Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-68/2023 13.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddasına dair işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib JN 027A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılaraq mülkiyyətinə qəsd edən qanuazidd hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı göstərmişdir ki,İmişli rayonunda torpaq islahatı aparılarkən İmişli rayon Aqrar İslahat Komissiyasının 18 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə daimi yaşayış yeri olan İmişli rayonunun Xoşçobanlı kəndi ərazisində onun ailə üzvlərinin mülkiyyətinə 0,59 ha həyətyanı torpaq sahəsi verilmiş və hüquqi statusu JN- 027A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə təsdiq olunmuşdur. JN 027A saylı planda sərhədləri göstərilmiş həmin torpaq sahəsi həmkəndlisi Cavabdeh məxsus olan həyətyanı torpaq sahəsi ilə yanbayan yerləşir və biri birindən 4 metr enində şor kanalla ayrılır. 2022-ci ilin fevral ayında Cavabdeh İmişli SSİ-ə məxsus olan traktorla həmin şor kanalı dolduraraq ona məxsus olan həyətyanı sahəsi 15-16 metr enində və 40-45 metr uzunluqda zəbt etmişdir. Ona görə də, ona məxsus olan JN 027A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin edilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılaraq mülkiyyətinə qəsd edən qanunazidd hərəkətlərə son qoyulması barədə iddia qaldırmışdır. İş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Xoşçobanlı kəndində yaşayır və aparılmış torpaq islahatı nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 132 saylı planda yeri göstərilmiş 0,60 ha həyətyanı torpaq sahəsindən istifadə edir. Onun istifadəsində olan həyətyanı torpaq sahəsini həmkəndlisi İddiaçı məxsus olan həyətyanı torpaq sahəsindən ayıran şor kanalın keçdiyi ərazi mülkiyyətində olan torpaq sahəsinin tərkibinə daxildir. Həmin şor kanal vaxtilə atası tərəfindən çəkilmiş və lazım olmadığından onun tərəfindən doldurulmuşdur. İşdə olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətindədir. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 570 nömrəli arayışa əsasən nümayəndəliyin 1saylı təsərrüfatbaşına kitabının 16-cı səhifəsində Cavabdeh adına İmişli rayonunun Xoşçobanlı kəndində 0,82 ha həyətyanı torpaq sahəsi vəüzərində 1955-ci ildə inşa edilmiş fərdi yaşayış evi qeydiyyata alınmışdır. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 190 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı və Cavabdeh məxsus olan İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən həyətyanı torpaq sahələri biri-birindən ayıran 1980-cı ildə çəkilmiş beton pilitələrdən ibarət sərhəd indiyədək dəyişmədən olduğu kimi qalmışdır. Cavabdeh həyətyanı torpaq sahəsinə aid olan hissədən uzun illərdən bəri keçən kanal doldurularaq onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan İmişli RİHB-nin Murğuzallı kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 nömrəli arayışda göstərilmişdir ki, torpaq islahatı aparılarkən tərtib edilmiş adlı siyahıda Cavabdeh adına İmişli rayonunun Xoşçobanlı kəndində 0,60 ha qanuni və 0,48 ha zəbt olunmuş həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Hal-hazırda Cavabdeh və onun ailə üzvlərinin istifadəsində 1,67 ha torpaq sahəsi olsa da, adına heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin 243,0 kv/m hissəsi və həmin torpaq sahəsi ilə Cavabdeh istifadəsində olan torpaq sahəsi arasından keçən şor kollektor Cavabdeh tərəfindən doldurularaq cəmi 715,0 kv/m torpaq sahəsi onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan Xoşçobanlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 15 saylı məlumatda göstərilmişdir ki, İddiaçı və Cavabdeh məxsus olan İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən həyətyanı torpaq sahələri biri-birindən ayıran beton pilitələrdən ibarət sərhəd indiyədək dəyişmədən olduğu kimi qalmışdır. İddiaçı həyətyanı sahəsi ilə sərhəddən keçən Cavabdeh istifadəsində olan şor kollektor pozularaq onun həyətyanı sahəsinə birləşdirilmişdir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli3-21-3-45/2-553/2023 saylı Mütəxəssis rəyinə əlavə edilmiş plana əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh istifadəsindədir. Cavabdeh doldurduğu şor kollektorun keçdiyi cəmi 715,0 kv/m torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,59 ha həyətyanı torpaq sahəsinə daxil deyil. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-3-16/2-6975 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh istifadəsindədir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. AR Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olunmaqla, icazə verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-553/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsindən əsassız istifadəyə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. İddiaçı ümumi mülkiyyət hüququ ilə məxsus olan JN-027 A saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş İmişli rayonunun Xoşçobanlı kəndində yerləşən 0,59 ha həyətyanı torpaq sahəsinin AR İN ƏMDX DƏDKR PHŞ 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-45/2-553/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş planda paralel ştrixlərlə işarələnmiş 243,0 kv/m hissəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınıb onun özünə verilsin və həmin torpaq sahəsindən əsassız istifadəyə yönəlmiş qanunsuz hərəkətlərə son qoyulsun. İş üzrə aparılmış ekspertiza xərcini təşkil edən 25,0 (iyirmi beş) manat İddiaçı və 25,0 (iyirmi beş) manat Cavabdeh tutulub Dövlət büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-68/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-68/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver