Məhkəmə qərarları › İş №2(036)-8/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-8/2025

04.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-8/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Şiralıyeva qızının katibliyi ilə, Ərizəçilərin nümayəndəsi X2 iştirak ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X3 qanun üzrə vərəsəlik, səlahiyyətli nümayəndələri olduğu Ərizəçi1 və Ərizəçi2 adlarında ataları X1 miras qalmış, İmişli şəhəri, H.Əliyev prospekti 91 saylı ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən və üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlakdan onlara payın düşən miras əmlakın qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi ərizəsinin baxılmamış saxlanılması barədə ərizə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçilərin nümayəndəsi ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 mirasın qəbul edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar