Məhkəmə qərarları › İş №2(036)-916/2023

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-916/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-916/2023 28.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxxx 1959-cu ildə İmişli rayonunun Cəfərli kəndində anadan olması, ata qrafasında X2 və ana qrafasında X3 yazılması, yəni doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, o, xx xxxx 1959-cu ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. Hazırda onun şəxsiyyət vəsiqəsi var. Lakin o, şəxsiyyət vəsiqəsini sovet pasportunun əsasında almışdır. Ona səhlənkarlıq ucbatından doğum sənədi və doğum haqqında şəhadətnamə götürülməmişdir. Onun atası X2 anası X3 olub. Hər iki valideyini vəfat etmişdir. O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum faktı tibbi sənədlə təsdiq olunmadığından doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləssinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Ərizəçi xx xxxx 1959-cu ildə İmişli rayonunun Cəfərli kəndində doğulmuşdur, lakin onun doğumu qeydə alınmamışdır. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsinin 25 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Ərizəçi doğumu haqqında akt qeydləri aşkar olunmaığından ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci madəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1959-cu il tarixdə İmişli rayonunun Cəfərli kəndində doğulması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 311 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə İmişli rayonunun Cəfərli kəndində doğulması faktı müəyyən edilsin və doğum akt qeydinin ata qrafasında X2, ana qrafasında X3 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində «Elektron Məhkəmə» İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev AZƏRBAYCAN RESPUBLİKASİ İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli şəhəri, A.Şadlınski küçəsi 55 Telefon & Faks: (02124) 6-62-35 Poçt indeksi: AZ3000 E-Poçt:mailto:contact@imishlicourt.gov.azElektron ünvan 10 fevral 2020-ci il İş № 2(036)-385/2020 Ərizəçi İmişli şəhəri, S.Babayev küçəsi ev 5 Surəti: İmişli rayon Qeydiyyat şöbəsinə İmişli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(036)-385/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 02 vərəq. İmişli Rayon Məhkəməsinin sədri: Qurban Hacıyev Surət 10 fevral 2020-ci il İş № 2(036)-385/2020 Ərizəçi İmişli şəhəri, S.Babayev küçəsi ev 5 Surəti: İmişli rayon Qeydiyyat şöbəsinə İmişli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(036)-385/2020 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 02 vərəq. İmişli Rayon Məhkəməsinin sədri: Qurban Hacıyev Azərbaycan Respublikası İmişli Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(036)-385/2020 saylı qətnaməsindən ÇİXARİŞ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, Ərizəçinın nümayəndəsi X4 iştirakı ilə, Ərizəçinın maraqlı şəxs İmişli rayon Qeydiyyat şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Qət etdi: Ərizə təmin edilsin. X1 xx.xx.1936-cı il trixdə İmişli rayonunun Yalavac kəndində doğulması faktı qeydə alınsın və doğum akt qeydinin ata qrafasında X5, ana qrafasında X8 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar