Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1076/2021 01.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 01 dekabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.09.2002-ci il tarixdə vəfat etmiş mərhum X2na məxsus olmuş İsmayıllı şəhərində (Mican kəndi) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X2 və anası X13 olmaqla, 02.09.1965-ci ildə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuşdur. Mərhum atasına məxsus İsmayıllı şəhərində (Mican kəndi) mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamış 0.25 hektar həyətyanı torpaq sahəsi və 1964-cü ildə tikilmiş fərdi yaşayış evi vardır. O, doğulduğu tarixdən valideyinləri ilə birgə onlara məxsus evdə yaşamış, valideynlərinin vəfatından sonra da mirası qəbul etməklə hal-hazıra kimi həmin evdə yaşayır. Mirasın kütləsinə daxil olan daşınar əmlak üzərində sərəncam verə bilsə də daşınmaz əmlak üzərində sərəncam verə bilmir. X2 15.09.2002-ci il tarixdə, anası X13 isə 28.03.2021-ci il tarixdə vəfat etmişlər. İsmayıllı şəhərində (Mican kəndi) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi mərhum X2na məxsus olmaqla ondan miras qalmışdır. Atasının vəfatından sonra təsərrüfatın başçısı anası olmuş və mirasın açılması qəbulu barədə notarusa müraciət edilməmişdir. Mərhum X2 ilə anası X5 birgə nikahlarından o və qardaşları 29.08.1959-cu ildə X16, 03.11.1961-ci ildə X17 və bacıları 08.02.1963-cü ildə X15,04.04.1974-cü ildə X9 və 12.09.1978-ci ildə X10 doğulmuşlar və vərəsələrin hər biri sağ olmaqla, ailə həyatı quraraq müxtəlif ünvanlarda yaşayırlar. O, atasının və anasının sağlıqlarında və onlar vəfat etdikdən sonra da keçən müddətə qədər İsmayıllı şəhərində (Mican kəndi) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. X2 və anası X5 ölümündən sonra birinci növbədə vərəsələrdən qardaşları X16, X17 və bacıları X15, X9 və X10 və o qalmışlar. Miras qalmış 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun tərəfindən idarə edilməklə faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr miras əmlakdan onlara çatan paydan imtina edirlər. 15.09.2002-ci il tarixdə vəfat etmiş mərhum X2na məxsus olmuş İsmayıllı şəhərində (Mican kəndi) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, 15.09.2002-ci il tarixdə vəfat etmiş mərhum X2na məxsus olmuş İsmayıllı şəhərində (Mican kəndi) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X2, anası X13 olmaqla, 02.09.1965-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X14 15.09.2002-ci il tarixdə,X13 isə 28.03.2021-ci il tarixdə vəfat etmişlər. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 19.10.2021-ci il tarixli **********034 nömrəli ərizədən görünür ki, X8 28.03.2021-ci il tarixdə vəfat etmiş anası X3 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 19.10.2021-ci il tarixli **********033 nömrəli ərizədən görünür ki, X16 28.03.2021-ci il tarixdə vəfat etmiş anası X3 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 19.10.2021-ci il tarixli **********032 nömrəli ərizədən görünür ki, X18 28.03.2021-ci il tarixdə vəfat etmiş anası X3 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş 19.10.2021-ci il tarixli **********035 nömrəli ərizədən görünür ki, X11 28.03.2021-ci il tarixdə vəfat etmiş anası X3 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 22.10.2021ci il tarixli **********218 nömrəli ərizədən görünür ki, X15 28.03.2021-ci il tarixdə vəfat etmiş anası X3 irs qalmış mirasın ona çatan hissəsindən imtina etmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 01.09.2021-ci il tarixli N-1325 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum X2ndan qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan İsmayıllı Rayon Dövlət Arxivinin 08.09.2021-ci il tarixli 154 nömrəli Arxiv arayışından görünür ki, İsmayıllı rayon Mican kənd İƏD-nin 59 nömrəli Arxiv fondunda saxlanılan 1972-1974-cü illərin Təsərrüfatbaşına kitabında mərhum X6 ailə başçısı olmaqla istifadəsində 0.25 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi olduğu qeyd olunmuş və fərdi yaşayış evinin 1964-cü ildə tikilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki,15.09.2002-ci il tarixdə vəfat etmiş mərhum X14 ərizəçinin atası, 28.03.2021-ci il tarixdə vəfat etmiş mərhum X13 isə anası olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalan, İsmayıllı şəhərində (Mican kəndində) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalmış 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr qardaşları X16, X18 və bacıları X8, X11 və X15 ayrı-ayrılıqda notarial qaydada təsdiq olunmuş ərizələr yazaraq 28.03.2021-ci il tarixdə vəfat etmiş anaları X3 irs qalmış mirasın onlara çatan hissəsindən imtina etmişlər. Bu səbəbdən həmin miras əmlak ərizəçinin mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalan, İsmayıllı şəhərində (Mican kəndində) yerləşən 0.25 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1076/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1076/2021
01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver