Məhkəmə qərarları › İş №2(036)-807/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-807/2025

24.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-807/2025 24.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qarazadə Ənvər Samiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə İmişli Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 özbaşına qanunsuz zəbt etdiyi, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 1,6684 hektar torpaq sahəsindən çıxarılması və torpaq sahəsini zəbt etməsi nəticəsində onlara vurduğu zərərin əvəzi 400 (dörd yüz) manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvləri anası X4, bacısı X7, qardaşları X11 və X14 ümumi birgə mülkiyyətlərində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində İmişli rayon Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,6684 ha torpaq sahəsi vardır. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xidmətindən **********53 nömrəli Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsini o, idarə edir. X8 və X12 vəfat etmişlər. Qardaşları da kənar rayonlarda işləyirlər və birgə torpağı ona tapşırıblar. Torpağa mülkiyyət sənədini - Çıxarışı da o, müraciət edib almışdır. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri o, istifadə etmişdir. Həmin sahədə buğda əkmişdir. xx.xx.2025-ci il tarixdə buğda əkdiyi həmin torpaq sahəsinə getmişdir ki, əkinə baxsın. Görmüşdür ki, həmyerlisi X5 əkinin təxminən 15-20 sotunu şumlayıb. Ona irad tutanda demişdir ki, bu sahə mənimdir və onu torpaq sahəsinə buraxmamışdır. Məlum olmuşdur ki, X5 torpaq sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və cavabdeh həmin torpaq sahəsindəki əkinini qanunsuz olaraq məhv edərək onlara maddi zərər vurmuşdur. Xüsusi mülkiyyətlərində olan torpaq sahəsini boşaltmasını cavabdehdən dəfələrlə tələb etsələr də, cavabdeh həmin torpaq sahəsindən çıxmır və onları torpaq sahəsinə buraxmır. Cavabdeh onlara məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq istifadə etdiyinə görə Çıxarışa əsasən, ailəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Cavabdehin əkinlərini məhv etməsi nəticəsində onlar 400 manat maddi zərər çəkmişlər. Belə ki, bu il cavabdehin şumlayıb məhv etdiyi torpaq sahəsində əkdiyi məhsulu götürüb sataraq ən azı 400 manat gəlir əldə edəcəkdir. Cavabdehin əkini şumlaması çəkilmiş fotoşəkillə də təsdiq olunur. Bu faktı cavabdeh özü də təsdiq edir, İmişli rayon aqrar inkişaf mərkəzinə müraciət etmişdir ki, əkinə vurulmuş zərər barədə rəy verilsin, bildirilmişdir ki, bu barədə rəy-arayış yalnız məhkəmənin sorğusuna əsasən verilir. Aidiyyəti orqanlara müraciət etdikdə ona bildirilmişdir ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə ərizə verilməlidir. Sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə, ilk növbədə, nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.6684 ha torpaq sahəsi üzərində İddiaçı, X3, X6, X9, X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1.7962 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 6 saylı Beyləqan Ərazi İdarəsinin 15 dekabr 2025-ci il tarixli 3- 21-3-45/2-8171/2025 saylı mütəxəssis rəyinə əsasən:

1. İddiaçı məxsus olan **********53 nömrəli çıxarışa əsasən yer təyin olunan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 1.6684 hektar torpaq sahəsi planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədləri müəyyən edilmişdir.

2. İddiaçı məxsus otan **********50 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 1.7962 hektar torpaq sahəsinin planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman məlum oldu ki, həmin **********50 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,7962 hektar torpaq sahəsi, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh məxsusdur və mübahisəli ərazidə yerləşmir. Ona görə də mübahisəli ərazidə yerləşən, **********49 reyestr nömrəli ********** qeydiyyat nöməli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 1,6684 hektar qonşu torpaq sahəsi planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədləri müəyyən edilmişdir.

3. Cavabdeh Rəcəb qızı və ailə üzvləri tərəfindən İddiaçı məxsus olan **********53 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,6684 hektar torpaq sahəsinin 0.15 ha hissəsi əkilərək əkin kimi istifadə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.6-ci maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Rəcəb qızı və ailə üzvləri tərəfindən İddiaçı məxsus olan **********53 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,6684 hektar torpaq sahəsinin 0.15 ha hissəsi əkilərək əkin kimi istifadə edilir. Belə ki, İş materiallarında olan 6 saylı Beyləqan Ərazi İdarəsinin 15 dekabr 2025-ci il tarixli 3-21-3-45/2-8171/2025 saylı mütəxəssis rəyinə əsasən:

1. İddiaçı məxsus olan **********53 nömrəli çıxarışa əsasən yer təyin olunan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 1.6684 hektar torpaq sahəsi planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədləri müəyyən edilmişdir. İddiaçı məxsus otan **********50 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 1.7962 hektar torpaq sahəsinin planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədlərini müəyyən etmək üçün tədqiqat aparan zaman məlum oldu ki, həmin **********50 reyestr nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,7962 hektar torpaq sahəsi, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh məxsusdur və mübahisəli ərazidə yerləşmir. Ona görə də mübahisəli ərazidə yerləşən, **********49 reyestr nömrəli ********** qeydiyyat nöməli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 1,6684 hektar qonşu torpaq sahəsi planda göstərilmiş koordinatlar əsasında yerə köçürülərək naturada sərhədləri müəyyən edilmişdir. Cavabdeh Rəcəb qızı və ailə üzvləri tərəfindən İddiaçı məxsus olan **********53 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,6684 hektar torpaq sahəsinin 0.15 ha hissəsi əkilərək əkin kimi istifadə edilir. Yuxarıda göstərilən mövqədən çıxış edən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsinə subyektiv hüququ yaranmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdə olan 6 saylı Beyləqan Ərazi İdarəsinin 15 dekabr 2025-ci il tarixli 3-21-3-45/2- 8171/2025 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh Rəcəb qızı və ailə üzvləri tərəfindən İddiaçı məxsus olan **********53 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən yeri təyin olunan 1,6684 hektar torpaq sahəsinin 0.15 ha hissəsi əkilərək əkin kimi istifadə edilir. Beləliklə məhkəmə hesab edir ki, **********53 reyestr nömrəli xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 1,6684 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, həmin torpaq sahəsinə cavabdehin heç bir subyektiv hüququ mövcud olmadığından və onun tərəfindən 0.15 ha hissəsi qanunsuz olaraq istifadə edildiyindən iddia tələbi cavabdehin həmin torpaq sahəsindən çıxarılması hissəsində təmin edilməlidir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə maddi ziyan tələbi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı heç bir əsaslı sübutllar gətirmədiyindən iddia tələbi ona qarşı hissədə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhz iddiaçının hüquqazidd əməli yəni, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyinin ona məhz 400 (dörd yüz) manat məbləğində ziyan dəyməsinin səbəbli əlaqəsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçının hazırki iddia tələbinin onunla əsaslandırmışdır ki, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) 400 (dörd yüz) manat məbləğindədir. Lakin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, şəxsin hüquqlarının pozulması nəticəsində onun əldə edə biləcəyi gəlir real faktlara və əsaslara söykənməli, formal xarakter daşımamalıdır. Belə ki, iddiaçının iddia ərizəsində ona dəymiş ziyanın ehtimalı qiymətləndirilmişdir. Lakin iddiaçı tərəfindən həmin torpaq sahəsinin onun sahibliyində olduğu dövrdə orada və ya başqa torpaq sahəsində hər hansı sahibkarləq fəaliyyəti ilə məşğul olmasına dair sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının, ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının əldən çıxmış fayda ilə bağlı iddia tələbi şəxsi mülahizələrə əsaslanmaqla verildiyindən təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına əsasən: Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; «X19rşı» işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh Rəcəb qızı İddiaçı mülkiyyətində olan İmişli rayonu, Bəhrəmtəpə qəsəbə ərazisində yerləşən 1.6684 ha torpaq sahəsindən (reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********) torpaq sahəsinin 0,15 ha hissəsindən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı X10 dəymiş 400 (dörd yüz) manat pulun Cavabdeh Rəcəb qızından alınaraq ona verilməsi barədə iddia tələbi təmin oluna bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən, yəni yalnız qiymətləndirilməyən iddia tələbi hissəsində təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Rəcəb qızı İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarış ilə verilmiş İmişli rayonu, Bəhrəmtəpə qəsəbə ərazisində yerləşən 1.6684 ha ölçülü torpaq sahəsinin 0.15 ha hissəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh Rəcəb qızından alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar