Məhkəmə qərarları › İş №2(036)-880/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-880/2021

05.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-880/2021 05.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 qızının, X1, İddiaçı3nın, İddiaçı1 Alhüseyn oğlunun, İddiaçı4 oğlunun, İddiaçı5 qızının, X3, X4 və İddiaçı6 Alhüseyn oğlunun cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 qızı, X5, İddiaçı3, İddiaçı1 Alhüseyn oğlu, İddiaçı4 oğlu, İddiaçı5 qızı, X6, X7 və İddiaçı6 Alhüseyn oğlu cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı2 qızı, X5, İddiaçı3, İddiaçı1 Alhüseyn oğlu, İddiaçı4 oğlu, İddiaçı5 qızı, X6, X7 və İddiaçı6 Alhüseyn oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin qaytarılmasını və ərizənin baxılmamış saxlanmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-cı maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını, eləcə də, iddiaçıların ərizəsini tam və obyektiv araşdıraraq hesab edir ki, iddiaçı tərəf ərizənin geri qaytarılmasını və baxılmamış saxlanmasını xahiş etdiyi, cavabdeh tərəf məhkəmə iclasında iştirak etmədiyi və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 qızının, X1, İddiaçı3nın, İddiaçı1 Alhüseyn oğlunun, İddiaçı4 oğlunun, İddiaçı5 qızının, X3, X4 və İddiaçı6 Alhüseyn oğlunun cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılması və qanunazidd hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfə geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar