Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-730/2021 14.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qızılkənd kəndində yaşayır. Cavabdeh onun həmkəndlisidir. İmişli rayonu, Qızılkənd kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 3.59 ha. torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 25 oktyabr 2002-ci il tarixdə JN-0336 Kod 90700108 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. Bundan başqa, İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 05 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən 08 aprel 2003-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndində kənd təsərrüfatı inkişafı məqsədi ilə 2.0 ha. torpaq sahəsini İmişli Rayonu Qızılkənd Bələdiyyəsindən almışdır. Həmin kənd təsərraftı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ üzrə onun xüsusi mülkiyyətindədir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. 2018-ci il tarixdə Cavabdeh hər iki torpaq sahəsinin 1 (bir) il müddətinə icarəyə verilməsini ondan xahiş etmişdir. O da hər iki torpaq sahəsini 1 (bir) il müddətinə Cavabdeh icarəsinə vermişdir. Hal-hazırda da, Cavabdeh həmin torpaq sahələrini istifadə edir. Halbuki, o, Cavabdeh qarşılıqlı şifahi razılığa əsasən həmin torpaq sahələrini kənd təsərrafatı ilə məşğul olması məqsədi ilə müvəqqəti istifadəsinə vermişdir. Onu da qeyd edir ki, mübahisə predmeti olan həmin torpaq sahələrinin icarəyə verilməsinə dair Cavabdeh ilə notariat qaydasında müqavilə bağlanmamışdır. Hal-hazırda o, xüsusi mülkiyyətində olan İmişli rayonu, Qızılkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.59 ha. və 2.0 ha. torpaq sahələrindən təyinatı üzrə istifadə etmək qərarına gəlmişlər. O, Cavabdeh dəfələrlə mülkiyyətində olan həmin torpaq sahələrindən çıxmağını tələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, onun mülkiyyət hüququ Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. O, xüsusi mülkiyyətində olan həmin torpaq sahələrindən öz istədiyi kimi istifadə edə bilmir. Məhz bu səbəbdən də, o, Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh İmişli rayonu, Qızılkənd kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş 3.59 ha. torpaq sahəsindən, İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 5 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən kənd təsərrüfatı inkişafı məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş 2.0 ha. torpaq sahəsindən çıxarılması və həmin torpaq sahələrindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Qızılkənd kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. Onu da qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı 2018ci il tarixdə qarşılıqlı şifahi razılığa əsasən İmişli rayonu, Qızılkənd kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə özlərinin xüsusi mülkiyyətinə verilmiş 3.59 ha. torpaq sahəsini və İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 5 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən kənd təsərrüfatı inkişafı məqsədi ilə xüsusi mülkiyyətinə verilmiş 2.0 ha. torpaq sahəsini ona satmışdır. O, hər iki torpaq sahəsinə görə İddiaçı müəyyən məbləğdə pul ödəmişdir. Eyni zamanda bildirir ki, mübahisə predmeti olan həmin torpaq sahələrinin “Alğı-satqısı”na dair İddiaçı ilə notariat qaydasında müqavilə bağlanmamışdır. O, hal-hazırda mübahisə predmeti olan həmin torpaq sahələrini istifadə edir. Bu səbəbdən də, həmin torpaq sahələrini İddiaçı geri qaytarmağa razı deyildir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-0336 Kod 90700108 saylı, 25 oktyabr 2002-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Qızılkənd kəndində yerləşən 3.59 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X5, X3, X6, X2, X7 və X8 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 25 oktyabr 2002-ci il tarixdə 10481 № ilə X14 kitabında uçota alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 05 saylı, 08 aprel 2003-cü il tarixli iclas protokolundan çıxarışın surətindən görünür ki, İmişli Rayon Qızılkənd Bələdiyyəsinin ümumi iclasında İmişli rayonu, Qızılkənd kəndində yaşayan İddiaçı İzətulla oğluna kənd təsərrüfatı inkişafı məqsədi ilə İmişli rayonu, Qızılkənd kəndi ərazisində İmişli Rayon Qızılkənd Bələdiyyəsinə məxsus boş torpaq sahəsindən 20000 kv.m., torpaq sahəsinin alğı-satqısı qərara alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Torpaqların alğı-satqısı”na dair aktın surətindən görünür ki, İmişli Rayonu Qızılkənd Bələdiyyəsi tərəfindən kənd təsərrüfatı inkişafı məqsədi ilə bələdiyyə ərazisində yerləşən 20000 kv.m., torpaq sahəsinin İddiaçı satılması barədə 05 saylı, 08 aprel 2003-cü il tarixli qərar qəbul edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alğı-satqı” müqaviləsinin surətindən görünür ki, kənd təsərrüfatı inkişafı məqsədi ilə İmişli Rayonu Qızılkənd Bələdiyyəsi ərazisində yerləşən 20000 kv.m., torpaq sahəsinə dair İmişli Rayonu Qızılkənd Bələdiyyəsi ilə İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə İmişli rayonu, Qızılkənd kəndində yerləşən 3.59 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X4, X5, X3, X6, X2, X7 və X8 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” X14 kitabında 25 oktyabr 2002-ci il tarixdə 10481 № ilə uçota alınmışdır. Bundan başqa, İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 05 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən İmişli rayonu, Qızılkənd kəndində yerləşən 2.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa, tərəflər arasında mübahisə predmeti olan həmin torpaq sahələrinə dair “Torpaq icarəsi haqqında” və (və ya) “Torpağın alğı-satqısı”na dair notariat qaydasında müqavilənin bağlanmaması və iddiaçının xüsusi mülkiyyətində olan mübahisə predmeti olan həmin torpaq sahələrindən cavabdehin istifadə etməsi faktı məhkəmə iclasında Cavabdeh izahatı ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması kimi hall mülki işin “mübahisəli faktiki halı” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları”dır. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı 1. daşınmaz əmlaka dair (İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu; 2. İddiaçı daşınmaz əmlaka dair (İmişli rayonu, Qızılkənd kəndində yerləşən 2.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasa da, lakin o, həmin daşınmaz əmlaka dair mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğu, eləcə də, iddiaçının (mülkiyyətçi) xüsusi mülkiyyətində olan daşınmaz əmlakı hal-hazırda heç bir hüquqi əsas olmadan, onun iradəsi ziddinə olaraq (sahiblik hüququ olmadan) özgənin “qanunsuz” sahibliyində olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5-ci maddəsinin İİİ hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin İİ hissəsinə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibraətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyət”lə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də ehtiva edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsinin “mülkiyyət” hüququ ilə bağlı hüquqi mövqeyi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli və “Axverdiyev Azərbaycana qarşı” iş üzrə 29 yanvar 2015-ci il tarixli qərarlarında öz əksini tapmışdır.) Bundan başqa, məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh istifadəsində olan və İmişli rayonu, Qızılkənd kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 saylı, 28 dekabr 2001-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçı tərəfin mülkiyyətinə verilmiş 3.59 ha. torpaq sahəsinin, İmişli Rayonu Qızılkənd Bələdiyyəsinin 5 saylı, 08 aprel 2003-cü il tarixli qərarı ilə “Torpaqların alğı-satqı”sına dair müqaviləyə əsasən kənd təsərrüfatı inkişafı məqsədi ilə iddiaçı tərəfin xüsusi mülkiyyətinə verilmiş 2.0 ha. torpaq sahəsinin “özgəninkiləşdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə” dair notariat qaydasında heç bir müqavilə bağlanmadığı və notariat qaydada təsdiq edilmədiyi, eləcə də, cavabdeh tərəfin hər hansı hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onların həmin torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüququnun müdafiəsinin qanuni əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin notarial qaydada bağlanmasından, eləcə də, müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Eyni zamanda, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət tərəfindən təminat verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin Vİİİ hissəsinə əsasən torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 56-cı maddəsinin İX hissəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 66-cı maddəsinin İ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 66-cı maddəsinin İİ hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin İ hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin İV hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnsan hüquqları və əsas azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc (maneəsiz) istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “Marckx Belçikaya qarşı” iş üzrə 13 iyul 1979cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçinin öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sporronq və Lonnrot İsveçə qarşı” və “Papamixolopulus Yunanıstana qarşı” işləri üzrə qərarlarında qeyd edilmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bu əmlakdan “de-fakto” formada məhrumetmə hesab edilir ki, formal şəkildə mülkiyyət hüququ saxlansa da, həmin hüquqların olmasının və faktiki olaraq həyata keçirilməsinin əhəmiyyəti aradan qalxmış olur. Bundan başqa, işin faktiki hallarına, eləcə də, tərəflərə ünlanmış suallara əldə edilmiş cavablara əsasən məhkəmə hesab edir ki, torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi, onun planı və ölçüsünün tərtib edilməsi məsələləri, eləcə də, torpaq sahəsinə dair icarə hüququnun və daşınmaz əmlaka digər hüquqlara dair müqavilələrin notariat qaydada təsdiq edilməli və dövlət qeydiyyatına alınmalı olması “imperativ norma” ilə tənzimləndiyi halda, məhz həmin torpaq sahələrinin “özgəninkiləşdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə” dair tərəflər arasında notariat qaydasında heç bir müqavilə bağlanmadığı, eləcə də, Cavabdeh hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmadığı üçün onun mübahisə predmeti olan həmin torpaq sahələri ilə bağlı hüquqlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin və təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilməsi əsasları tənzimlənməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə mülkiyyət hüququnun və daşınmaz əmlaka digər hüquqların, bu hüquqların məhdudlaşdırılmasının, əmələ gəlməsinin, başqasına keçməsinin və xitamının dövlət qeydiyyatına alınması kimi hüquqi əsaslar imperativ norma ilə tənzimlənmişdir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişlər. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi işin mübahisəli faktiki halları formal mülahizələrə deyil, kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara əsaslanır və gətirdiyi dəlillər əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Cavabdeh daşınmaz əmlaka dair (torpaq sahəsi) hüquqları dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün etirazının əsaslarını maddi hüquq normaları ilə əsaslandıra bilməmiş, iddia tələbinə qarşı etirazın əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, Cavabdeh izahatında istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh oğluna qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsi və toxunulmazlığına dövlət təminatının verilmədiyi; 3. İddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakı (İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha. torpaq sahəsi və İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 2.0 ha. torpaq sahəsi) özgənin qanunsuz sahibliyində olduğu; 4. İddiaçı mülkiyyət hüququ Cavabdeh tərəfindən məhdudlaşdırıldığı (əmlakdan “de-fakto” formada məhrumetmə); 5. İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsi imkanı əhəmiyyətli dərəcədə məhdudlaşdırılmaqla, mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter daşıdığı; 6. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bildiyi, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etdiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iddia təmin edilməli və Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha. və 2.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılmalı və torpaq sahələrindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Qızılkənd kəndi ərazisində yerləşən 3.59 ha. və 2.0 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən çıxarılsın və torpaq sahələrindən istifadə etməsinə mane olan qanunazidd hərəkətlərinə son qoyulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov