Məhkəmə qərarları › İş №2(037)-1018/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1018/2024

22.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1018/2024 22.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış mənzilin bölünməsi tələbinə dair mülki işə 22 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən mənzilin bərabər paylarla bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdehla 17 may 2021-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Birgə nikahlarından 14 iyul 2022-ci ildə Rusiya Federasiyasının Kazan şəhərində İsmayıl adlı bir övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra Bakı şəhərində yaşamışlar. Birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən mənzili almışlar və orada yaşamışlar. Hal-hazırda da həmin mənzildə müvəqqəti qeydiyyatdadır.O, cavabdehdən hamilə qaldıqdan və uşağın doğuşuna az qaldıqda cavabdehin razılığı ilə Rusiya Federasiyasının Kazan şəhərinə valideynlərinin yanına getmişdir və uşaq orada doğulmuşdur. Uşaq doğulduqdan sonra o yenidən 2022-ci ilin iyul ayının axırlarında Azərbaycana İsmayıllı şəhərində yaşayan qaynata və qaynanasının evinə gəlmişdir. Cavabdeh olan əri isə Türkiyədə öz iş yerində olmuşdur. Qaynanasının təsiri ilə cavabdehlə ailə daxili münasibətləri pozulduğundan cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İsmayıllı Rayon Məhkəməsinin 2024cü il 14 aprel tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Lakin cavabdeh onu birgə nikah dövründə alınmış, Bakı şəhərində yerləşən mənzillərinə buraxmamışdır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi anası Nümayəndə təmsil etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında əsasən iddia ərizəsi ilə eyni məzmunda izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı qızı, cavabdeh isə keçmiş kürəkənidir. Tərəflər 17 may 2021-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflər birgə nikah müddətində Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzili 120000 manata satın almışlar. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə məhkəmə iclasına şahidlərin dəvət edilməsi barədə vəsatətini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilən mübahisəli mənzilin satın alınması üçün ödənilmiş 120000 manat məbləğinin 80000 manatı cavabdehin güya nikahdan əvvəl bacısının adına aldığı mənzilin satılmasından, qalan 40000 manatını isə güya qardaşı və qardaşı arvadından borc aldığı pul hesabına alınmasını göstərməklə həmin hal üzrə yaxın qohumlarından ibarət olmaqla vəkil tərəfindən təlimatlandırılmış şəxsləri məhkəməyə dəvət etməklə yalan məlumatı süni yolla təsdiqlətmək və mülki məsuliyyətdən yayınmaq məqsədini güdür. Belə ki, cavabdeh qızı ilə ailə qurduqdan sonra Bakı şəhərində yaşamaq qərarına gəldikdə cavabdehin Bakı şəhərində evi olmadığına görə əvvəl kirayədə yaşamaq qərarına gəlmişlər. Lakin sonradan hazırda mübahisələndirdikləri mənzili satın almış, mənzilin çatışmayan pulunun bir hissəsini də onun ərindən borc almışdır.Əgər cavabdehin Bakı şəhərində formal olaraq bacısının adına aldığı mənzili olmuşdusa nə üçün kirayəyə mənzil axtarmışdır. Demək cavabdehin adından onun vəkilinin quraşdırdığı bəhanələr tam yalandır və cavabdehi bu mülki məsuliyyətdən yayındırmağa çalışmaq məqsədi daşıyır. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil təmsil etmişdir. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, İddiaçı onun keçmiş arvadıdır. 2021-ci ildə iddiaçı ilə ailə qurmuşdur və nikahlar xx.xx.2021-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydiə alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır, yəni nikahın bağlanmasından 4 ay sonra mənzil alğı-satqı müqaviləsi əsasında 120000 manata alınmışdır. Tərəfindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən o xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır. İş üzrə tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, o Şahid1 ilə "Pronto” MMC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasında blok "E", mərtəbə 6, mənzil 281 ünvanında yerləşən ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı mənzili 75000 manata razılaşaraq xx.xx.2017-ci il tarixində almış, həmin əmlakı bacısı Şahid3 adına sənədləşdirmişdir. Həmin sənədləşmə işinin bacısının adına edilməsinə səbəb, onun ölkə hüdudlarından kənarda gəmidə işləməsi və ilin çox vaxtının Azərbaycan Respublikasında olmaması səbəbindən mənzil ilə bağlı sənədləşmə işlərinin, kommunal xətlərin çəkilməsi işlərinin bacısı tərəfindən icra edilməsi olmuşdur. Qeyd etdiklərini məhkəmə iclasında şahid qismində iştirak edən bacısı Şahid3 da izahat verərək təsdiq etmişdir. Təqdim edilmiş sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid2 Bakı şəhər, Nizami rayonu, Nəsimi küçəsi,ev 29,mənzil 39 ünvanında 1 otaqlı mənzili tam mülkiyyət hüququ ilə əldə etmiş və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şahid2 həmin mənzili 30 sentyabr 2017-ci il tarixində Təranə Qasımovaya AN-l № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 50000 manata satmış, bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixində AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Mahir Məmmədovdan 3 otaqlı mənzili 90000 manata almışdır. Sonradan Şahid3 həmin mənzil üzrə sənədləşmə işləri başladıqdan sonra çıxarış almış və mənzildən o Azərbaycana gəldikdən sonra istifadə etmişdir. Həmin mənzili iddiaçı da onunla birlikdə görmüş və mənzildə qalmışdır. Həmin mənzil bir otaqlı olduğundan, sonradan ailə qurduğundan mənzili satıb başqa mənzil almaq qərarına gəlmiş,bu məqsədlə mənzili elan sayıtına qoymuş və Şahid4 satmışdır. Şahid4 ilə bütün danışıqları özü aparmış və qiymətdə razılaşdıqdan sonra Şahid3 notariat ofisinə gedib alğı-satqı müqaviləsi əsasında həmin mənzili ona satmağı göstəriş vermişdir. Şahid3 isə həmin mənzili AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 80000 manata satmış və pulu özündə saxlamış xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasına gəldikdən sonra ona təqdim etmişdir. O, isə həmin pulun üzərinə 20000 manat qardaşı Şahid5 və qardaşının həyat yoldaşı Şahid6 borc almış, 20.000 manat isə öz vəsaitini qoyaraq,ünvan 6 ünvanında yerləşən mübahisəli mənzili 120.000 manata almışdır. Göründüyü kimi mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Şahid3 adında olan faktiki olaraq ona məxsus və iddiaçı ilə nikahdan 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmışdır.Onun ev alınması zamanı cəmi 22000 manat pulu olmuşdur, digər pulları evin satılması və qardaşından alınmış borc hesabına əldə etmişdir. Məhkəməyə təqdim etdiyi İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində o "MV Nahidə-M” adlı gəmidə 2ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır. Həmin arayışı nəzərə alaraq müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınmışdır. Onun isə hər ay 4000 ABŞ dolları əmək haqqı aldığını nəzərə alsaq, onun bu 4 ay ərzində 16.000 ABŞ dolları əmək haqqı aldığı görünmüş olar. Respublikamızda ABŞ dollarının məzənnəsinin 1.70 manat olduğunu nəzərə alaraq, bu müddətdə onun qazancının 27.200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsini də nəzərə alsaq, məhkəmə iclasında onun cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Məhkəmə iclasında izahatları alınmış Şahid5 və Şahid6 ona borc verdiklərini, aralarında borc müqaviləsi bağlandığını və qohumluq münasibətlərinə görə notarial qaydada bağlamadıqlarını bildirmişlər. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı 10000 manat cehiz alınmasına pul vermişlər. Göründüyü kimi mübahisəli mənzili alarkən, mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir. O, həmin vəsaiti toplamaq üçün, faktiki olaraq özünə məxsus, hüquqi olaraq Şahid3 adına qeydə alınmış mənzili sataraq 80.000 manat pul əldə etmiş, alğı-satqı müqaviləsi 10 avqust 2021-ci il tarixində baş vermiş, o Azərbaycan Respublikasına bundan 1 ay 2 gün sonra, yəni 12 sentyabr 2021-ci il tarixində gəlmiş, ölkəyə gəldikdən 5 gün sonra isə mübahisəli mənzili 120.000 manata almışdır. Məhz bu fakt sübut edir ki, Şahid3 adında olan mənzilin satışından əldə edilmiş vəsait mübahisəli evin alınmasına yönəldilmişdir. Qalan 40000 manat vəsaiti isə həm özünə məxsus 20.000 manat, həm də qardaşından borc aldığı 20.000 manat vəsait hesabına toplamışdır. İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki,ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Mübahisəli mənzil birgə nikah dövründə alınsa da birgə vəsait hesabına alınmamışdır. Bu faktla da hesab edir ki, iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü tələb edir,bunun üçün iki şərt müəyyən edilmişdir,birincisi əmlakın birgə nikah dövründə əldə edilməsi,ikincisi birgə vəsait hesabına əldə edilməsidir ki,iddiaçı əmlakın birgə vəsait hesabına əldə edilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əksinə nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin alınmasına pul vəsaiti qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, mübahisə predmeti olan mənzilin birgə nikah dövründə alınsa da, birgə vəsait hesabına alınmamasını və yuxarıda göstərilən təkzib edilməz sübutları nəzərə alaraq iddia tələbi təmin edilməməlidir. Ona görə də iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə alınmış mənzilin bərabər paylarla bölünməsi tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı səbəblərə görə iddia tələbini əsassız hesab edir.Belə ki,iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahı xx.xx.2021-ci il tarixində İsmayıllı rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Mübahisəli mənzil isə xx.xx.2021-ci il tarixində qeydə alınmışdır, yəni nikahın bağlanmasından 4 ay sonra mənzil alğı-satqı müqaviləsi əsasında 120000 manata alınmışdır. Tərəflərindən təqdim olunmuş pasportda olan qeydlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, xx.xx.2021-ci il tarixində ölkəyə geri qayıtmışdır. Ölkəyə geri qayıtdıqdan 5 gün sonra mübahisəli mənzili almışdır.Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının (bundan sonra qərar) 3.3cü bəndində qeyd olunur ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür.Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmin Qərarın 3.6-cı bəndində qeyd olunur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Həmin Qərarın 3.8-ci bəndində qeyd olunur ki, bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və sair) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat faaliyyətinin nəticəsi olaraq deyil,nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa,əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər.Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.İş üzrə tərəflərindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Cavabdeh Şahid1 ilə "Pronto” MMC-nin inşa etdiyi ünvan 4 ünvanında yerləşən yaşayış binasında blok "E", mərtəbə 6, mənzil 281 ünvanında yerləşən ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı mənzili 75000 manata razılaşaraq xx.xx.2017-ci il tarixində almış, həmin əmlakı bacısı Şahid3 adına sənədləşdirmişdir. Həmin sənədləşmə işinin bacısının adına edilməsinə səbəb, Cavabdeh ölkə hüdudlarından kənarda gəmidə işləməsi və ilin çox vaxtının Azərbaycan Respublikasında olmaması səbəbindən mənzil ilə bağlı sənədləşmə işlərinin, kommunal xətlərin çəkilməsi işlərinin bacısı tərəfindən icra edilməsi olmuşdur. Qeyd etdiklərini məhkəmə iclasında iştirak edən Şahid3 və Şahid1 da izahat verərək təsdiq etmişlər. Şahid1 izahatında bildirmişdir ki, həmin mənzil ilə bağlı alğı-satqı müqaviləsini faktiki olaraq Cavabdehla razılaşıb bağlamış, yəni evi Cavabdeh satmış, evə baxmağa Cavabdeh ora bir xanım ilə gəlmiş (bu xanım iddiaçı deyil), baxıb bəyənmiş və pulu da ona Cavabdeh vermişdir. Lakin çox vaxt xaricdə olduğundan sənədləşmə işlərini bacısı Şahid3 adına rəsmiləşdirmişdir. Şahid3 izahatında həmin əmlakı Cavabdeh aldığını, o evin alınmasına heç bir vəsait sərf etmədiyini, sənədləşmə işləri ilə əlaqədar evin onun adına sənədləşdirildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 əri Şahid2 bildirmişdir ki, arvadı Şahid3 adına alınmış evə heç bir vəsait verməmiş, həmin evi Cavabdeh bəyənib almış, pulu da Cavabdeh vermiş, həmin evi Şahid3 ilə birgə mülkiyyəti hesab etməmişdir. Həmçinin qeyd etmişdir ki, həmin vaxt bir otaqlı mənzildə yaşamış, bir otaqlı mənzili ola-ola yenidən bir otaqlı mənzil almasının mənasız olduğunu bildirmişdir. Həmin evi isə elə Emin ev aldığı ildə, yəni 2017-ci ildə sataraq, özlərinə iki otaqlı mənzil aldığını bildirmiş və bu barədə sənədləri məhkəməyə təqdim etmişdir.Təqdim edilmiş sənədlərə baxış keçirərkən müəyyən edilmişdir ki, Şahid2 Bakı şəhər, Nizami rayonu, Nəsimi küçəsi,ev 29,mənzil 39 ünvanında 1 otaqlı mənzili tam mülkiyyət hüququ ilə əldə etmiş və ona xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şahid2 həmin mənzili 30 sentyabr 2017-ci il tarixində Təranə Qasımovaya AN-l № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 50000 manata satmış, bundan 3 gün sonra, yəni xx.xx.2017-ci il tarixində AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında Mahir Məmmədovdan 3 otaqlı mənzili 90000 manata almışdır. Göründüyü kimi, sənədlərə əsasən Şahid2 dedikləri ağlabatandır. Sonradan Şahid3 həmin mənzil üzrə sənədləşmə işləri başladıqdan sonra çıxarış almış və mənzildən Cavabdeh Azərbaycana gəldikdən sonra istifadə etmişdir. Hətta məhkəmə iclasında izahat vermiş Cavabdeh bildirmişdir ki, iddiaçı da həmin mənzili görmüş və mənzildə qalmışdır. Həmin mənzil bir otaqlı olduğundan, Cavabdeh isə ailə qurduğundan mənzili satıb başqa mənzil almaq qərarına gəlmiş bu məqsədlə mənzili elan sayıtına qoymuş və Şahid4 satmışdır. Şahid4 ilə bütün danışıqları özü aparmış və qiymətdə razılaşdıqdan sonra Şahid3 notariat ofisinə gedib alğı-satqı müqaviləsi əsasında həmin mənzili ona satmağı göstəriş vermişdir. O, isə həmin mənzili AN-İ № ******* nömrəli alğı-satqı müqaviləsi əsasında 80000 manata satmış və pulu özündə saxlamış xx.xx.2021-ci il tarixində Cavabdeh Azərbaycan Respublikasına gəldikdən sonra ona təqdim etmişdir. Bütün bunları məhkəmə iclasında izahatları alınmış Şahid3 və Şahid2 təsdiq etmişlər. Cavabdeh isə həmin pulun üzərinə 20000 manat qardaşı Şahid5 və qardaşının həyat yoldaşı Şahid6 borc almış, 20.000 manat isə öz vəsaitini qoyaraq,ünvan 6 ünvanında yerləşən mübahisəli mənzili 120.000 manata almışdır. Göründüyü kimi mənzilin dəyəri olan 120.000 manat pulun 80.000 manatı Şahid3 adında olan faktiki olaraq Cavabdeh məxsus və iddiaçı ilə nikahdan 4 il əvvəl alınmış mənzil hesabına əldə olunmuş, 20.000 manat isə alınmış borc vəsaiti hesabına, qalan 20000 manat isə öz vəsaiti hesabına toplanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh də bildirmişdir ki, onun ev alınması zamanı cəmi 22000 manat pulu olmuşdur, digər pulları evin satılması və qardaşından alınmış borc hesabına əldə etmişdir. Cavabdeh dedikləri ağlabatandır ona görə ki, təqdim etdikləri İsgəndərun Dənizçilik firmasının xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Cavabdeh "MV Nahidə-M” adlı gəmidə 2-ci Kapitan olaraq işləmiş və 4000 USD əmək haqqı almışdır. Həmin arayışı nəzərə alaraq müəyyən olunur ki, iş materiallarında olan sənədlərə əsasən nikah şəhadətnaməsi üzrə xx.xx.2021-ci il tarixində bağlanılmış nikahdan 4 ay sonra xx.xx.2021-ci il tarixdə mübahisəli mənzil alınmışdır. Cavabdeh isə hər ay 4000 ABŞ dolları əmək haqqı aldığını nəzərə alsaq, onun bu 4 ay ərzində 16.000 ABŞ dolları əmək haqqı aldığını görmüş olarıq. Respublikamızda ABŞ dollarının məzənnəsinin 1.70 manat olduğunu nəzərə alaraq, bu müddətdə onun qazancının 27.200 manat olduğu aydın görsənir. Bu müddətdə həmin puldan şəxsi ehtiyaclar üçün pul vəsaiti xərclənməsini də nəzərə alsaq, Cavabdeh məhkəmə iclasında onun cəmi 22000 manat pulu olması bir daha sübut olunur. Məhkəmə iclasında izahatları alınmış Şahid5 və Şahid6 Cavabdeh borc verdiklərini bildirmişlər,aralarında borc müqaviləsi bağlandığını və qohumluq münasibətlərinə görə notarial qaydada bağlamadıqlarını bildirmişlər. Bu müddət ərzində iddiaçı heç bir yerdə işləməmiş, müstəqil qazancı olmamış, nə də ki, ev alınmasına hər hansı vəsait qoymamışdır. İddiaçının nümayəndəsi də məhkəmə iclasında bu faktı təsdiq etmiş və bildirmişdir ki, ev alınması zamanı 10000 manat cehiz alınmasına pul vermişlər. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 5.3-cü bəndində qeyd olunur ki, məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarı ilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyildir. Bunun üçün şəksiz mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. Göründüyü kimi, tərəflərindən təqdim edilmiş əyani sübutlar şahid ifadələri ilə təsdiq olunur ki,Cavabdeh mübahisəli mənzili alarkən,mənzilin dəyəri olan 120.000 manatı ödəmək üçün tələb olunan vəsaiti iddiaçı ilə birgə nikah dövründə əldə etməmişdir. O, həmin vəsaiti toplamaq üçün, faktiki olaraq özünə məxsus, hüquqi olaraq Şahid3 adına qeydə alınmış mənzili sataraq 80.000 manat pul əldə etmiş,alğı-satqı müqaviləsi 10 avqust 2021-ci il tarixində baş vermiş,Cavabdeh Azərbaycan Respublikasına bundan 1 ay 2 gün sonra, yəni 12 sentyabr 2021-ci il tarixində gəlmiş,ölkəyə gəldikdən 5 gün sonra isə mübahisəli mənzili 120.000 manata almışdır.Məhz bu fakt sübut edir ki, Şahid3 adında olan mənzilin satışından əldə edilmiş vəsait mübahisəli evin alınmasına yönəldilmişdir.Qalan 40000 manat vəsaiti isə həm özünə məxsus 20.000 manat, həm də qardaşından borc aldığı 20.000 manat vəsait hesabına toplamışdır.İddiaçının nümayəndəsi olan anası da məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki,ev alınması zamanı iddiaçı tərəfindən vəsait qoyulmamış, lakin birgə nikah dövründə alındığı üçün mənzil bölünməlidir. Hesab edirlər ki, göstərdikləri faktlar iddiaçının nümayəndəsinin izahatı,təqdim etdikləri əyani sübutlar və şahid ifadələri ilə işin mübahisəsiz halı kimi tam təsdiq olunur ki, mənzil birgə nikah dövründə alınsa da birgə vəsait hesabına alınmamışdır. Bu faktla da hesab edirlər ki, iddianın təmin edilməməsi üçün əsasdır. İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünü tələb edir,bunun üçün iki şərt müəyyən edilmişdir,birincisi əmlakın birgə nikah dövründə əldə edilməsi,ikincisi birgə vəsait hesabına əldə edilməsidir ki,iddiaçı əmlakın birgə vəsait hesabına əldə edilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, əksinə nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin alınmasına pul vəsaiti qoyulmamışdır. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, mübahisə predmeti olan mənzilin birgə nikah dövründə alınsa da, birgə vəsait hesabına alınmamasını və yuxarıda göstərilən təkzib edilməz sübutları nəzərə alaraq iddia tələbi təmin edilməməlidir.Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşayır. İddiaçı qardaşı qızıdır, cavabdeh isə qardaşı qızının keçmiş əridir. Cavabdeh qardaşı qızı ilə ailə qurarkən özünün ayrıca evi olmamışdır.Ailə qurduqdan sonra cavabdeh Bakı şəhərindən ev almışdır. Cavabdeh qardaşı ilə qohum olandan sonra ilk əvvəl valideyinləri ilə birlikdə yaşamış, sonradan isə Bakı şəhərinə köçərək bir müddət kirayədə yaşamış, sonradan isə özünə ev almışdır. O, qardaşı qızından ailə qurduqdan sonra özlərinin ayrıca evlərinin olub-olmamasını soruşmuşdur. Qardaşı qızı isə ona ailə qurduqdan sonra bir müddət Bakı şəhərində kirayədə qaldıqlarını, sonradan isə Bakı şəhərindən ev aldıqlarını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşayır.İddiaçı qardaşı nəvəsidir, cavabdeh isə qardaşı nəvəsinin keçmiş əridir. Cavabdehin atası ilə bir yerdə böyümüşlər və anası ilə bir yerdə oxumuşlar. Cavabdeh özü sevib iddiaçı ailə qurmuşdur. Cavabdehin ev almasından məlumatı olmamışdır. Evləndikdən sonra Bakı şəhərindən ev axtarmasını eşitmişdir. Eşitdiyinə görə cavabdehin evlənməmişdən qabaq evi olmamışdır, evləndikdən sonra ev almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, İsmayıllı rayonu, Kürdmaşı kəndində yaşayır. İddiaçı əmisi nəvəsidir, cavabdeh isə əmisi nəvəsinin keçmiş əridir. O, iddiaçı ilə ailə qurduqdan sonra telefonla əlaqə saxlamışdır.İddiaçı hər dəfə onunla telefonla danışarkən ailə qurarkən evlərinin olmadığını, ailə qurduqdan sonra bir müddət Bakı şəhərində kirayədə yaşadıqlarını və sonradan ev aldıqlarını bildirmişdir. Hətta qohumları iddiaçı ilə cavabdeh ev aldıqlarından ev gördüsünə getmişlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, İsmayıllı şəhəri, Rəsul Rza küçəsi ev 3 ünvanında yaşayır. Cavabdeh qardaşı, iddiaçı isə qardaşının keçmiş arvadıdır. Qardaşı evlənməmişdən qabaq bacısının adına Bakı şəhərindən ev almışdır.Evləndikdən sonra aldığı evi satıb başqa yerdən ev almaq qərarına gəlmişdir. Qardaşı ev alarkən 40000 manat pulu çatmadığından ondan 20000 manat borc götürmüşdür. O və arvadı Mədinə birlikdə qardaşına ev alması üçün 20000 manat borc pul vermişlər, Qardaşı ondan borc olaraq aldığı 20000 manat pulun 10000 manatını ev aldıqdan sonra qaytarmış, qalan 10000 manatı isə qalmışdır. Qardaşı 20000 manat borc pul alarkən arvadı Mədinə ilə aralarında yazılı şəkildə borc müqaviləsi bağlamışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. Cavabdeh qaynı, iddaçı isə qaynının keçmiş arvadıdır. Evi iddiaçı almışdır. İddiaçı dənizdə işlədiyindən evi bacısı Nərminin adına almışdır. Evin sənədləşməsini o və arvadı Nərmin etmişdir. Sonradan ev satılmışdır. Ev satılarkən sənədləşmə işləri onun və arvadı Nərmin tərəfindən aparılsa da pulu iddiaçı özü almışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, ünvan 7 ünvanında yaşayır. Cavabdeh qardaşı, iddiaçı isə qardaşının keçmiş arvadıdır. Mənzil birgə nikah dövründə əldə edilsə də, birgə qazanc hesabına alınmamışdır. Belə ki, qardaşı ailə qurmamışdan qabaq onun adına 1 otaqlı mənzil almışdır. Ailə qurduqdan sonra həmin mənzili satıb üzərinə pul qoyaraq başqa mənzil almışdır. Mənzil onun adına alındığından sənədləşmə onun və əri Azər tərəfindən aparılmışdır. Evin sənədləşməsi onun və əri Azər tərəfindən aparılsa da pulu qardaşı Emin özü şəxsən qəbul etmişdir. Qardaşı dənizdə işlədiyi üçün uzun müddət quruda olmamışdır. Bunun üçün mənzili onun adına almışdır ki, gələcəkdə mənzillə bağlı sənədləşmə işləri olarsa onun iştirakı tələb olunmasın. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, İsmayıllı şəhəri, R.Rza küçəsi ev 3 ünvanında yaşayır. Cavabdeh qaynı, iddiaçı isə qaynının keçmiş arvadıdır. O, ASC “Xalq” Bankının İsmayıllı filialında əməliyyatçı vəzifəsində işləyir. Qaynı ev alanda pulu çatmadığından əri Pərvinlə birlikdə ona köməklik etmişlər. Qaynına borc pul verməklərinə dair öz aralarında müqavilə bağlanmışdır. Qaynına ev alması üçün 20000 manat borc pul vermişlər. 2023-cü ildə həmin pulun 10000 manatını qaynı qaytarmış, qalan 10000 manatı isə qalmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, ünvan 8 ünvanında yaşayır. ünvan 9a yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş mənzilini Cavabdeh satmışdır. Mənzili satarkən Cavabdeh və xanımını orada görmüşdür. Emin ona Türkiyədə yaşadığını və evi bacısı Nərminin adına rəsmiləşdirəcəyini bildirmişdir.O,da Eminə onun üçün fərqi olmadığını, pulunu ödəyib kimin adına rəsmiləşdirirsə rəsmiləşdirməsini bildirmişdir. Mənzilin çıxarışı olmadığından notarusda rəsmi alğı-satqı olmamış, ancaq aralarında yazılı müqavilə imzalanmışdır. Emin ona məxsus mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı və cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatı dinləyib, əvvəlki məhkəmə iclasında dindirilmiş şahid ifadələrini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 oktyabr 2022-ci il tarixli AZ-T № 051831 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır.Ərə Hüseynov və arvada Nuriyeva soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin may ayının 17 günündə 65 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 30 avqust 2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilənin sürətindən görünür ki, bir tərəfdən cəmiyyət adlanacaq "xxxx" MMC-nin direktoru X6 ilə digər tərəfdən payçı adlanacaq Şahid1 arasında 30 avqust 2013-cü il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən cəmiyyət ünvan 10 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binanın E bloku,6-cı mərtəbə, ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı, 281 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş məzil haqqının vaxtında ödəməyi öhdələrinə götürmüşlər və müqaviləni bağalayan tərəflər müqavilənin şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2013-cü il tarixli maliyyə arayışının sürətindən görünür ki,Şahid1 "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 2566-cı məhəllə ünvanda yerləşən yaşayış binasında blok-E, mərtəbə 6, mənzil №281, 1 otaq, ümumi sahəsi 59.16 kv.metr olan mənzilin ümumi dəyərini tam ödəmişdir, borcu yoxdur. İş materiallarına əlavə edilmiş 08 may 2017-ci il tarixli müqavilənin sürətindən görünür ki, ünvan 10 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının blok-E, 6-cı mərtəbəsindəki ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı, 281 saylı mənzilin alğı-satqısı üçün "xxxx" MMC-nin nümayəndəsi R.N.Qasımov, mülkiyyətçi Şahid1 və mənzilin yeni sahibi Şahid3 arasında 08 may 2017-ci il tarixli müqavilə bağlanmış və müqaviləni bağalayan tərəflər müqavilənin şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 08 may 2017-ci il tarixli maliyyə arayışının sürətindən görünür ki, Şahid3 ünvan 11 ünvanda yerləşən yaşayış binasının blok-E, 6-cı mərtəbəsindəki ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı, 281 saylı mənzilin dəyərini Şahid1 (AZE********) tam şəkildə ödəmişdir. Bu mənzilə görə borc yoxdur. İş materiallarına əlavə edilmiş 08 may 2017-ci il tarixli "xxxx" MMC-nin direktoruna ünvanlanmış ərizənin sürətindən görünür ki, Şahid1 08 may 2017-ci il tarixdə "xxxx" MMCnin direktoruna ərizə ünvanlayaraq ünvan 12oxmərtəbəli yaşayış binasının blok-E, 6-cı mərtəbəsindəki ümumi sahəsi 59.16 kv.metr olan 1 otaqlı, 281 saylı mənzilin satışına etiraz etmədiyini və pay haqqını Şahid3 verdiyini, qeyd etdiklərini nəzərə alıb mənzili Şahid3 adına rəsmiləşdirərək onun "xxxx" MMC-də olan üzvlüyünə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, №1437808 nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışın sürətindən görünür ki, Bakı şəhəri,Nizami rayonu,Elşən Süleymanov küçəsi ev 137A, mənzil 292, yeni qaydalarla ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzil xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Şahid3 adına daşınmaz əmlakın dövlət reyestrində 2979 nömrəli reyestr kitabının 278059 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1366 nömrə ilə qeydə alınmış 11 avqust 2021-ci il tarixli AN-İ №0967041 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin sürətindən görünür ki, satıcı Şahid3 Bakı şəhəri,Nizami rayonu,Elşən Süleymanov küçəsi ev 137A, mənzil 292, yeni qaydalarla ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 51.3 kv.metr olan mənzili 11 avqust 2021-ci il tarixli AN-İ №0967041 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alıcı Şahid4 80000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin sürətindən görünür ki, satıcı X5 Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzili 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alıcı Cavabdeh 120000 manata satmışdır. İş materiallarına əlavə edilmiş “MASTER OF M/V NAHİDE-M” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 2016-cı ilin avqust ayından “İSKENDERUN DƏNİZÇİLİK” firmasının gemilerində 2-ci kapitan olaraq çalışmış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arasında “MV NAHİDE-M” gemisində 2-ci kapitan olaraq çalımış və 4000 USD əmək haqqı almışdır. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verənlər Şahid5 və Şahid6 ilə borc alan Cavabdeh öz aralarında yazılı şəkildə 12 sentyabr 2021-ci il tarixli borc müqaviləsi bağlamışlar, müqaviləyə əsasən borc verənlər Şahid5 və Şahid6 20000 manat pulu borc alan Cavabdeh verməyi, borc alan Cavabdeh isə əvəzində müqavilədə qeyd edilən borc məbləğini borc verənlərə qaytarmağı öhdələrinə götürmüşlər və hər iki tərəf müqavilənin şərtlərini qəbul edərək öz imzaları ilə təsdiq etmişlər. İş materiaalrına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, №0542372 nömrəli xx.xx.2014-cü il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 30.0 kv.metr olan mənzil xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Şahid2 adına daşınmaz əmlakın dövlət reyestrində 786 nömrəli reyestr kitabının 73374 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 15 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-301 nömrə ilə qeydə alınmış 30 sentyabr 2017-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Şahid2 ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 30.0 kv.metr olan mənzili 30 sentyabr 2017-ci il tarixli AN-İ №0633533 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alıcı X1 50000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 53 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-1304 nömrə ilə qeydə alınmış 02 oktyabr 2017-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X7 ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 83.2 kv.metr olan mənzili 02 oktyabr 2017-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında alıcı Şahid2 90000 manata satmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh məxsus pasportda qeydə alınmış giriş-çıxış möhürlərinin sürətindən görünür ki, Cavabdeh 2016-2024-cü il aralıqlarında Heydər Əliyev adına X19 vasitəsilə müxtəlif vaxtlarda ölkədən çıxmış və müxtəlif istiqamətlərdən ölkəyə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17 may 2021-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat Şöbəsində 65 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş X18 1 X12 İsmayıllı Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞQ/MT035/23-461 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən atalığın müəyyən edilməsi, uşağın himayədə saxlanılması, aliment, əmlak və əmlak bölgüsü mübahisələri üzrə Qəbələ 1 X12 İsmayıllı Rayon Şöbəsinə ərizə ilə müraciət etmiş, ərizə üzrə mediasiya sessiyası keçirilməsi üçün xx.xx.2024-cü il tarixə iclas təyin edilmiş, iclasda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 iştirak etmiş, Cavabdeh iclasda iştirak etmədiyindən Qəbələ 1 X12 İsmayıllı Rayon Şöbəsinin mediatoru X8 tərəfindən xx.xx.2024-cü il tarixli,MŞQ/MT035/23- 461 nömrəli, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər 17 may 2021-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları olmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tərəflərin birgə nikah müddətində Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə- 1632 nömrə ilə qeydə alınmış 17 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119, ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil 120000 manata satın alınmışdır. İddiaçı və nümayəndəsi Nümayəndə mübahisə predmeti olan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzilin tərəflər arasında bərabər bölünərək paylarının müəyyən edilməsini tələb edirlər. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmirlər və mübahisə predmeti olan mənzilin birgə nikah müddətində əldə edilsə də, birgə vəsait hesabına alınmadığını, mübahisəli mənzilin dəyərinin 80000 manatının birgə nikah müddətindən qabaq alınmış 1 otaqlı evin satışından əldə edildiyini, qalan 40000 manat vəsaitinin 20000 manatının cavabdehin qardaşından və arvadından borc alındığını, 20000 manatının isə cavabdehin özünə aid olduğunu bildirirlər və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə iddia ərizəsində göstərilən mənzilin birgə nikah dövründə alınmasını və hazırda həmin mənzilin cavabdehdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mübahisə predmeti olan Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil tərəflərin birgə nikahda olduqları müddətdə alınmışdır. Cavabdeh və nümayəndəsi və vəkili Vəkil mübahisəli mənzilin dəyərinin 80000 manatının birgə nikah müddətindən qabaq alınmış 1 otaqlı evin satışından əldə edildiyini bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişlər və eyni zamanda həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdeh və nümayəndəsi və vəkili Vəkil mübahisəli mənzilin birgə vəsait hesabına alınmadığını bildirdiklərindən həmin faktı sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Məhkəmə mübahisə predmeti olan tərəflərin birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzilin tərəflər arasında bərabər bölünərək 1/2 hissədə paylarının ayrılmasını ədalətli hesab edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.3-cü bəndidndə göstilmişdir ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Həmin Qəqrarın 3.4-cü bəndinə əsasən Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6.Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.7.Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. 3.8.Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. 3.10. Belə ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə, fərqli qayda tətbiq edilir. 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 3.13. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Məhkəmə hazırki tələb üzrə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanın əksini sübut etmə barədə cavabdehin gətirdiyi dəlillərə hüquqi qimət verərək aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri şahidlər onun yaxın qohumları və qohumluqları olduğundan hazırkı tələb üzrə sözügedən şahidlərin ifadələri obyektivlik baxımından mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə mübahisəli fərdi yaşayış evinin satıcısı olmuş Şahid1 verdiyi ifadələr arasında ziddiyətlərə diqqət çəkərək qeyd edir ki, o, məhkəmə iclasında işin faktiki hallarının, yəni evin hansı tarixdə satılması, məbləği barədə verilən suallara xatırlamadığını, lakin, 2017-ci il tarixdə hazırkı tələb üzrə Cavabdeh ona sözügedən mənzili əslində onun alacağını, lakin Türkiyə Respublikasına gedəcəyindən bacısı tərəfindən rəsmiləşdiriləcəyini bildirməklə məhkəməyə şahidin əvvəlcədən bu yöndə ifadə verməsi barədə öyrədilməsi qənaətinə gəlməyə əsas verməklə, onun da ifadəsinin mötəbər sübut növü kimi qəbul edilməsini istisna edir. Belə ki, sözügedən mübahisəli fərdi yaşayış evinin əslində Cavabdeh vəsaiti ilə lakin bacısının adına alması barədə cavabdeh tərəfin gətirdiyi əsaslardan biri də məhz alğı-satqı zamanı Cavabdeh ölkədə olmayacağı ilə əlaqələndirilmişdir. Lakin iş materiallarına əlavə edilmiş sərhədkeçmə məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh sərhəddən çıxma tarixi xx.xx.2018-ci il tarixidir, mübahisəli mənzil isə xx.xx.2017-ci ildə cavabdehin bacısı Şahid3 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi alınan zaman Cavabdeh ölkə ərazisində olmuşdur. Bundan başqa məhkəmə 20000 borc alınması barədə tərtib edilmiş müqaviləyə hüquqi qiymət verərək qeyd edir ki, ilk növbədə sözügedən borc müqaviləsi hazırki tələb üzrə iddiaçının marağına toxunduğundan, eyni zamanda borc müqaviləsinin tərtib olunma günü, ayı və ili mübahisəli olduğundan mötəbər sübut növü kimi qəbul edilə bilməz. Bundan əlavə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin alınmış borc müqabilində və ya tərəflərdən birinə yoxsa hər ikisinə, yəni ailəyə bağışlanmış vəsait hesabına satın alınması və həmin məbləğlərin tərəflər arasında hansı hissədə bölünməsi barədə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi verilmədiyindən hazırki tələbin predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir.Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Məhkəmə hazırkı iddia tələbinin mahiyyətinə münasibət bildirərək qeyd edir ki, tələb nikah dövründə əldə olunmuş əmlaka payların müəyyən edilməsi olduğundan, həmin əmlakın naturada bölünməsini əhatə etmir. Belə ki, paylar müəyyən edildikdən sonra sözügedən əmlakın naturada bölünməsi barədə tələb irəli sürülə bilər. Hazırki tələbdə isə əmlakın naturada bölünməsi barədə iddia irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil İddiaçı ilə Cavabdeh arasında bərabər bölünərək 1/2 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri,Nizami rayonu,Bəhruz Nuriyev küçəsi ev 75A, mənzil 39, yeni qaydalarla AZ1119 ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 109.8 kv.metr olan mənzil İddiaçı ilə Cavabdeh arasında bərabər bölünərək 1/2 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar