Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-851/2023 07.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlu sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi ilə İddiaçı cavabdeh İmişli rayon Xəlfəli Bələdiyyəsinə qarşı torpaq Bələdiyyənin xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və torpaq sahəsində sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İmişli rayon Xəlfəli Bələdiyyəsinə qarşı torpaq Bələdiyyənin xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və torpaq sahəsində sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh İmişli rayon Xəlfəli Bələdiyyəsinə qarşı torpaq Bələdiyyənin xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməsi və torpaq sahəsində sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100,40 (bir yüz manat 40 qəpik qəpik) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-851/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-851/2023
07.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver