Məhkəmə qərarları › İş №2(036)-72/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-72/2021

28.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-72/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X10 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya satılmış 15 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiasına, Cavabdeh isə İddiaçı qarşı İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçıya məxsus olan 15 kvadrat metr torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsinin dəmir torla hasara alınmış hissəsinin açılması barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə iddiaçıya satılmış 15 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə İddiaçı qarşı İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçıya məxsus olan 15 kvadrat metr torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsinin dəmir torla hasara alınmış hissəsinin açılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciə edərək İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə ona satılmış 15 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, Cavabdeh verilmiş 13 may 2019-cu il tarixli Texniki pasportun həmin sahəyə görə qismən etibarsız hesab edilməsi və 15 kvadrat metr torpaq sahəsinə görə ona reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək göstərdi ki, o, yaşıllıq və bağ salmaq üçün İmişli şəhəri, H.Aslanov küçəsinin bitdiyi hissədə 15 kvadrat metr torpaq sahəsini İmişli Bələdiyyəsinin 30 noyabr 2007-cu il tarixli, 11 saylı qərarına əsasən alqısatqı yolu ilə almışdır. Qeyd olunan xüsusat İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarış, 10 dekabr 2007-ci ildə İmişli rayon Dövlət Torpaq və Xəritəçəkmə şöbəsində 529 nömrə ilə qeydiyyata alınmış torpağın alqısatqısına dair 30 noyabr 2007-ci il tarixli akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayış və rəylə təsdiq olunur. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin planına uyğun olaraq ona təhvil verilmiş, bundan sonra o, həmin torpaq sahəsindən maneəsiz istifadə etməklə orada yaşıllıq ərazi yaratmış və həmin ərazini dəmir torla hasara almışdır. Lakin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən bir qədər əvvəl yaşadığı evin qonşuluğunda ev almış Cavabdeh İmişli Bələdiyyəsinin ona satdığı 15 kvadrat metr torpaq sahəsini özbaşına zəbt etmiş və onun mülkiyyətində olan torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. O, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxmasını tələb etdikdə isə Cavabdeh onun tələblərinə məhəl qoymamış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin tərtib etdiyi 13 may 2019-cu il tarixli Texniki Pasportuna istinad etməklə torpaq sahəsinin onun deyil, öz mülkiyyətində olduğunu demişdir. Halbuki, texniki pasportda Cavabdeh mülkiyyətində ola torpaq sahəsinin ölçüsünün 0,13 hektar olduğu, 0,016 hektar torpaq sahəsinin zəbt edildiyi göstərilmişdir. Yəni onun mülkiyyətində olan 15 kvadrat metr torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyi sonuncunun adına verilmiş texniki pasportda da öz təsdiqini tapmışdır. O, ona satılmış 15 kvadrat metr ölçüdə torpaq sahəsinin yenidən başqa şəxsə satılıb-satılmaması ilə maraqlandıqda İmişli Bələdiyyəsinin əməkdaşları həmin torpaq sahəsinin başqa şəxslərə, eləcə də Cavabdeh satılmadığını bildirmişlər. Hazırda isə o, torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmağa çalışsa da, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin əməkdaşları Cavabdeh mübahisəli torpaq sahəsindən çıxarılmadan onun hüquqlarının reyestrdə qeydə alınmasının mümkün olmadığını bildirmişlər. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa o, hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır. Belə ki, o, torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh həmin torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də o, Cavabdeh daha əvvəl və daha çox qanuni gözləntiyə sahib olsa da, öz hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilmir. Sonda İddiaçı iddianın təmin edilməsi, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 15 kvadrat metr torpaq sahəsindən cavabdehin çıxarılması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh məhkəmə iclasında qarşlıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, göstərdi ki, o, 2018-ci ildə İmişli şəhəri, X.Bəylərov küçəsində yerləşən 11A saylı fərdi yaşayış evini almışdır. Alqı-satqı müqaviləsi ilə aldığı həmin evin 13 may 2019-cu il tarixli texniki pasportu və Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27 iyun 2019-cu il tarixli mülkiyyət huquqa dair çıxarışı da vardır. İddiaçı ona qarşı məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, o, İddiaçı həyətinə bitişik olan torpaq sahəsinin 15 kvadrat metr hissəsini özbaşına zəbt etmişdir. Lakin İddiaçı iddiasında göstərdiyi həmin xüsusatlar tam əsassızdır. Belə ki, həmin torpaq sahəsi İddiaçı deyil, onun torpaq sahəsinin əhatəsindədir. Həmin torpaq sahəsi ilə İddiaçı həyətyanı torpaq sahəsi arasından avtomobil yolu keçir. Mübahisəli torpaq sahəsi ondan əvvəl həmin ev və torpaq sahəsinin mülkiyyətçisi olmuş X9 məxsus olmuş, alqı-satqıdan sonra isə onun mülkiyyətinə keçmişdir. Bundan başqa, torpaq sahəsinin İddiaçı satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı qanunsuzdur. Buna görə də İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ləğv edilməlidir. Sonda Cavabdeh qarşılıqlı iddanın təmin edilməsi, İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçıya məxsus olan 15 kvadrat metr torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsinin dəmir torla hasara alınmış hissəsinin açılması, İddiaçı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İşdə olan İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunun surətindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli iclasında İmişli şəhər sakini, H.Aslanov küçəsində yaşayan 96 saylı evdə yaşayan İddiaçı yaşıllıq və bağ salmaq üçün şəhərin H.Aslanov küçəsinin qurtaracağında sağ tərəfdə İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 15 kvadrat metr torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan 30 noyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunda müəyyən olunmuş torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən ödəniş edilmişdir. İşdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayış və rəyin surətindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunda müəyyən olunmuş torpaq sahəsinin İddiaçı satılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planının və 30 noyabr 2007-ci il tarixli aktının surətindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarına əsasən İddiaçı satılmış torpaq sahəsinin kordinatları yerdə müəyyən edilmiş və İddiaçı təhvil verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli texniki pasportun və 27 iyun 2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsində yerləşən 11A saylı ünvanda 0,13 hektar torpaq sahəsi vardır. Bundan başqa, həmin ərazidə 0,016 hektar torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyindən görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışda qeyd olunan, İddiaçı məxsus 15 kvadrat metr torpaq sahəsinin hüdudları yer üzərində müəyyən edilərək, ölçülmüşdür. Naturada bir tərəfi daş hasardan, digər tərəfi dəmir hasardan ibarət 15 kvadrat metr torpaq sahəsi İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışa və torpaqların alqı-satqısına dair akta əsasən, İddiaçı məxsusdur və həmin şəxs tərəfindən hal-hazırda istifadə olunur. Bundan başqa, həmin rəydə göstərilmişdir ki, Cavabdeh 0,13 hektar həyətyanı torpaq sahəsini AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X5 və AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X1 almışdır. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış tərtib olunarkən yuxarıda qeyd olunan hüquqi sənədlərə istinad edilməmiş və texniki qüsurlara yol verilmişdir. Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MN seriyalı, ******* saylı çıxarışla X6 alınmış 0,06 hektar torpaq sahəsinin hüdudları arasında da fərqlər vardır. Qeyd olunan çıxarışın hüdudları ilə İmişli şəhərinin ərazisində həyətyanl torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə tərtib olunmuş JN 963A və 2562A saylı kod 90701004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə əsasən X8 X3 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin hüdudları arasında fərqlər vardır. Çıxarışda qeyd olunan zəbt sahəsi də JN 963A və 2562A saylı şəhadətnamələrdə olan ərazi ilə uyğun deyildir. Buna görə də, yuxarıda qeyd olunan səbəblərə əsasən Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğundan torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda hüquqi sənədlər əsasında düzəlişlər edildikdən sonra Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 hektar hüdudlarını müəyyən etmək olar. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli iclasında İmişli şəhər sakini, H.Aslanov küçəsində yaşayan 96 saylı evdə yaşayan İddiaçı yaşıllıq və bağ salmaq üçün şəhərin H.Aslanov küçəsinin qurtaracağında sağ tərəfdə İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə 15 kvadrat metr torpaq sahəsinin satılması qərara alınmış və İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunda müəyyən olunmuş torpaq sahəsinin alınması üçün İddiaçı tərəfindən ödəniş edilmişdir. Həmçinin həmin torpaq sahəsinin İddiaçı satılması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən qanunamüvafiq hesab edilmiş və onun kordinatları yerdə müəyyən olunmaqla, İddiaçı təhvil verilmişdir. Bundan sonra Cavabdeh 2018-ci ildə 0,13 hektar həyətyanı torpaq sahəsini AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X5 və AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən, X1 almışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 13 may 2019-cu il tarixli texniki pasport və 27 iyun 2019-cu il tarixli çıxarış verilmişdir. Həmin sənədlərdə Cavabdeh mülkiyyətində İmişli şəhəri, Xanhüseyn Bəylərov küçəsində yerləşən 11A saylı ünvanda 0,13 hektar torpaq sahəsinin olduğu, həmin ərazidə yerləşən 0,016 hektar torpaq sahəsinin isə Cavabdeh tərəfindən zəbt edildiyi göstərilmişdir. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış tərtib olunarkən yuxarıda qeyd olunan hüquqi sənədlərə istinad edilməmiş və texniki qüsurlara yol verilmişdir. Mülki işə məhkəmədə baxılarkən təyin edilmiş və məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyində isə göstərilmişdir ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MN seriyalı, ******* saylı çıxarışla X6 alınmış 0,06 hektar torpaq sahəsinin hüdudları arasında da fərqlər vardır. Qeyd olunan çıxarışın hüdudları ilə İmişli şəhərinin ərazisində həyətyanl torpaq sahələrinin onların mülkiyyətinə verilməsi məqsədi ilə tərtib olunmuş JN 963A və 2562A saylı kod 90701004 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrə əsasən X8 X3 mülkiyyətlərinə verilmiş torpaq sahəsinin hüdudları arasında fərqlər vardır. Çıxarışda qeyd olunan zəbt sahəsi də JN 963A və 2562A saylı şəhadətnamələrdə olan ərazi ilə uyğun deyildir. Buna görə də, yuxarıda qeyd olunan səbəblərə əsasən Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğundan torpaq sahəsinin hüdudlarını müəyyən etmək qeyri-mümkündür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda hüquqi sənədlər əsasında düzəlişlər edildikdən sonra Cavabdeh xüsusi mülkiyyətində olan 0,13 hektar hüdudlarını müəyyən etmək olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vernək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəktələrə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən Dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin tələbinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərkətlərindən çəkinməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi İmişli şəhər Bələdiyyəsi tərəfindən 30 noyabr 2007-ci il tarixli 11 saylı iclasın qərarına uyğun olaraq, İddiaçı satılmış və həmin əmlakın dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Lakin İddiaçı qeyd olunan əmlak üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmamışdır. Bununla da İddiaçı bəhs oluna əmlak üzərində 2007-ci ilin noyabr ayından gözlənilən mülkiyyət hüququna malik olmuşdur. Cavabdeh isə məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyində də göstərildiyi kimi həmin torpaq sahəsi üzərində belə hüquqlara malik olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Marcks Belçikaya qarşı» işi üzrə 13 iyun 1979cu il tarixli qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur (§63). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülakiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4 maddəsinə uyğun olaraq, əgər mülkiyyətə qəsd və başqa manelər varsa, mülkiyyətçi mülkiyyətə qəsd edəndən bu hərəkətə son qoymasını tələb edə bilər, bu hərəkətlərə son qoymadığı halda tələbi məhkəmə vasitəsi ilə edə bilər. «R.Ağalarovun şikayəti üzrə» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələbinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14.02.2003cü il tarixli, 2 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci hissələrinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı C.H.X2 30 noyabr 2007-ci il tarixli, 11 saylı iclas protokolunun surətini, 30 noyabr 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən verilmiş arayış və rəyin surətini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planının və 30 noyabr 2007-ci il tarixli aktının surətini məhkəməyə təqdim etməklə, öz iddia tələbinin və qarşılıqlı iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. Cavabdeh isə İddiaçı iddiasına etirazının və eləcə də özünün qarşılıqlı iddiasının əsası kimi yalnız Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 13 may 2019-cu il tarixli texniki pasportun və 27 iyun 2019-cu il tarixli çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/2228 saylı rəyində Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışda texniki qüsurlar olduğu göstərilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 15 kvadrat metr torpaq sahəsindən çıxarılmalı, Cavabdeh İddiaçı qarşı İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, mülkiyyət hüququ ilə qarşılıqlı iddiaçıya məxsus olan 15 kvadrat metr torpaq sahəsindən İddiaçı çıxarılması və həmin torpaq sahəsinin dəmir torla hasara alınmış hissəsinin açılması barədə qarşılıqlı iddiası isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə Cavabdeh məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 10 manat 40 qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə, ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, mütəxəssis rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində 95 manat məbləğində pul vəsaiti "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT E T D İ: İlkin iddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş **********52-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarış və **********52-10301 reyestr nömrəli Texniki pasport etibarsız hesab edilsin. Cavabdeh İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 15 kvadrat metr torpaq sahəsindən çıxarılsın. İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 15 kvadrat metr torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatına alınsın. Cavabdeh İddiaçı qarşı İddiaçı 15 kvadrat metr torpaq sahəsinin satılması barədə İmişli Bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi, İddiaçı həmin torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin dəmir torla hasara alınmış hissəsinin açılması barədə qarşılıqlı iddiası rədd edilsin. Cavabdeh məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 10 (on) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə, mütəxəssis rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində isə 95 (doxsan beş) manat məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar