Məhkəmə qərarları › İş №2(036)-981/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-981/2021

02.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-981/2021 02.04.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı: Ərizəçinun, Cavabdeh: Maraqlı şəxs1 iştirakı ilə, İddiaçı Ərizəçinun cavabdeh Maraqlı şəxs1 qarşı “vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs1 qarşı “vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs1 iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional “Asan Xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri haqqında qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional “Asan Xidmət” X2 nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını tam və obyektiv araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən miras payının müəyyən edilməsi və mirasın qəbul edilməsi kimi notariat hərəkətləri notariat ofisində həyata keçirilir. Belə ki, vərəsə müəyyən edilmiş müddət müddət ərzində mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki işin materiallarından görünür ki, həm iddiaçı Ərizəçi, həm də cavabdeh Maraqlı şəxs1 rəsmi nikahlarından xx xxxxxxxx 1997-ci ildə anadan olmuş və xx xxxxxxx 2020-ci ildə ölmüş şəhid uşaqları X1 birinci dərəcədən vərəsəsidirlər. Bu səbəbdən də, iddiaçı Ərizəçinun məhz rəsmi nikahlarından xx xxxxxxxx 1997-ci ildə anadan olmuş və xx xxxxxxx 2020-ci ildə ölmüş şəhid uşaqları X1 vərəsəsi kimi tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə zərurət yoxdur. Bu səbəbdən də, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsinin nəticələri tərəflərə izah edilmişdir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı Ərizəçinun cavabdeh Maraqlı şəxs1 qarşı “vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, o cümlədən, iddiaçı Ərizəçi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə, mirasın qəbul edilməsi üçün aidiyyatı üzrə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçinun cavabdeh Maraqlı şəxs1 qarşı “vərəsə kimi tanınması” tələbinə dair iddia ərizəsi əsasında 2(036)-981/2021 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Ərizəçi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə, mirasın qəbul edilməsi üçün aidiyyatı üzrə mirasın açıldığı yer üzrə notariat ofisinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar