Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1056/2021 24.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 24 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24.04.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalan, İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X7 və X3 olmaqla, xx.xx.1943-cü ildə İsmayıllı rayonu, Köhnədaxar kəndində doğulmuşdur. İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evi mərhum X3na məxsus olmaqla ondan miras qalmışdır. X3 07 mart 2008-ci il tarxdə İsmayıllı rayon Təzəkənd İƏD üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qoyaraq 1948-ci ildə çay daşından tikilmiş, iki otaqlı ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evini və 0.14 hektar həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. X3 24.04.2008-ci il tarixdə vəfat etmişdir. Mərhum X7 ilə X3 qızının birgə nikahlarından o və qardaşları X13, X14 və bacısı X10 doğulmuşlar və ondan başqa digər vərəsələr vəfat etmişlər. O, anasının sağlığında və vəfat etdikdən sonra da keçən müddətə qədər İsmayıllı rayonu Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. X7 və X3nın ölümündən sonra birinci növbədə vərəsələrdən yalnız o qalmışdır. Miras qalmış 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evi onun tərəfindən idarə edilməklə faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr qardaşları X13 04.02.2007, X14 16.06.2016 və bacısı X10 12.07.2017-ci il tarixdə vəfat etmişlər. 24.04.2008-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, 24.04.2008-ci il tarixdə vəfat etmiş X1 miras qalan, İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X11 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Köhnədaxar kəndində yaşayır. Ərizəçi qonşusudur. Ərizəçi anası Gülnisə Əliyeva 2008-ci ildə vəfat etmişdir.Ərizəçi mərhum anası Gülnisə Əliyevanın vəfatınadək onunla birlikdə İsmayıllı rayonu, Köhnədaxar kəndində yaşamış, anası vəfat edəndə onun yas mərasimini təşkil etmiş, vəfatından sonra da həmin evdə yaşamış,miras əmlakı qoruyub saxlamışdır. X2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Köhnədaxar kəndində yaşayır. Ərizəçi kəndçisidir. Ərizəçi anası Gülnisə Əliyeva 2008-ci ildə vəfat etmişdir. Ərizəçi mərhum anası Gülnisə Əliyevanın vəfatınadək onunla birlikdə İsmayıllı rayonu, Köhnədaxar kəndində yaşamışdır. Ərizəçi hazırda anasından miras qalmış evdə yaşayır. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X7 və X3 olmaqla,xx.xx.1943-cü il tarixdə İsmayıllı rayon Köhnədaxar kəndində doğulmuşdur. İşdə olan İsmayıllı rayon Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən təsdiq olunmuş 07.03.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 07.03.2008-ci il tarxdə İsmayıllı rayon Təzəkənd İƏD üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qoyaraq 1948-ci ildə çay daşından tikilmiş, iki otaqlı ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evini və 0.14 hektar həyətyanı torpaq sahəsini oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X12 24.04.2008-ci il tarixdə, X13 04.02.2007-ci il tarixdə, X14 16.06.2016-cı il tarixdə və X10 isə 12.07.2017-ci il tarixdə vəfat etmişlər. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 18.06.2021-ci il tarixli N-869 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum X3ndan qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan İsmayıllı Rayon Dövlət Arxivinin 24.06.2021-ci il tarixli Arxiv arayışından görünür ki, İsmayıllı rayon Təzəkənd İƏD üzrə nümayəndəliyin 125 nömrəli arxiv fondunda saxlanılan 1996-2010-cu illərin Köhnədaxar kəndi üzrə Təsərrüfatbaşına kitablarında mərhum X5 ailə başçısı olmaqla istifadəsində 1996-cı ildə 0.13 hektar, 1997-2008-ci illərdə 0.14 hektar torpaq sahəsinin olduğu qeyd olunmuş, fərdi yaşayış evinin tikliməsi tarixi qeyd olunmamış və X5 adının üzərindən xətt çəkilərək 24.08.2008-ci il tarixdə ölməsi qeyd olunubdur. İşdə olan İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəliyinin 29.09.2021ci il tarixli 439 nömrəli arayışından görünür ki, ərizəçi Əliyev X8 rayonu, Köhnədaxar kənd sakini olmaqla, hazırda İsmayıllı rayonu, Köhnədaxar kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 24.04.2008-ci il tarixdə vəfat etmiş mərhum X12 ərizəçinin anası, 04.02.2007-ci il tarixdə vəfat etmiş mərhum X13 və 16.06.2016-cı il tarixdə vəfat etmiş mərhum X14 qardaşları, 12.07.2017-ci il tarixdə vəfat etmiş mərhum X10 isə bacısı olmuşlar. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalan, İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Bundan əlavə X3 07 mart 2008-ci il tarxdə İsmayıllı rayon Təzəkənd İƏD üzrə nümayəndəlik tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qoyaraq 1948-ci ildə çay daşından tikilmiş, iki otaqlı ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evini və 0.14 hektar həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Digər vərəsələr X13 04.02.2007, X14 16.06.2016 və X10 12.07.2017-ci il tarixdə vəfat etmişlər. Bu səbəbdən həmin miras əmlak ərizəçinin mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalan, İsmayıllı rayon Köhnədaxar kəndində yerləşən 0.14 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 48 kv.metr, yaşayış sahəsi 32 kv.metr olan fərdi yaşayış evi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1056/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1056/2021
24.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver