Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1047/2022 01.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı cavabdeh X1 İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri *1 avqust 2*22-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək işdən kənarlaşdırılması ilə bağlı X1 İdarəsinin rəisi Elçin Nəcəfovun 29 aprel 2*22-ci il tarixli 27 nömrəli əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı hazırkı iddiasına inzibati mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş əmrin surətindən görünür ki, X1 İdarəsinin rəisi Elçin Nəcəfovun 29 aprel 2*22-ci il tarixli 27 nömrəli əmri ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin direktor müavini Novruzova (Zakirova) Lalə Məmməd qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin c bəndi ilə (iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə) 29 aprel 2*22-ci il tarixindən məhkəmənin qərarı verilənədək işdən kənar edilmişdir. İddiaçı isə həmin əmrin ləğv edilməsini və əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi iddiaçı inzibati orqan tərəfindən qəbul olunmuş əmri mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2**7-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş inzibati orqanların Təsnifatına əsasən Regional mədəniyyət idarələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə və ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı izah edilir ki, inzibati icraat qaydasında ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh X1 İdarəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-1047/2022
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1047/2022
01.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver