Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-95/2024 03.04.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, işdə iştirak edən şəxslər, İddiaçıvə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia ərizəsinə və iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq mülkiyyətində olan İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 3000,0 manat məbləğində maddi vəsaitin hazırkı bazar qiymətləri ilə ölçülən 18.000,0 manat dəyərində ekvivalenti və 141,61 manat dövlət rüsumu alınıb onların xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlu izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qızılkənd kəndində yaşayır. İslahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə İmişli rayonu Qızılkənd kəndi ərazisində A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri verilmiş və mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır.A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2015-cü ildə atası X5 tərəfindən cəmi 3000,0 manata Cavabdeh müvəqqəti istifadəsinə verilmiş və ərazisində kənd təsərrüfatı məhsulları yetişdirilərək indiyədək istifadə olunmuşdur. Cavabdeh həmin torpaq sahəsini qaytarmaqdan imtina etmiş və ona məxsus olan A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha və A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də zəbt edərək özünküləşdirmişdir. Ona görə də, mülkiyyətdə olan İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən qarşı tərəfin çıxarılması və torpaq sahəsi ilə bağlı qanunazidd hərəkətlərinə son qoyulması barədə iddia qaldırmışdır. A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********21) hal-hazırda real bazar dəyəri 18.000,0 manat və illik icarə haqqı 2500,0 manat təşkil edir. Cavabdeh torpağın yeddi illlik icarə haqqını və yaxud istifadə etdiyi müddətdə əldə etdiyi qazancı verəcəyi halda həmin məbləği ödəməyə etiraz etmir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ailə üzvlərinin mülkiyyətində olan JN 0042 saylı Dövlət aktına əsasən 042 saylı planda (A 693763 nömrəli) yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini payçılar, X5, İddiaçı, X2, X6 və X8 ilə bağladığı xx.xx.2015-ci il tarixli müqavilə əsasında cəmi 3000,0 manat ödəməklə satınalma yolu ilə əldə etmişdir. X5 ailə üzvlərinə məxsus olan torpaq sahəsini yaşayış yerindən uzaqda olduğuna görə satmış və həmin pula evinin yaxınlığında yerləşən başqa torpaq sahəsi almışdır. Müqavilə Qızılkənd bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş və Dövlət aktının əsli ona verilmişdir. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə etmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır.İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha torpaq sahələri X3 tərəfindən eyni qaydada əldə edilmiş və ona məxsus olan ərazilərlə dəyişdirilmişdir. A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin hazırkı real bazar dəyəri 18.000,0 manat təşkil edir. Ona görə də, A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndində yerləşən cəmi 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən 3000,0 manat məbləğində maddi vəsaitin hazırkı bazar qiymətləri ilə ölçülən 18.000,0 manat dəyərində ekvivalenti, torpağın məhsuldarlığının artırılmasına sərf edilən 14.204 manat və 141,61 manat dövlət rüsumu alınıb onların xeyrinə ödənilməsi haqqında iddia qaldırılmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 693763 nömrəli planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi ( reyestr nömrəsi: **********21) xx.xx.2022-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən B 020405 nömrəli planda yeri göstərilmiş 1,4127 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********38) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960175 nömrəli planda yeri göstərilmiş 1,0972 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********37) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli planda yeri göstərilmiş 0,3107 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********36) xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.( xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli Daşınmaz əmlakın bağışlanılması müqaviləsinə əsasən ) İşdə olan JN 0042 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən 042 saylı planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İmişli rayon AİK-nın xx.xx.2001-ci il tarixli 15 saylı qərarı ilə X5, İddiaçı, X2, X6 və X4 ümumi mülkiyyətinə verilmişdir. İşdə olan 1-ci tərəf, X5, İddiaçı, X2, X6 və X8 ilə 2-ci tərəf, Cavabdeh tərəfindən imzalanaraq İmişli rayonu Qızılkənd bələdiyyəsinin möhürü ilə təsdiq olunmuş xx.xx.2015-ci il tarixli Müqavilənin surətinə əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 2,23 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh 3000,0 manata satılmışdır. İşdə olan İmişli RİHB Qızılkənd kınd İƏD üzrə İN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 818 saylı arayışa əsasən İmişli rayonu Qızılkənd kəndində yerləşən 1,0 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin qiyməti münbitliyindən və məhsuldarlığından asılı olaraq 8000,0-10.000,0 manat təşkil edir. İşdə olan "xxxx"MMC tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli UNİ/F xx-xx/2024 saylı Ekspert rəyinə əsasən İddiaçı mülkiyyətində olan A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ( reyestr nömrəsi: **********21) xx.xx.2024-cü il tarixinə bazar qiyməti 18.000,0 manat təşkil edir. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, A 693763 nömrəli planda yeri göstərilmiş İmişli rayonu Qızılkənd kəndi ərazisində yerləşən 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin (reyestr nömrəsi: **********21) özgəninkiləşdirilməsinə dair X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar Cavabdeh alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti ödənilməlidir. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərancam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr mirs qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə ğzlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə hesab edir ki, Cavabdeh İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli (reyestr nömrəsi: **********36) planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli (reyestr nömrəsi: **********38) planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli (reyestr nömrəsi: **********37) planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli (reyestr nömrəsi: **********21) planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən çıxaraq ərazini qanuni sahibinə qaytarmalı, İddiaçı isə öz növbəsində torpağı geri aldığına görə Cavabdeh cəmi 18.000,0 manat ödəməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı iddia tələbi təmin edilsin: İmişli rayonu Qızılkənd kəndində yerləşən A 960176 nömrəli (reyestr nömrəsi: **********36) planda yeri göstərilmiş 0,3107 ha, B 020405 nömrəli (reyestr nömrəsi: **********38) planda yeri göstərilmiş 1,4127 ha, A 960175 nömrəli (reyestr nömrəsi: **********37) planda yeri göstərilmiş 1,0972 ha və A 693763 nömrəli (reyestr nömrəsi: **********21) planda yeri göstərilmiş 2,2259 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilsin. Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilsin: Cavabdeh İddiaçı 18.000,0 (on səkkiz min) manat alınıb iddiaçı Cavabdeh xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 200 ( iki yüz) manat İddiaçı tutulub "xxxx"MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №2(036)-95/2024
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-95/2024
03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver