Məhkəmə qərarları › İş №2(036)-703/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-703/2025

20.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-703/2025 20.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı, İlkin cavabdeh İmı̇ şli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmı̇ şli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Su X1 şəhərlərin Birləşmiş Su təchizatı Xidməti PHŞ-nin 4 nömrəli Reginal Sukanal İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Elsevər Mirzəyevin 23 noyabr 2024-cü il tarixli 377/k saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı cavabdeh İmişli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 ilə əvəz edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmiş və cavabdeh İmişli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı mülki işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İmı̇ şli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinin nümayəndəsi X4 cavabdeh İmişli Su Melı̇ orası̇ ya Sı̇ stemlərı̇ nin İstı̇ smarı İdarəsinin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 ilə əvəz edilməsinə və işin aidiyyət üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Belə ki, “kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidmətindən görünür ki, cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67-dir. (https://new.e-taxes.gov.az/etaxes/legal-entity-info) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. - 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. - 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. - 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən hazırkı mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 40, 44, 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3rşı işə bərpa tələbinə dair 2(036)-703/2025 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar