Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1066/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı tərəf qismində cəlb etdiyi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 29 noyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində və doğum şəhadətnaməsində adı,soyadı və atasının adının Ərizəçi, ata adının X6, ana adının X2, doğum tarixinin xx.xx.1970-ci il, doğulduğu yerin İsmayıllı rayonu, Zoğallıq kəndi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, o, xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində doğulmuşdur. X3 və anası X2 olmuşlar. Valideyinləri arasındakı nikah 12.03.1984-cü ildə İsmayıllı rayonu, Quşencə kənd X5 İcraiyyə Komitəsi tərəfindən rəsmiləşdirilmişdir. Ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Buna görə də vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan onun doğumunu qeydə almaqdan imtina etmişdir. X3 15.11.1993-cü il tarixdə və anası X2 isə 14.03.2014-cü il tarixdə vəfat etmişlər. Valideyinlərinin ölümündən sonra vərəsəlik haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamə olmadığı üçün müvafiq əməliyyatların aparılmasından imtina edilmiş və doğum akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət edilməsi izah edilmişdir. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsində onun xx.xx.1970-ci il təvəllüdlü olduğu qeyd edilmişdir. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf İsmayıllı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı tərəf məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı tərəf İsmayıllı Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 12.03.1984-cü il tarixli, İİİ ЖГ №363558 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, 28.04.1932-ci il təvəllüdlü X6 ilə 01.071936-cı il təvəllüdlü X2 12 mart 1984-cü il tarixdə İsmayıllı rayon Quşencə kənd XDC İcraiyyə Komitəsində rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarına əlavə edilmiş 15.11.1993-cü il tarixli İİ-ЖГ №418321 və 15.03.2014cü il tarixli AZ-İ№ 660774 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X6 15.11.1993-cü il tarixdə və X2 isə 14.03.2014-cü il tarixdə ölmüşlər. İş materiallarına əlavə edilmiş 06.10.2020-ci il tarixli seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə İsmayıllı rayon Zoğallıq kəndində doğulmuşdur və hal-hazırda İsmayıllı rayon Zoğallıq kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İsmayıllı RİHB-nın Quşencə İƏD üzrə Nümayəndəliyinin 29.09.2021-ci il tarixli 419 nömrəli arayışından görünür ki, Quşencə inzibati ərazi bölgüsünün Zoğallıq kənd sakini Ərizəçi hal-hazırda Zoğallıq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli 05/Q-505 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında Vətəndaşlıq Vəziyyəti aktları X1 sistemində daxil edilmiş bütün Vətəndaşlıq Vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir məlumat aşkar edilməmişdir. Arxiv məlumatları 1970-1983-cü illər üzrə yoxlanılmışdır. Odur ki, ərizəçinin doğum haqqında akt qeydinin bərpa olunması üçün məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Polis Şöbəsinin 18.10.2021-ci il tarixli 16Q-25893-1221 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Zoğallıq kənd sakini Ərizəçi 06.10.2020-ci il tarixdə “Səyyar-Asan 10” tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Ərizəçi xx.xx.1970ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində doğulmuşdur. Ərizəçinin X3 ilə anası X2 nikahlarını 12.03.1984-cü ildə İsmayıllı rayonu, Quşencə kənd X5 İcraiyyə Komitəsində rəsmiləşdirmişlər. Ərizəçinin X3 15.11.1993-cü il tarixdə və anası X2 isə 14.03.2014-cü il tarixdə vəfat etmişlər. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsində ərizəçinin xx.xx.1970-ci il təvəllüdlü olduğu qeyd edilmişdir. Lakin, bu faktı təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah,boşanma,ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində doğulması faktı müəyyən edilməli və Ərizəçi doğum haqqında akt qeydində və doğum şəhadətnaməsində adı, soyadı və atasının adı Ərizəçi, ata adı X6, ana adı X2, doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer İsmayıllı rayonu, Zoğallıq kəndi yazılmalıdır. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixdə İsmayıllı rayonu, Zoğallıq kəndində doğulması faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydində və doğum şəhadətnaməsində adı, soyadı və atasının adı Ərizəçi, ata adı X6, ana adı X2, doğum tarixi xx.xx.1970-ci il, doğulduğu yer İsmayıllı rayonu, Zoğallıq kəndi qeyd edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1066/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1066/2021
29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver