Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1052/2021 10.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayonm Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 10 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.12.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalan, İsmayıllı rayon Zeyvə kəndində yerləşən 11.09.2000-ci il tarixli JN-0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 0.48 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X9 və X2 olmaqla, xx.xx.1960-cı ildə İsmayıllı rayonu, Zeyvə kəndində doğulmuşdur. Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı əsasında JN: 0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayonu, Zeyvə kəndi ərazisindən 0.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən anası X11 qızının mülkiyyətinə verilmişdir. X9 12.04.1990-cı il tarixdə, X2 isə 21.12.2015-ci il tarixdə vəfat etmişlər. İsmayıllı rayon Zeyvə kəndində yerləşən 0.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X2na məxsus olmaqla ondan miras qalmışdır. Mərhum X9 ilə X2nın birgə nikahlarından o və bacısı X13 və qardaşı X10 doğulmuşlar və vərəsələrin hər biri sağ olmaqla, ailə həyatı quraraq müxtəlif ünvanlarda yaşayırlar. O, atasının və anasının sağlıqlarında və onlar vəfat etdikdən sonra da keçən müddətə qədər İsmayıllı rayonu Zeyvə kəndində yerləşən fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. X9 və X2nın ölümündən sonra birinci növbədə vərəsələrdən yalnız bacısı X13 və qardaşı X10 və o qalmışlar. Miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən idarə edilməklə faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər və özlərinə düşən paydan onun xeyrinə imtina edirlər. 21.12.2015-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış İsmayıllı rayon Zeyvə kəndində yerləşən 0.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, 21.12.2015-ci il tarixdə vəfat etmiş X1 miras qalan, İsmayıllı rayon Zeyvə kəndində yerləşən 11.09.2000-ci il tarixli JN- 0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 0.48 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X6 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Kürdüvan kəndində yaşayır. Ərizəçi qardaşıdır. Ailədə üç uşaq olmuşlar.Onun özündən başqa iki qardaşı var.X2 21.12.2015-ci ildə vəfat etmişdir. Anası vəfat edəndə onun dəfn mərasimini qardaşı Ərizəçi təşkil etmişdir. Anasından 11.09.2000-ci il tarixli JN-0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 0.48 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi miras qalmışdır. Anasından miras qalan pay torpaq sahəsinə dair iddiası yoxdur. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X9, anası X8 olmaqla,xx.xx.1960-cı il tarixdə İsmayıllı rayonu, Zeyvə kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X14 oğlu 12.04.1990-cı il tarixdə, X7 isə 21.12.2015-ci il tarixdə vəfat etmişlər. İşdə olan 11.09.2000-ci il tarixli JN:0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dairdövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 nömrəli qərarı əsasında İsmayıllı rayonu, Zeyvə kəndi ərazisindən 0.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı rayon Zeyvə kənd sakini X4 mülkiyyətinə verilmişdir. İşdə olan Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 30.10.2021-ci il tarixli **********611 nömrəli ərizədən görünür ki, X10 16.12.2016-cı il tarixdə vəfat etmiş X2nın vəfatından sonra miras qalmış İsmayıllı rayon ərazisində yerləşən 0.48 hektar torpaq sahəsinin qardaşı Ərizəçi adına sənədləşməsinə razı olduğunu qeyd etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 27.08.2021-ci il tarixli N-1305 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum X2ndan qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 12.04.1990-cı il tarixdə vəfat etmiş mərhum X14 ərizəçinin atası, 21.12.2015-ci il tarixdə vəfat etmiş mərhum X7 isə anası olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalan 0.48 hektar pay torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış pay torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr bacısı X13 məhkəmə iclasında şahid qismində ifadə verərək mərhum anasından miras qalan pay torpaq sahəsinə dair iddiasının olmadığını bildirmiş, digər vərəsə qardaşı X10 isə notarial qaydada ərizə yazaraq 16.12.2016-cı il tarixdə vəfat etmiş X2nın vəfatından sonra miras qalmış İsmayıllı rayon ərazisində yerləşən 0.48 hektar torpaq sahəsinin qardaşı Ərizəçi adına sənədləşməsinə razı olduğunu qeyd etmişdir.Bu səbəbdən həmin miras əmlak ərizəçinin mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalan, İsmayıllı rayon Zeyvə kəndində yerləşən 11.09.2000-ci il tarixli JN- 0089 KOD 40728038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı üzrə 0.48 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1052/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1052/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver