Məhkəmə qərarları › İş №2(036)-926/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-926/2024

06.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-926/2024 06.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsə payının müəyyən edilməsi, evdən çıxarılma” tələbinə dair mülki mübahisə (açar sözlər: vərəsə payının müəyyən edilməsi, evdən çıxarılma) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiaçının mərhum atası Ağalarov Sabir Yəhya oğlundan və anası X7 tərəfindən İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 ünvanındakı evdə iddiaçının vərəsə payının müəyyən edilməsi, iddiaçının atası Ağalarov Sabir Yəhya oğlundan və anası X4 münasibətdə ikinci dərəcəli vərəsə olmaqla, onlardan miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 saylı evdə passport qeydiyyatında olmayan Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılması, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanunsuz yolla xx.xx.2017-ci tarixli, **********10-10301 saylı mövcud olmayan çıxarış əsasında anası X3 və qardaşı X12 tərəfindən xx.xx.2014-cü ildə ona bağışlama müqaviləsi əsasında faktiki olaraq iddiaçını vərəsəlik hüququndan istifadə etməsinin qarşısını alaraq, həmin evdə ailə üzvləri ilə yaşamasına imkan vermədiyinə görə, CM-nin 320-ci maddəsi ilə başlanması üçün MPM-in 265-ci maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılması və Prokurorluğa göndərilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehlərə qarşı iddiaçının mərhum atası Ağalarov Sabir Yəhya oğlundan və anası X7 tərəfindən İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 ünvanındakı evdə iddiaçının vərəsə payının müəyyən edilməsi, iddiaçının atası Ağalarov Sabir Yəhya oğlundan və anası X4 münasibətdə ikinci dərəcəli vərəsə olmaqla, onlardan miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 saylı evdə passport qeydiyyatında olmayan Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılması, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanunsuz yolla xx.xx.2017-ci tarixli, **********10-10301 saylı mövcud olmayan çıxarış əsasında anası X3 və qardaşı X12 tərəfindən xx.xx.2014-cü ildə ona bağışlama müqaviləsi əsasında faktiki olaraq iddiaçını vərəsəlik hüququndan istifadə etməsinin qarşısını alaraq, həmin evdə ailə üzvləri ilə yaşamasına imkan vermədiyinə görə, CM-nin 320-ci maddəsi ilə başlanması üçün MPM-in 265-ci maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılması və Prokurorluğa göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli səhəri, M.Əzizbəyov küçəsi 77 ünvanında yerləşən ev atası Ağalarov Sabir Miryəhya oğlu tərəfindən tikilmiş və iddiaçı həmin ünvanda doğulmuş, boya başa çatmışdır. Atası Ağalarov Sabir Miryəhya oğlu xx.xx.1996-cı ildə, anası X8 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Qardaşı, hazırkı iş üzrə Cavabdeh1 atası və anası vəfat etməzdən xeyli əvvəl, təqribən 7-8 yaşlarında X11 valideynləri tərəfindən faktiki olaraq övladlığa götürülmüş, o gündən bu günədək İmişli səhəri, Z.Əliyeva küçəsi, ev 77 A ünvanında övladları və həyat yoldaşı ilə birlikdə yaşayırlar. xx.xx.2017 və xx.xx.2020-ci illərdə Daşınamz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin həmin fərdi yaşayış evinə dair texniki passport-çıxarış Cavabdeh1 adına Reyestrdən 907013DB3714 nömrəsi ilə İmişli səhəri, Z.Əliyeva küçəsi, ev 77 A ünvanı qeyd edilib, həmin ünvanda yerləşən 0.004492 ha torpaq sahəsi və 128.23 kv/m sahəli yaşayış evinin hazırda mülkiyyətçisidir. Bundan başqa, Cavabdeh1 və onun vəkili X5 iddiaçının ilkin iddia ərizəsi əsasında İmişli Rayon Məhkəməsinin və Şirvan Apellyaisya Məhkəməsinin Mülki Kolegiyasının iddia tələbinin təmin edilməsi barədə qəbul etdikləri qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ünvanladıqları kassasiya şikayətinin 4-cü səhifəsində yuxarıdakı faktları təsdiqləyirlər. Daha sonra, Cavabdeh1 və onun vəkili təsdiqləyirlər ki, həmin ünvanda yerləşən torpağa dair sənəd cavabdehin, yəni, Cavabdeh1 adına olsa da, həmin ərazi faktiki olaraq 2009-cu ildə iddiaçının sahibliyi və istifadəsində olmuşdur. Həmin ərazidə Cavabdeh1 İddiaçı üçün əsaslı təmir işləri görərək, ev tikib verib. Bu sənədi Cavabdeh1 iddiaçı qardaşı İddiaçı üçün alıb, lakin o, həmin ərazinin və üzərində təmir edilən ev üçün sənədi öz adına özəlləşdirməsi üçün hər hansı ödəniş etmək istəmir, hüquqdan sui-istifadə edib, tələb edir ki, bütün işləri Cavabdeh1 çəksin. Cavabdeh1 və onun vəkili X2 yuxarıda qeyd etdiyi xx.xx.2021-ci il tarixli kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası cavabdehin kassasiya şikayəti əsasında xx.xx.2021-ci il tarixli, 2(102)5852/2021 saylı qərarın nəticə hissəsində Cavabdeh1 kassasiya şikayəti təmin edilsin, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-1392/2021 nömrəli,xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Lakin,Ali Məhkəmənin yuxarıda qeyd etdiyi tarixli, saylı qərarı aşkar saxta, ədalətsiz olduğundan Şirvan Apellyasiya məhkəməsində gizlədilmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin iddia tələbinin “Yaşayış hüququ tanınmaqla evə köçmə və həmin istifadə etmə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması” tələbinin təmin edilməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-l 952/2020 saylı qətnaməsindən Şirvan Apellyasiya Məhkəməsinə tarixi qəsdən göstərilməyən və sürəti qarşı tərəfə təqdim edilməyən apellyasiya şikayəti ilə növbəti dəfə müraciət edir. İddiaçı vərəsəlik hüququndan istifadə etməklə hazırki iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı, yuxarıda qeyd etdiyi kimi İddiaçı mərhum atası İddiaçı Miryəhya oğlu xx.xx.1996-cı ildə vəfat edənədək və vəfat etdikdən sonra isə, mərhum anası X8, eləcə də, iki qardaşları Həsən, Cəlal və iki bacılarında atasına məxsus evdə İmişli şəhəri, M.Əzizbəyov, hazırda Z.Əliyeva küçəsi, 77 nömrəli evdə yaşamışdır. Qeyd etdiyi evə İmişli rayon ZDS tərəfindən atasının adına 1987-ci ildə texniki passpori verilmişdir. İlk övladı 2008-ci ildə dünyaya gəldikdən sonra, ailə üzvlərinin çoxluğunu və evin darısqal olduğunu nəzərə alıb, 2009-cu ildə həyat yoldaşı və övladı ilə yuxarıda qeyd etdiyi ünvandakı ata evinin yaxınlığında ev heyvanları üçün tikdiyi daxmaya köçməli olmuşdur. Sonralar daha 3 övladı doğulmuşdur ki, bu səbəbdən də 5 nəfər ailə üzvlərində birlikdə həmin daxma darısqal olduğundan orada yaşamaq son dərəcə çətin olmuşdur. Böyük qardaşı Cavabdeh1 ananı Ağalarova Şükufənin ağır xəstə olduğunu, hərəkətlərinin mahiyyətini anlaya bilməməsi faktından istifadə edib, yaxın vaxtlarda vəfat edəcəyini düşünüb, onu xx.xx.2017-ci ildə notarial kontoruna aparıb, iddiaçının məlumatı olmadan özünün və oğlu Cavabdeh3 isə qardaşı Ağalarov Cəlalın nümayəndəsi kimi, onların adlarından xx.xx.2017-ci ildə X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən atasından, Cavabdeh1 istisna olmaqla, iddiaçıya və digər 4 bacı və qardaşlarına miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı evin anası Ağalarova Şükufə və qardaşı Ağalarov Cəlal tərəfindən ona hədiyyə verildiyi barədə İmişli rayonunun 2 saylı notariat kontorundan “Daşınmaz Əmlakın bağışlanılması müqavilə”sini əldə edir. Bu müqavilənin Qanunsuz olduğunu təsdiqləyən fakt ondan ibarətdir ki, anası Ağalarova Şükufədən miras qalan evin xx.xx.2017-ci ildə DƏDRX-dan verilmiş **********10-10301 reyestr nömrəli çıxarışın Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(106)-1392/2021 saylı qətnamədən Cavabdeh1 və onun vəklili X10 tərəfindən Ali Məhkəmənin MK-na ünvanlanan xx.xx.2021ci il tarixli kassasiya şikayətində həmin çıxarışın qüsurlu, mövcud olmadığını özləri də təsdiqləyirlər. X11 adına verilən həmin çıxarışla o, İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı evin mülkiyyətçisi olduğu təsddiqlənmədiyi halda, qardaşı Ağalarov Cəlal, yalnız, iddiaçının və digər bacı-qardaşları kimi vərəsəlik hüququna malik olduğu halda, o da iddiaçıya və digər bacı-qardaşlarına atalarından miras qalan evin anası Ağalarova Şükufə ilə bərabər digər mülkiyyətçisi hüququna malik şəxs kimi çıxış edərək, həmin evi Cavabdeh1 bağışlanması müqaviləsini imzalayır və bu barədə həmin müqavilənin mətnində əl ilə əlavə qeydiyyat da aparılır. Nəticədə, anası X7 və qardaşı X12 tərəfindən atası X12 tərəfindən iddiaçıya və digər bacı-qardaşlarına miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı ev qanunsuz, saxta yolla Cavabdeh1 bağışlanılır. O da, öz növbəsində həm özünün, həm də vəkilinin təsdiqlədikləri qüsurlu, X11 adına mövcud olmayan DƏDRX tərəfindən verilən çıxarış əsasında Daşınmaz Əmlakın Bağışlanılması barədə xx.xx.2017-ci il tarixli müqavilə əsasında mərhum atası Ağalarov Sabir Miryəhya oğluna və anası X4 münasibətdə İİ dərəcəli vərəsələri olduqları halda, övladları Cavabdeh2 və Cavabdeh3 yuxarıda qeyd etdiyi ünvanındakı valideynlərindən miras qalan evə köçürür, iddiaçı isə atasına münasibətdə birinci dərəcəli vərəsə olduğu halda, bu günədək 3 övladı və həyat yoldaşı ilə atası və anasından miras qalan həmin evin yanında ev heyvanları üçün nəzərdə tutulan daxmada yaşamaq, qalmaq məcburiyyətində qalmışdır. Tərəflər, bağışlayanlar mülkiyyətçi X7 və vərəsə X12 digər tərəfindən hədiyyəni alan Cavabdeh1 arasında bağlanan xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın bağışlanılması müqaviləsinin” qanunsuz olduğunu təsdiqləyən digər təkzibedilməz fakt ondan ibarətdir ki, əgər, doğrudan da İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanındakı ev X3 mülkiyyətindədirsə, belə olan halda, həmin ev MM-in 152-ci maddəsinin tələbinə uyğun olaraq Ağalarov Sabir Rza oğluna onun tərəfindən bağışlanılmalı idi, lakin, həmin evi Cavabdeh1 müqavilədə qeyd edilən hədiyyə verənlərdən biri, yalnız, vərəsəlik hüququna malik olan X6 həmin evi bağışlamaq, satmaq, hədiyyə vermək kimi subyektiv hüquqa malik olmadığı halda, onun adının, soyadının hədiyyə verənlər kimi bağışlama müqaviləsində qeyd edilməsi və onun əvəzinə hədiyyə alan Cavabdeh1 oğlu Cavabdeh3 tərəfindən imzalanması faktı da həmin xx.xx.2017-ci il tarixli müqavilənin qanunsuz olduğunu bir daha təsdiq edir. Bunu bilmək həmin müqaviləni təsdiqləyən İmişli rayon 2 saylı notariat kontorunun xüsusi natariusu X13 vəzifə borcu olsa da o, vəzifə səlahiyyətlərin sui-istifadə etməklə iddiaçıya qarşı cinayət əməli törətmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının mübahisə etdiyi ev ona məxsusdur. Həmin həyətdə 3 ədəd ev var. Birini babası, birini atası, birini isə özü tikmişdir. Ev 1992-ci ildə tikilmişdir. Bunu qonşular da təsdiq edə bilər. İddiaçı həmin evdə doğulduğunu iddia edir. 1992-ci ildə tikilmiş evdə 1968-ci ildə necə doğula bilər. Həmin evin sənədləri var. Atasının adına 5 sot torpaq sahəsi olmuşdur. 5 sot torpaq sahəsi 6 uşaq arasında bölünəndə hər birinə 1 sotdan az düşür. Lakin o, qardaşlarının hamısına başqa yerdən torpaq sahəsi almış və hasarını çəkmiş və ev tikmişdir, lakin getməmişlər. İddiaçıya 8 sot torpaq sahəsi almışdır. Ev tikmək üçün daş da almışdır. İddiaçıya ev tikməkdə ona kömək edəcəyini bildirmişdir, lakin iddiaçı razılaşmamışdır. İddiaçının mübahisə etdiyi ev onun mülkiyyətindədir. Anası sağ olanda 2017-ci ildə bağışlama yolu ilə həmin evi ona bağışlamışdır və çıxarışı vardır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı uzun illər Rusiya Federasiyasında yaşamışdır. İddiaçının qeyd etdikləri yalandır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməylərinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

8. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İmişli şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 və X1 şəhəri, Z.Əliyeva küçəsi, ev 77 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 bağışlamışlar.

13. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

14. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

15. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

17. Əksinə iş materialları ilə müəyyən olunur ki, iddiaçının vərəsəlik payının müəyyən olunmasını tələb etdiyi fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının anası tərəfindən Cavabdeh1 bağışlanmış və həmin ev RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 mülkiyyətindədir. Yəni bu halda mübahisə predmeti olan fərdi yaşayış evinə vərəsəlik hüququ yaranmadığından iddiaçının həmin evdən payı müəyyən edilə bilməz.

18. Bundan başqa, iddiaçı iddia ərizəsində bağışlanma müqaviləsinin və reyestrdən çıxarışın qanunsuz olduğunu bildirsə də, sözügedən sənədlər iddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda qüvvədədirlər.

19. Məhkəmə iddia tələbinin cavabdehlərin evdən çıxarılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

22. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

23. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir, əksinə məhkəmə tədqiqatı zamanı işdə olan bağışlama müqaviləsi və çıxarışla həmin evin Cavabdeh1 mülkiyyətində olması müəyyən olunmuşdur.

24. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddianın göstərilən hissəsi üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz.

26. Cavabdeh2 barəsində xüsusi qərardad çıxarılması barədə iddiaçının tələbinə məhkəmə qeyd edir ki, Cavabdeh2 əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda həmin şəxsin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir.

27. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.

28. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

29. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

VI. Nəticə:

30. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiaçının mərhum atası Ağalarov Sabir Yəhya oğlundan və anası X7 tərəfindən İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 ünvanındakı evdə iddiaçının vərəsə payının müəyyən edilməsi, iddiaçının atası Ağalarov Sabir Yəhya oğlundan və anası X4 münasibətdə ikinci dərəcəli vərəsə olmaqla, onlardan miras qalan İmişli şəhəri, Z.Əliyeva küçəsi, 77 saylı evdə passport qeydiyyatında olmayan Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılması, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən qanunsuz yolla xx.xx.2017-ci tarixli, **********10-10301 saylı mövcud olmayan çıxarış əsasında anası X3 və qardaşı X12 tərəfindən xx.xx.2014-cü ildə ona bağışlama müqaviləsi əsasında faktiki olaraq iddiaçını vərəsəlik hüququndan istifadə etməsinin qarşısını alaraq, həmin evdə ailə üzvləri ilə yaşamasına imkan vermədiyinə görə, CM-nin 320-ci maddəsi ilə başlanması üçün MPM-in 265-ci maddəsinin tələbinə uyğun olaraq xüsusi qərardad çıxarılması və Prokurorluğa göndərilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar