həmin fərdi yaşayış evini qanunsuz olaraq özgəninkiləşdirmişdir. Lakin iş materiallarında olan İmişli rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli, 2(036)-2003/2020 saylı qətnaməsindən görünür ki, həmin mülki iş üzrə iddiaçı Cavabdeh X1 qarşı əmlak tələbi barədə iddiasına dair mülki işə baxılarkən tərəflərin birgə nikahları dövrdə İmişli rayonunun Xəlfəli kəndində 40000 manat dəyərində 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi əldə etmələri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(106)-720/2021 saylı qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və İmişli rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli, 2(036)-2003/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Şirvan Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)-4389/2021 saylı qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(106)-720/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və bununla da həmin tarixdə İmişli rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli, 2(036)- 2003/2020 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən ir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22- 10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini keçmiş əri X3 ilə birgə nikahları dövrdə əldə etməsi iddiasına İmişli rayon Məhkəməsinin 23 avqust 2020-ci il tarixli, 2(036)-2003/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə baxılaraq həll edildiyindən həmin faktlar yenidən mübahisələndirilə bilməz. Ona görə də məhəmə hesab edir ki, həmin faktlar üzrə məhkəmə araşdırma aparmamalı və mülki işdə olan sübutlara məcbu üzrə qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. 157.4 maddəsinə uyğun olaraq, əgər mülkiyyətə qəsd və başqa manelər varsa, mülkiyyətçi mülkiyyətə qəsd edəndən bu hərəkətə son qoymasını tələb edə bilər, bu hərəkətlərə son qoymadığı halda tələbi məhkəmə vasitəsi ilə edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Cavabdeh iddia tələbinə etirazının əsası qismində mübahisələndirilən fərdi yaşayış evinə İddiaçı daha əvvəl qanuni gözləntiyə sahib olmasını bildirsə də, həmin xüsusatı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki istər daxili, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə gözlənti qanuni əsasa malik olmalıdır. Belə qanuniliyin başlıca şərti isə onun hüquqi əsasa bağlı olmasıdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinə öz qərarlarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (bax: [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (bax: Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu üsrə qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, ilkin iddia üzrə Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh uşaqları ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********22-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılsın. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qarşlıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi halda qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-68/2022
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-68/2022
16.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver