Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-888/2021 31.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X9 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi vəkili X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X8 və anası X2 ölümündən sonra miras qalmış İmişli rayonunun Cəfərli kəndində yerləşən ümumi sahəsi 125.0 kv.m olan 3 otaqlı yaşayış evi, “Torpağa mülkiyyət hüququna dair” JN-267 saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.31 ha torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-097A saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.42 ha torpaq sahəsindən ibarət miras əmlakların qəbul olunması faktının müəyyən edilməsi və həmin miras əmlaklara vərəsəlik hüququna dair ona şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi vəkili X4 məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi atası X8 və anası X2 ölümündən sonra İmişli rayonunun Cəfərli kəndində yerləşən ümumi sahəsi 125.0 kv.m olan 3 otaqlı yaşayış evi, “Torpağa mülkiyyət hüququna dair” JN- 267 saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.31 ha torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-097A saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.42 ha torpaq sahəsindən ibarət əmlaklar miras qalmışdır. Valideynlərinin ölümündən sonra mirası faktiki olaraq qəbul etmiş, lakin bu barədə qanunvericiliyin tələblərini bilmədiyinə görə notariat kontoruna ərizə verməmişdir. Hesab etmişdir ki, bütün proseslər miras qoyanların vəfatından 6 ay keçdikdən sonra istənilən vaxt həyata keçirilə bilər. Ərizəçi qnunvericiliyin tələblərini bilməsə də, valideynlərindən qalmış miras əmlaklarını faktiki olaraq qəbul etmiş və onlara sahiblik etmişdir. Odur ki, Ərizəçi atası X8 və anası X2 ölümündən sonra İmişli rayonunun Cəfərli kəndində yerləşən ümumi sahəsi 125.0 kv.m olan 3 otaqlı yaşayış evi, “Torpağa mülkiyyət hüququna dair” JN-267 saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.31 ha torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN- 097A saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.42 ha torpaq sahəsindən ibarət mirası qəbul etməsi faktının müəyyən edilməsi və həmin miras əmlaklara vərəsəlik hüququna dair ona şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs İmişli regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycam Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; İ-JQ 422743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1974-cü il tarixdə İmişli şəhərində doğulmuşdur, atası X8, anası isə X3r. “Torpağa mülkiyyət hüququna dair” JN-267 saylı 90704018 kodlu dövlət aktından görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.31 ha torpaq sahəsi verilmişdir. “Torpağa mülkiyyət hüququna dair” JN-097A saylı 90704018 kodlu dövlət aktından görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X8 və onun ailə üzvlərinin mülkiyyətinə 0.42 ha həyətyanı torpaq sahəsi verilmişdir. AZ-İİ 112674 nömərəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2003-cü il tarixdə vəfat etmişdir. AZ-İİ 112675 nömərəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2002-ci il tarixdə vəfat etmişdir. İmişli rayon İHB-nin Cəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Ərizəçi valideylərinin öldüyü tarixdən hal-hazıradək onlara məxsus evdə yaşayaraq mirası faktik qəbul etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını dinləyib, təqdim olunmuş və işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilərki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnamə altı aydan da tez verilir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası X8 və anası X2 ölümündən sonra miras qalmış İmişli rayonunun Cəfərli kəndində yerləşən ümumi sahəsi 125.0 kv.m olan 3 otaqlı yaşayış evi, “Torpağa mülkiyyət hüququna dair” JN-267 saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.31 ha torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-097A saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.42 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etməsi faktı müəyyən edilməli və ona vərəsəlik hüququna dair şəhadətnamə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası X8 və anası X2 ölümündən sonra miras qalmış İmişli rayonunun Cəfərli kəndində yerləşən ümumi sahəsi 125.0 kv.m olan 3 otaqlı yaşayış evi, “Torpağa mülkiyyət hüququna dair” JN-267 saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.31 ha torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN-097A saylı 90704018 kodlu dövlət aktı ilə verilmiş 0.42 ha torpaq sahəsindən ibarət miras əmlakları qəbul etməsi faktı müəyyən edilsin və ona vərəsəlik hüququna dair şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-888/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-888/2021
31.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver