Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-75/2021 07.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Məhəmmədli kəndində yaşayır. Cavabdeh1 oğunun onun qonşusudur. İmişli rayonu, Məhəmmədli kəndində torpaq islahatı aparılan zaman İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.51 ha. torpaq sahəsi onların, yəni ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Mübahisə predmeti olan həmin torpaq sahəsinə dair 02 dekabr 1998-ci il tarixdə JN-0007 Kod 90714038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Ailə üzvlərinin ümumi razılığı əsasında həmin torpaq sahəsinin istifadəsi ona həvalə edilmişdir. O, bu müddət ərzində mübahisə predmeti olan həmin torpaq sahəsində təmizlik və aqrotexniki işlər aparmış, əkin sahəsi kimi yararlı vəziyyətə gətirmişdir. Lakin Cavabdeh1 2017-ci il tarixdə mübahisə predmeti olan həmin torpaq sahəsinin bir hissəsini qeyri-qanuni şəkildə zəbt etmiş, eləcə də, həmin hissədən keçən suvarma kanalını torpaq-beton və daş materialları ilə doldurmaqla, qurutmuşdur. O, Cavabdeh1 dəfələrlə mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsindən çıxmağını və həmin ərazidən keçən su kanalı bərpa etməsinitələb etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Eyni zamanda, hesab edir ki, onun mülkiyyət hüququ Cavabdeh1 tərəfindən kobud şəkildə pozulmuşdur. O, xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədiyi kimi tam istifadə edə bilmir. Beləliklə, o, Cavabdeh1 qanunazidd hərəkətləri nəticəsində mənəvi cəhətdən sarsıntı keçirmişdir. Cavabdeh X10 bu hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 400 (dörd yüz) AZN məbləği həddində qiymətləndirmişdir. Məhz bu səbəbdən də, o Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh1 İmişli rayonu, Məhəmmədli kəndində yerləşən İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə onun xüsusi mülkiyyətinə verilmiş 4.51 ha. torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və Cavabdeh1 400 (dörd yüz) AZN məbləğində dəymiş mənəvi zərərin tutularaq, özünün xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Məhəmmədli kəndində yaşayır. İddiaçı onun həmkəndlisidir. Onu da qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İmişli rayonu, Məhəmmədli kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Onun xüsusi mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrində 01 mart 2017-ci il tarixdə qeydiyyata alınmış və ona Seriya RX ******* №-li, 01 mart 2017-cü il tarixli çıxarış da verilmişdir. Onu da qeyd edir ki, İddiaçı xüsusi mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən kənd təsəraftı təyinatlı 4.51 ha. torpaq sahəsi ilə özünün xüsusi mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsi ilə üst-üstə düşmür. Eləcə də, o, İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən suvarma kanalını nə zəbt etmiş, nə də torpaq-beton və daş materialları ilə doldurmaqla, qurutmuşdur. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında üçüncü şəxslər İmişli Rayonu Yalavac Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi və “xxxx” ASC Cavabdeh3 qabaqcadan lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslər İmişli Rayonu Yalavac Bələdiyyəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və “xxxx” ASC Cavabdeh3 nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş JN-0007 Kod 90714038 saylı, 02 dekabr 1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli qərarı ilə İmişli rayonu, Məhəmmədli kəndində yerləşən 4.51 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8, X5, X9, X1, X2, X6, X3 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” 02 dekabr 1998-ci il tarixdə 3929 № ilə X21 kitabında uçota alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya RX ******* №-li, 01 mart 2017-cü il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Məhəmmədli kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin AN 136967 №-li, 01 mart 2017-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur, mülkiyyətin növü xüsusi mülkiyyətdir və **********53 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “xxxx” ASC X11 İstismarı İdarəsinin 51 saylı, 20 iyul 2017-ci il tarixli məktubunun surətindən görünür ki, Araz çayının axımının sol sahilin hissəsində Məhəmmədli kəndinə məxsus pay torpaqları olan ərazidə X7 İstismarı İdarəsinin balasında kollektor drenaj sistemi yoxdur. müvafiq qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin AN 136967 №-li, 01 mart 2017-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur, mülkiyyətin növü xüsusi mülkiyyətdir və **********53 № ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin 13 saylı, 09 fevral 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1. İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli və JN-007 A Kod 90714038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı, X8, X5, X9, X1, X2, X6, X16 oğlunun mülkiyyətində olan və iddiaçının istifadəsində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX ******* №-li, 01 mart 2017-cü il tarixli çıxarışına, AN 136967 №-li, 01 mart 2017-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 0.015 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 3. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 0.015 ha. torpaq sahəsi üst-üstə düşmür. 4. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsinə Cavabdeh1 tərəfindən müdaxilə faktı yoxdur. 5. Cavabdeh1 tərəfindən 4.51 ha. torpaq sahəsinə müdaxilə faktı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsinə dair 10/1054 №-li, 30 mart 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1. İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli və JN-007 A Kod 90714038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İddiaçı, X8, X5, X9, X1, X2, X6, X16 oğlunun mülkiyyətində olan və iddiaçının istifadəsində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X12 Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX ******* №-li, 01 mart 2017-cü il tarixli çıxarışına, AN 136967 №-li, 01 mart 2017-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 0.015 ha. torpaq sahəsinin hüdudları (sərhədləri) yerində müəyyən edilərək, ölçülmüşdür. 3. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsi ilə Cavabdeh1 mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 0.015 ha. torpaq sahəsi üst-üstə düşmür. 4. İddiaçı mülkiyyətində olan İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. torpaq sahəsinə Cavabdeh1 tərəfindən müdaxilə faktı yoxdur. 5. Cavabdeh1 tərəfindən 4.51 ha. torpaq sahəsinə müdaxilə faktı yoxdur. Aparılmış tədqiqatın dəyəri (xərc): 50 (əlli) AZN məbləği təşkil edir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 01 saylı, 06 aprel 1998-ci il tarixli qərarı ilə İmişli rayonu, Məhəmmədli kəndində yerləşən 4.51 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8, X5, X9, X1, X2, X6, X3 mülkiyyətinə verilmiş və ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli Rayon Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” X21 kitabında 02 dekabr 1998-ci il tarixdə 3929 № ilə uçota alınmışdır. Bundan başqa, İmişli rayonu, Məhəmmədli kəndində yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 0.015 ha. torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı Cavabdeh1 “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbini irəli sürməkdə subyektiv hüquqa malik olub-olmaması; 2. İddiaçı mülkiyyət hüququnun Cavabdeh1 tərəfindən məhdudlaşdırılıb-məhdudlaşdırılmaması və 3. İddiaçı məhz Cavabdeh1 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi və (və ya) mənəvi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “əmlak və əşya hüquqları” və “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən, eləcə də, başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülkiyyət hüququ və mülkiyyətin müdafiəsi” və “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı daşınmaz əmlaka dair (İmişli rayonu, Məhəmmədli kəndi ərazisində yerləşən 4.51 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındığı üçün, yəni daşınmaz əmlakın “mülkiyyətçisi” olduğu üçün qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun müdafiəsi məqsədi ilə Cavabdeh1 “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ;
3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır... Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 5-ci maddəsinin İİİ hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49-cu maddəsinin İİ hissəsinə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Məhkəmə “mütəxəssis və ekspert rələri”nin mötəbər sübut kimi qəbul edilibedilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə faktı” məsələsi texniki və xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız mütəxəssis və ekspert tərəfindən tədqiqat obyektinə baxış keçirilməklə təsdiq olunması mümkündür. Mütəxəssis və ekspert rəyləri sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis və ekspert rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Eyni zamanda, İddiaçı oğlu “mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfin müdaxiləsi” faktına istinad etdiyi məhz həmin halları əsaslandıra bilmiş, bununla bağlı mötəbər sübutlar əldə edilmiş və həmin hallar məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmışdır. Bununla yanaşı, mütəxəssis və eskpert rəyləri iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, 1. onun xüsusi mülkiyyətində olan 4.51 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh1 tərəfindən hər hansı müdaxilə faktının olmasını və 2. Cavabdeh1 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından, yəni torpaq sahəsinə müdaxilə etməsi nəticəsində ona maddi və (və ya) mənəvi zərərin dəyməsini maddi hüquq normları ilə əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdikləri dəlillər əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda, İddiaçı mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılması, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarılması və dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı mülki iş üzrə ilkin “məhkəmə tikinti-texniki ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X4 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Tərlan Nüsrətov