Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-897/2021 18.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X2 xx.xx.1948-ci ildə İmişli rayonu Muradxanlı kəndində anadan olması, ata qrafasında X4 və ana qrafasında X5 yazılması yəni mərhum atası X2 doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, mərhum atası X6 xx.xx.1948ci ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. Ona məlum olmayan səbəblərdən atasına doğum haqqında şəhadətnamə götürülməmişdir. Hazırda ailə üzvlərinə məxsus torpaq sahəsinin alqı-satqısı zamanı problem yaranmış atasının doğum haqqında şəhadətnaməsinin olması zəruri olmuşdur. Bununla bağlı o, Maraqlı şəxsnə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, atasına doğum haqqında şəhadətnamə götürülməmişdir. X1 nənəsi isə X5 olmuşdur. O, Maraqlı şəxsnə müraciət etsə də, atasının doğum faktı tibbi sənədlə təsdiq olunmadığından doğum şəhadətnaməsi verilməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdə olan Maraqlı şəxs xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, X2 doğumu haqqında akt qeydləri aşkar olunmadığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. İşdə olan hərbi biletin surətindən görünür ki, X6 XX.XX.1948-ci ildə anadan olmuşdur. İşdə olan komsomol biletinin surətindən görünür ki, X6 XX.XX.1948-ci ildə anadan olmuşdur. İşdə olan İmişli rayon İcra Başçısının Muradxanlı kənd İnzibati ərazi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X6 1948-ci ildə İmişli rayonun Muradxanlı kəndində anadan olmuşdur. xx xxxxxx 1986-cı ildə vəfat etmişdir. X2 atası X4 və anası X3r. İşin araşdırılan hallarından müəyyən olunur ki, X6 XX.XX.1948-ci ildə İmişli rayonunun Muradxanlı kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, X2 XX.XX.1948-ci ildə İmişli rayonu Muradxanlı kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. X2 XX.XX.1948-ci ildə İmişli rayonu Muradxanlı kəndində doğulması faktı müəyyən edilsin və doğum akt qeydinin ata qrafasında X4, ana qrafasında X5 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-897/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-897/2021
18.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver