Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-936/2023 05.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Saatlı rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları
1. Ərizəçi maraqlı şəxs Saatlı rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək mərhum anası X8 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, anası-X13 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş və xx.xx.2005-ci ildə vəfat etmişdir. Hazırda vərəsəlik işi ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün anasının doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin anasının doğum haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərini aparmaq olmur. O, anasına doğum haqqında şəhadətnamə almaq üçün Saatlı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmin huquqmüəyyənedici sənədi başqa qaydada əldə etmək mümkün deyildir. Faktın müəyyən edilməsi sənədləşmə işlərini aparmaq üçün zəruridir.
3. A3 № 658980 seriyalı doğum haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.1961-ci ildə doğulmuş X1, ata qrafasında X2, ana qrafasında X5 qeyd olunmuşdur.
4. İmişli Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 46 saylı arayışında göstərilmişdir ki, İmişli Rayon Dövlət Arxivində mühafizə olunan və saxlanılan İmişli VVADQ-nın sənədlərində X8 doğum haqqında akt qeydləri kitabında adı aşkar olunmamışdır.
5. Saatlı rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, X8 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum akt qeydi aşkar olunmamışdır.
6. İmişli VVADQ şöbəsinin xx.xx.2005-ci il tarixli AZ-İ № 155281 saylı ölüm haqqında şəhadətnaməsi ilə müəyyən olur ki, X6 17 avqust 2005-ci il tarixdə İmişli şəhərində ölmüşdür.
7. İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/69-251 saylı arayışında göstərilmişdir ki, X2 və X13 arasında xx.xx.1964-cü il tarixdə İmişli rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 07 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Şahverdiyeva” soyadı verilmişdir.
8. İmişli rayon VVAQ bürosunun xx.xx.1964-cü il tarixli, İ-NE №054357 saylı evlənmək haqqında şəhadətnamə ilə müəyyən olunur ki, X2 və X13 arasında xx.xx.1964-cü il tarixdə İmişli rayon VVAQ bürosunda rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 07 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Şahverdiyeva” soyadı verilmişdir.
9. 04.10.1993-cü il tarixli, 059920 №li arayışla müəyyən olur ki, X6 1933-cü il təvəllüdlü olmaqla, ümumi xəstəlik səbəbindən İ qrup əlil olmuşdur.
10. 10.06.1992-ci il tarixli, 219 saylı arayışla müəyyən olunur ki, X6 1933-cü il təvəllüdlü olmaqla, həkim müayinəsi (oftalmoloq) olunması üçün Bakı şəhəri X7 göndərilmişdir.
11. İş materiallarına əlavə edilmiş X3 qəbrüstü fotoşəkilləri ilə onun 1933-cü ildə doğulması və xx.xx.2005-ci il tarixdə ölməsi faktı təsdiq olunur.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X4 ifadə verərək X31933-cü ildə doğulması faktını təsdiq etdilər.
13. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Saatlı rayon qeydiyyat şöbəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.
16. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
17. Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Maddə 307.2.8. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir.
19. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
21. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
27. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır.
28. Belə ki, iş materialları ilə müəyyən olur ki, X13 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş və xx.xx.2005-ci ildə vəfat etmişdir. Mərhumun doğum haqqında şəhadətnaməsi yoxdur. Hazırda ərizəçidən vərəsəlik işi ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün anasının doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin anasının doğum haqqında şəhadətnaməsi olmadığından sənədləşmə işlərini aparmaq olmur.
29. Ərizəçi mərhum anası X8 doğum qeydinin başqa qaydada bərpası mümkün deyildir.
30. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
31. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
32. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.
33. Mülki Prosessual Məcəlləsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-nin 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
34. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır.
35. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənədi başqa qaydada bərpa etmək mümkün olmadıqda qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.
36. Beləliklə, məhkəmə işin hallarına və işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, X8 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulması faktı öz təsdiqini tapmışdır.
37. Hüquqi əhəmiyyəti olan bu fakt məhkəmə tərəfindən müəyyən edilməlidir, çünki bunun üçün bütün hüquqi zərurət yaranmışdır.
38. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
39. Qərarın 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
40. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
41. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməli, X8 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulması faktı müəyyən edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxs Saatlı rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. X8 1933-cü ildə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulması faktı müəyyən edilsin. Məhkəmə aktı həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X19