Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-476/2023 09.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının və onun nümayəndəsi (vəkili) X18, Cavabdeh, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı Cavabdeh qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli, xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X11 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X11 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olanfərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin miras vərəsəliyinin açılmasına və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla (iddiaçı ilə) cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qazıyeva (Əzimova) Arzu Əliyar qızı iddianın dəqiqləşdirilməsinə və iddianın həcminin artırılmasına dair ərizələr verərək, Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə Cavabdeh adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsinə, Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinə dair Cavabdeh adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X11 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin və 16 sot pay torpağın miras kimi qəbul edilmiş hesab edilməsinə, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş reyestrdən çıxarışa əsasən X11 mülkiyyətində olmuş Cəlilabad rayonu Ağdaş kəndi ünvanında yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.139920 ha olan torpaq sahəsinin və 16 sot pay torpağının miras kimi vərəsəliyinin açılması və qeyd edilən əmlaka 1/2 pay əsasında onunla (iddiaçı ilə) cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, həyat yoldaşı X12 xx.xx.2021-ci ildə, qaynanası X23 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. X8 miras qalmış daşınmaz əmlaklar Tubnisə Əzimovanın digər oğlu Cavabdeh adına “qanun üzrə vərəsəlik şəhadətnaməsi” verilərkən digər vərəsələr vərəsəliyə çağırılmamışdırlar. Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 386 saylı arayışdan görünür ki, Qazıyeva (Əzimova) Arzu Əliyar qızı X11 qanun üzrə vərəsəsi kimi tanınmışdır. Dilavər Əzimli vəfat etdiyi üçün onun vərəsəliklə bağlı bütün hüquqları həyat yoldaşı kimi ona (iddiaçıya) keçmişdir. X11 mülkiyyətində olan daşınmaz əmlakların dairəsini müəyyənləşdirmək məqsədilə Abşeron rayon Vəkil Bürosu tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 723/1015 saylı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********87 nömrəli cavabda göstərilir ki, miras sahibi X11 adına olan daşınmaz əmlaklardan Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 241.5 kv.m sahəli 3 otaqlı fərdi yaşayış evi Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 2V-311 reyestrli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. O (iddiaçı) Cəlilabad rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, X8 miras qalmış miras əmlakdan əri X5 çatası paya irsi transmissiya qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmışdir. Lakin digər varis Cavabdeh vərəsəlik məsələsinin sülh yolu ilə həll olunmasından imtina etdiyi üçün Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən “notariat hərəkətlərini aparmaqdan imtina edilməsdi barədə” 29 may 2022-ci il tarixli Qərar qəbul edilmiş və həmin qərarda onun (iddiaçının) pozulmuş hüquqularının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin imtina qərarından dərhal iki həftə sonra Cavabdeh yeganə varis kimi tanıyaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni ona vermişdir. Bundan əlavə, iş üzrə cavabdeh və Cəlilabad rayon 1 saylı Notariat Ofisi Cavabdehlə yanaşı digər vərəsələri də notariat ofisinə dəvət etməli idi. Lakin iş üzrə üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisi qanunun tələblərini pozaraq qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Hesab edir ki, X2 adına verilmiş “Qanun üzrə vərəsəlik şəhadətnaməsi” qanunsuz olduğu üçün ləğv edilməlidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində verilmiş arayışdan görünür ki, X11 adına Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayəş evi qeydiyyatdan keçmişdir. Lakin Cəlilabad rayon 1 saylı notariat ofisinin notariusu X19 tərəfindən təsdiq edilmiş 2V-311 reyestr nömrəli xx.xx.2022ci tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Miras əmlak yalnız Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evindən ibarət deyildir. Belə ki, miras qoyan X15 dövlət Aktı ilə torpaq sahəsi də ayrılmışdır. Ona görə də miras əmlakın kütləsinə həm də X11 adına ayrılmış torpaq sahəsi də daxildir. Miras qoyan Əzimova Tubnisə vəfat etdikdən sonra oğlu Əzimli Dilavər dəfn xərclərini özü çəkmiş, anasının ölümündən sonra ata yurdu ilə təmaslarını üzməmiş, faktiki olaraq miras əmlakı qəbul etmişdir. Belə ki, Əzimova Tubnisədən miras qalan evin açarları Dilavərdə olmuş, o, daim öz ata yurduna gedib-gəlmiş, həyətyanı torpağı becərmiş, evin və torpaq sahəsinin dəyərli xassələrindən istifadə etmiş, dünyasını dəyişdikdən sonra da öz kəndində dəfn olunmuşdur. İşin bu halını digər vərəsələr və şahidlər də təsdiq edə bilər. Miras əmlak birinci dərəcəli varis olan Dilavər tərəfindən faktiki qəbul edildiyi üçün miras əmlakdan onun da payı ayrılmalı idi. O (iddiaçı) cavabdehə müraciət edərək öz aralarında miras əmlakın bölünməsini dəfələrlə təklif etsə də cavabdeh miras əmlakın bölünməsindən imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X35 iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının izahatına uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 1956-cı ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuşdur. Valideynlərinin ondan başqa Nəzakət, Rahilə, Fatı, Abbas, Rəhimə, Rəna, Tacirə və Dilavər adlı uşaqları doğulmuşdur. Doğulduğu gündən valideynlərinə məxsus Cəlilabad rayonunun Ağdaş kəndində yerləşən mübahisələndirilən evdə yaşamış, ailə quraraq yoldaşını həmin evə gəlin köçürmüş və hazırdı da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. X3 xx.xx.1978-ci ildə, anası X23 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. Digər qardaş və bacıları mərhum anasının sağlığında ailə quraraq ata evini tərk etmişlər və özlərinə aid təsərrüfatda yaşamışlar. İddiaçı onun (cavabdehin) mərhum qardaşı Dilavər Əzimlinin arvadıdır. Mərhum qardaşı Dilavər Əzimli də anasının sağlığında ailə quraraq, ata evindən çıxıb getmiş və Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı və ailə üzvləri Bakı şəhərində özlərinə məxsus evdə yaşamışlar. Anası vəfat edən vaxt o (cavabdeh) Rusiya Federasiyasında olmuş, bu barədə ona məlumat veriləndən 3-4 gün sonra Cəlilabad rayonunun Ağdaş kəndinə qayıtmışdır. Mərhum anasının yas mərasimini təşkil etmiş və məzar daşını düzəltdirmişdir. Digər bacı və qardaşları yas mərasimində iştirak etdikdən sonra yenidən öz evlərinə getmiş, o (cavabdeh) isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Valideynlərindən miras qalmış fərdi yaşayış evini tam sökərək, yerində öz vəsaiti hesabına yeni ev inşa etdirmiş və hazırda da həmin evdə yaşamaqda davam edirlər. Mərhum anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli bir neçə dəfə kəndə gəlmiş, onun (cavabdehin) evində qonaq olmuş və sonra yaşadığı Bakı şəhərinə qayıtmışdır. Mərhum anasının ölümündən sonra nə qardaşı Dilavər Əzimli, nə də digər vərəsələr mirası faktiki qəbul etməmişdirlər. Anasının ölümündən sonra ondan miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün Cəlilabad rayon 1 saylı Notarait Ofisinə müraciət etmiş və Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən onun (cavabdehin) adına xx.xx.2022-ci il tarixli 2V-311 reyesterli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə onun adına həmin əmlaklara dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli miras əmlakdan istifadə etməmiş və bəhrələnməmişdir. İddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X16 verdiyi izahatında göstərmişdir ki, 1962-ci ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuşdur. Valideynlərinin ondan başqa Nəzakət, Rahilə, Fatı, Abbas, Rəhimə, Rəna, Tacirə, Dilavər və Şakir adlı uşaqları doğulmuşdur. Özü 1984-cü ildə ailə quraraq anasının təsərrüfatından ayrılmış və həmin vaxtdan ər evində yaşamışdır. Şakir istisna olmaqla digər qardaş və bacıları da anasının sağlığında ailə quraraq anasının təsərrüfatından ayrılmış və özlərinə məxsus təsərrüfatda yaşamışlar. X3 xx.xx.1978-ci ildə, anası X23 isə xx.xx.2004-cü ildə vəfat etmişlər. İddiaçı onun mərhum qardaşı Dilavər Əzimlinin arvadı, Cavabdeh isə qardaşıdır. Mərhum qardaşı Dilavər Əzimli də anasının sağlığında ailə quraraq, ata evindən çıxıb getmiş və Bakı şəhərində yaşamışdır. Mərhum qardaşı Dilavər Əzimli və ailə üzvləri Bakı şəhərində özlərinə məxsus evdə yaşamışlar. Anası vəfat edən vaxt qardaşı Şakir Rusiya Federasiyasında olmuş, bu barədə Şakirə məlumat veriləndən 3-4 gün sonra Şakir Cəlilabad rayonunun Ağdaş kəndinə qayıtmışdır. Mərhum anası vəfat etməmişdən əvvəl, yəni xəstə olduğu vaxt qardaşı Dilavər həkim gətirmiş, onun dərmanlarını almışdır. Yas mərasimində isə Dilavər Əzimli öz vəsaiti hesabına anasının təsərrüatında saxladığı heyvanı kəsdirmiş və ehsan vermiş və baş daşını qoydurmuşdur. Digər bacı və qardaşları yas mərasimində iştirak etdikdən sonra yenidən öz evlərinə getmiş, qardaşı Şakir isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam etmişdir. Anasının ölümündən sonra qardaşı Şakir valideynlərindən miras qalmış fərdi yaşayış evini tam sökərək, yerində öz vəsaiti hesabına yeni ev inşa etdirmiş və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edirlər. Mərhum anasının ölümündən sonra mərhum qardaşı Dilavər Əzimli dəfələrl kəndə gəlmiş, Şakirin yaşadığı evdə qonaq olmuş və sonra yaşadığı Bakı şəhərinə qayıtmışdır. Mərhum anasının ölümündən sonra Dilavər Əzimlinin torpaq sahəsindən istifadə etməsini, həmin torpaq sahəsində olan meyvə ağaclarından məhsul yığmasını və digər şəkildə bəhrələnməsini görməmişdir. Anasının ölümündən sonra ondan miras qalmış əmlaka qardaşı Cavabdeh qanun üzrə vərəsə tanınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Cəlilabad rayon 1 saylı notariat ofisinin nümayəndəsi və üçüncü şəxslər X6, X9, X17, X20, X10 və X13 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə gəlməyən üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X24 ilə X23 xx.xx.1962-ci ildə nikahlarını bağlamışlar. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1956-cı ildə doğulmuşdur, anası X23, atalığı müəyyən edilmədiyindən atası qrafası boş buraxılmışdır. İşdə olan Astarxanbazar rayon Ağdaş kənd soveti tərəfindən verilmiş xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1959-cu ildə doğulmuşdur, anası X23, atalığı müəyyən edilmədiyindən atası qrafası boş buraxılmışdır. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəst tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X24 xx.xx.1978-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X23 xx.xx.2004-cü ildə ölmüşdür. İşdə olan Bakı şəhəri Səadət sarayı tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X29 xx.xx.1992-ci ildə nikahlarını bağlamışlar və arvada Əzimova-Qazıyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 241.5 kv.metrdən ibarəd fərdi yaşayış evi və 0.1399 ha torpaq sahəsi X11 mülkiyyətində olmuşdur. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ərizəsi əsasında mərhum anası X8 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açıçlmış və təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh mərhum X11 qanun üzrə vərəsəsidir. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsi əsasında mərhum X8 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı mərhum X11 qanun üzrə vərəsəsidir. İşdə olan Cəlilabad rayon Ağdaş kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh mərhum anası X23 anadan olduğu vaxtdan vəfat etdiyi günədək Cəlilabad rayon Ağdaş kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. Mərhumun Cavabdeh adlı vərəsəsi qalmışdır və onun ölümündən sonra Cəlilabad rayon Ağdaş kəndində yerləşən evinə və digər bütün əmlakına faktiki sahiblik edir və mərhuma məxsus evdə faktiki yaşayır və mirasın açıldığı gündən hal-hazıradək vergiləri və digər xərcləri ödəyir. İşdə olan Cəlilabad rayon Ağdaş kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X23 10 may 2004-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış Ağdaş kəndində yerləşən yaşayış evinə və torpaq sahəsinə görə vergilər və digər xərclər Cavabdeh tərəfindən ödənilir və ondan miras qalmış təsərrüfatı idarə edir. X28 digər övladı X14 Bakı şəhərində pasport qeydiyyatında olmuş, ansının vəfatından sonra 2017-ci ildə Ağdaş kənd İƏD üzrə nümayəndəliyin təsərrüfat uçot kitabına qeydiyyata düşmüşdür.Qeydiyyata düşəndən sonra da Bakı şəhərində ailəsi ilə birlikdə daimi olaraq yaşamışdırlar. İşdə olan Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 102 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 49 saylı arayışdan görünür ki, Qazıyeva (Əzimova) X25 rayonu Z.Bünyadov küçəsi 13V saylı evin 113 saylı mənzilində pasport qeydiyyatındadır və hal-hazırda həmin ünvanda yaşayır. İşdə olan Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi barədə qərarından görünür ki, Qazıyeva (Əzimova) X21 rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, X8 miras qalmış miras əmlakdan əri X5 çatası paya irsi transmissiya qaydasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmış, lakin digər vərəsələr Notariat Ofisinə gəlmədiklərindən və vərəsələrdən Cavabdeh ərizə ilə müraciət edərək, miras şərikləri arasında mübahisə olduğunu bildirdiyi üçün Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən notariat hərəkətlərinin aparılmasından imtna edilmişdir. İşdə olan Elektron notariat X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X11 qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X11 adına Cəlilabad rayonu Ağdaş kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir, lakin Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən təsdiqlənmiş 2V-311 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. X11 adına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********58-10301 reysterli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Ağdaş kəndində yerləşən ümumi sahəsi 241.50 kv.m olan fərdi yaşayış evi və 0.1399 ha olan torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X11 adına Cəlilabad rayonu Ağdaş kəndi ü/s yerləşən 241.5 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cəlilabad rayonu 1 saylı Notariat Ofisinin notariusu X19 tərəfindən təsdiqlənən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda 8 saylı Cəlilabad Ərazi İdarəsində İnzibati Ərazi Vahidləri Üzrə Dövlət Reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022-ci il tarixli 13 saylı qərarı ilə Cəlilabad rayonu Ağdaş kəndində kənd təsəərrüfatı təyinatlı torpaq sahələrinə dair tərtib edilmiş dövlət aktları ləğv edilmişdir. Aparılacaq yeni uçot xəritələr təqdim edildikdən sonra həmin kəndin kənd təsəərrüfatı təyinatlı torpaq sahələrinə dair çıxarışlar tərtib edilərək vətəndaşlara təqdim ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik X11 ölümü ilə 2004-cü ildə açıldığından mübahisəli münasibətlərə də 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras acıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq huququ onun vərəsələrinə kecir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu muddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Beləlilklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 1956-cı ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuş və doğulduğu gündən valideynlərinə məxsus Cəlilabad rayonunun Ağdaş kəndində yerləşən mübahisələndirilən evdə yaşamış, ailə quraraq yoldaşını həmin evə gəlin köçürmüş və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdeh anası X23 xx.xx.2004-cü ildə vəfat etmişlər. X28 digər vərəsələri analarının sağlığında ailə quraraq ata evini tərk etmişlər və özlərinə aid təsərrüfatda yaşamışlar. Cavabdehin mərhum qardaşı Dilavər Əzimli də mərhum anasının sağlığında ailə quraraq, Bakı şəhərində yaşamışdır. Mərhum anası vəfat edən vaxt Cavabdeh Rusiya Federasiyasında olmuş, bu barədə ona məlumat verildikdən sonra xx.xx.2004-cü ildə Cəlilabad rayonunun Ağdaş kəndinə qayıtmışdır. Valideynlərindən miras qalmış fərdi yaşayış evini tam sökərək, yerində öz vəsaiti hesabına yeni ev inşa etdirmiş və hazırda da ailə üzvləri ilə birlikdə həmin evdə yaşamaqda davam edirlər. Cavabdeh mərhum anasından qalmış miras əmlakı, yəni Cəlilabad rayonunun Ağdaş kəndində yerləşən, hazırda iddiaçı təərfindən mübahisələndirilən miras əmlakı faktiki qəbul etmiş, bundan sonra Cəlilabad rayon 1 saylı notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş və Cəlilabad rayonu 1 saylı Notariat Ofisi tərəfindən onun adına xx.xx.2022-ci il tarixli 2V-311 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra isə onun adına həmin əmlaklara dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə iclasında X28 digər vərəsələrinin, eləcə də mərhum Dilavər Əzimlinin ondan qalmış mirası qəbul etmələri müəyyən edilməmişdir. Məhkəmə iclasında iddiaçı mərhum əri Dilavər Əzimlinin mərhum anası Tubnisə Əzimovadan qalmış mirası qəbul etdiyini göstərsə də həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum əri Dilavər Əzimli qanunla müəyyən edilmiş müddətdə və qaydada mərhum anasından qalmış mirası qəbul etmədiyindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün də əsaslar müəyyən edilmir. Buna görə də həmin şəhadətnamə əsasında DƏDRX tərəfindən Cavabdeh adına verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsinə də əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassızdır və buna görə də təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızının Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, fərdi yaşayış evinə və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda 1/2 hissədə payın müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Qazıyeva (Əzimova) Arzu Əliyar qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-476/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-476/2023
09.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver