Məhkəmə qərarları › İş №2(036)-847/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-847/2023

28.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-847/2023 28.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi tələbinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarının onlara aid olan hissədə etibarsız hesab edilməsini və həmin komissiyanın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş 3.21 ha pay torpağına mülkiyyət hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin qaytarılması barədə ərizə verərək cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materialları ilə müəyyən olur ki, İddiaçı1 tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 7526 nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi baxılmamış saxlanıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı1 tərəfindən iddia tələbi üzrə xx.xx.2023-cü il tarixli, 7526 nömrəli qəbz əsasında "xxxx" ASC vasitəsilə İmişli Rayon Məhkəməsinin ünvanına ödənilmiş 100 manat dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar