Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-75/2025 22.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi ilə, İddiaçı habelə onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq münasibətləri üzrə sair mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə mülki işi baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq münasibətləri üzrə sair mübahisələr» tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bələdiyyə mülkiyyətinə aid torpağın qanunsuz istifadəsi nəticəsində pay torpaq sahəsini yararsız hala salması və bu səbəbdən həmin pay torpaq sahəsindən istifadəyə imkan verməyən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun vəkili və nümayəndəsi ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılması məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinin və ona əlavə edilmiş materialların geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəf iddia ərizəsini və ona əlavə edilmiş materialların geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1, 152.1.9, 152.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «torpaq münasibətləri üzrə sair mübahisələr» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №2(036)-75/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-75/2025
22.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver