Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-928/2024 07.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və Ərizəçi Şahlar qızının iştirakı ilə, Ərizəçi Şahlar qızının doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Şahlar qızı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1952-ci il tarixdə İmişli rayonu Cəfərli kəndində anadan olub X5 və X1 törəməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Şahlar qızı izahatında göstərmişdir ki, o, xx.xx.1952-ci il tarixdə İmişli rayonu Cəfərli kəndində anadan olub X5 və X1 törəmişdir.Barəsində doğum akt qeydi aparılmadığından doğum haqqında şəhadətnamə ala bilməmişdir.X5 və X1 qalmış mirasdan pay almaqdan ötrü doğum faktının müəyyən edilməsi tələb edilir.Ona görə də, doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə ərizə vermişdir. İşdə olan İmişli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən Ərizəçi Şahlar qızı haqqında doğum akt qeydi aşkar edilməmişdir. İşdə olan İmişli RİHB-nin Cəfərli kənd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 94 saylı arayışda göstərilmişdir ki, hal-hazırda İmişli rayonunun Cəfərli kəndində yaşayan Şirinova X3 Şahlar Əli oğlu və X1 törəmiş və vəfat etdikləri günədək onlarla birlikdə yaşamışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Ərizəçi Şahlar qızı 01 iyul 1948-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub X5 və X1 törəmişdir. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Ona görə də, 01 iyul 1952-ci ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuş Ərizəçi Şahlar qızının doğumun qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi Şahlar qızının doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən doğulduğu yer-İmişli rayonu Cəfərli kəndi; doğum tarixi–01 iyul 1952-ci il; atası X5; anası X2 qeyd olunsun. Qətnamədən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-928/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-928/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver