Məhkəmə qərarları › İş №2(036)-99/2025

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-99/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-99/2025 16.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şirəliyeva Günel Mirzə qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, Təsviri hissə: Ərizəçi İmişli Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə "doğum faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 xx.xx.1957-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində doğulması faktının faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası X8 xx.xx.1957-ci ildə İmişli rayonu Sarıxanlı kəndində anadan olmuşdur. Atası xx.xx.2009-cu il tarixində rəhmətə getmişdir. Hazırda o, müəyyən sənədləşmə işi görəndə ondan mərhum atasının doğum şəhadətnaməsini tələb edirlər. İddiaçı aidiyyəti üzrə İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdirdi. Oradan bildirdilər ki, atasının doğum akt qeydi arxivdə, stemdə yoxdur və ona məhkəməyə müraciət etməyi məsləhət gördülər. Atasının qeyd etdiyi tarixdə və yerdə doğum faktını şahidlər təsdiq edə bilərlər. Hazırda o, mərhum atasının doğum haqqında şəhadətnaməsini başqa yolla əldə edə bilmədiyi üçün məhkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, ərizəçi şəxs – Ərizəçi onun qızıdır. Ərizəçi atası – onun mərhum əri X3r. xx.xx.1957-ci il tarixdə Sarxanlı kəndində doğulmuşdur. X6, anası X11 olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 11 iyul 2024-cü il tarixli “Doğumun qeydə alınmasından imtina haqqında” rəyindən görünür ki, X2 doğum akt qeydi mövcud olmadığından onun bərpası mümkün olmamışdır və faktın təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan XVİİİ JQ 254794 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X1 şəhərində anadan olmuşdur, atası X8, anası X10 qeyd edilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2010-cu il il tarixli AZ-İ 391699 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu ildə İmişli şəhərində vəfat etmiş və xx.xx.2010-cu il tarixdə 72 nömrəli akt qeydləri kitabında qeydə alınmışdır. İş materillarında olan TP 935716 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 ABQ 758327 nömrəli xx.xx.1990-cı il tarixli sürücülük vəsiqəsi təqdim edilmişdir. İş materillarında olan 39212230 nömrəli 1 noyabr 1976-cı il tarixli hərbi biletin surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X4 1 noyabr 1976-cı il tarixdə hərbi bilet təqdim edilmişdir. İş materillarında olan AZ 961092 nömrəli attestatın surətindən görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X8 1976-cı il tarixdə İmişli rayonu qiyabi orta məktəbin tam kursunu kafi davranış, kafi və yaxşı qiymətlərlə bitirmişdir. Əsaslandırıcı hissə: Ərizəçi mərhum atası X2 xx.xx.1957-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində doğulması, lakin doğumun qeydə alınmaması səbəbindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəyə münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla da müəyyən edilmişdir ki, Ərizəçi mərhum atası X8 xx.xx.1957-ci il tarixdə İmişli rayonu Sarıxanlı kəndində doğulmuşdur. Qeyd edilən xüsusatlar iş üzrə dindirilmiş şahid ifadəsi və təqdim olunmuş sənədlər əsasında öz təsdiqini tapır. Ərizəçi doğum haqqında şəhadətnamə alınması üçün qeydiyyat orqanına müraciət etsə də, qeydiyyat orqanı Ərizəçi mərhum atası X2 doğumunu təsdiq edən qoğum akt qeydi mövcud olmadığından şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə şahid ifadələrinə qiymət verərək, onun ərizəçinin qohumu olduğunu, eləcə də həmin şahid ifadələrində göstərilən xüsusatların iş materiallarında olan sənədlərlə də təsdiqləndiyini nəzərə alaraq, X5 ifadəsini mötəbər və mümkün sübut kimi qəbul edir. Məhkəmə, iş materiallarına hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizəçinin xx.xx.1957-ci il tarixdə doğulması iş materialları və məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapdığından, həmçinin həmin faktın təsdiq edilməsi başqa yolla mümkün olmadığından, həmin faktın müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası X8 xx.xx.1957-ci il tarixdə İmişli şəhərində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Məhkəmə xüsusi ilə vurğulayır ki, Ərizəçi bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.5-ci maddəsinə əsasən valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, nikah haqqında şəhadətnamə və uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd əsasında doğum haqqında şəhadətnamə almaq mümkündür. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin qardaşının doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum atası X2 xx.xx.1957-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 xx.xx.1957-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. X2 doğum haqqında akt qeydi icra olunaraq, akt qeydində doğum tarixi qrafasında – xx.xx.1957-ci il, doğum yeri qrafasında – İmişli rayonu, Sarxanlı kəndi, ölkə qrafasında - Azərbaycan, ata qrafasında - X13, milliyəti - azərbaycanlı, ana qrafasında - X11, milliyyəti azərbaycanlı məlumatları qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar