Məhkəmə qərarları › İş №2(037)-1092/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1092/2025

14.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1092/2025 14.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 14 noyabr 2025-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i. Ərizəçinin xahişi Ərizəçi Serqeyeva X1 Timofey Nikolayeviçin (Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etdiyi) ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu İvanovka kənd sakini X6 ailəli olaraq həmin kənddə yaşamışdırlar. Birgə nikahdan iki qız və iki oğul övladları vardır. Azərbaycan Respublikasında aqrar sahədəki islahatlar zamanı qanuni istifadələrində olmuş 0,24 hektar həyətyanı torpaq sahəsi ilə ailə başçısı olan əri X9 və Ərizəçi, X14, X7 paylı birgə mülkiyyətinə verilmişdir. Əri X9 xx.xx.2024-cü ildə vəfat etmişdir. X18 Nikolayeviç ərizəçi ilə birgə yaşayır, qızları isə ailə həyatı quraraq Rusiya Federasiyasında yaşayırlar.Oğlu xx.xx.1985-ci il təvəllüdlü X10 2008-ci ildə RF-na getmək adı ilə evdən çıxmış RF-na getmiş, az vaxtdan sonra onunla olan bütün əlaqə kəsilmiş və hal-hazırkı vaxta kimi oğlundan heç bir xəbər ala bilməmişdir.Onunla birgə paylı mülkiyyətlərində olan torpaq sahəsi ilə əlaqədar hər hansı bir əməliyyat apara bilmirlər.Əri Tomofeyin atası X9 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, amma Timofeyin özünün və ya onun ölməsi haqqında şəhadətnamə olmadığı üçün onlar vərəsəlik işini aça bilmirlər.Ərizəsinə əlavə etdiyi İvanovka kənd İƏD üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2025-ci il tarixli, 5-54/2-13- 363/2025 nömrəli arayışdan göründüyü kimi oğlu xx.xx.1985-ci il təvəllüdlü X10 2008-ci il tarixdən yaşadıqları İvanovka kəndini tərk etmiş və harda olması haqqında heç bir məlumat yoxdur.Yəni oğlunun yaşayış yeri olan İvanovka kəndində onun harda olması,yaşayıb-yaşamaması haqqında artıq 27 ildir məlumat yoxdur və bir ana kimi eşitdiyinə görə oğlu vəfat etmişdir.Ona görə də xx.xx.1985-ci ildə İsmayıllı rayonun İvanovka kəndində anadan olmuş oğlu X7 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin izahatları Əvvəlki məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, İsmayıllı rayonu, İvanovka kəndində yaşayır. Ailəni yaxından tanıyır. 2008-ci ildə Timofey ölkədən gedibdir. İvanovka kəndinin “whattsapp” qrupu vardır və həmin qrupda Timofeyin harada olması barədə məlumat olmamışdır. Deyilənə görə Timofey Rusiya Federasiyasında könüllü olaraq müharibəyə yazılmış və müharibədə iştirak edərək ölmüşdür. Timofey gedəndə heç kimin məlumatı olmamışdır. Ailə üzvləri Timofeyi tapa bilmir. Əmisi oğlu Timofeyin yaşaması barədə bir neçə il əvvəl məlumat almış, həmin ünvana getmiş, ancaq həmin ünvanda Timofey olmadığından onun barəsində hər hansı məlumat əldə edə bilməmişdir. Timofey atası rəhmətə gedəndə də kəndə gəlməmişdir. 2008-ci ildən sonra kimsə Timofeyi görməmişdir. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirmişdir ki, İsmayıllı rayonu, İvanovka kəndində yaşayır. Ailəni yaxından tanıyır. Timofeyi axırıncı dəfə 2008-ci ildə görmüşdür. Eşitdi ki, Timofey Rusiya Federasiyasına gedibdir. Timofey ilə ailə üzvləri arasında konfilikt olmuşdur. Timofey özü də narahat adam olmuşdur. Timofey Rusiya Federasiyasına getdikdən sonra onun barəsində məlumat əldə edə bilməmişdir. Timofey ilə qonşu olmuşlar və gediş-gəlişləri olmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar JN-141A KOD 40709018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2001-ci il tarixli 125 saylı qərarı ilə İsmayıllı rayonu, İvanovka kənd sakinləri X9, Ərizəçi, X14, X10 və X3 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayonu, İvanovka kəndi ərazisindən 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilərək 14391 nömrə ilə qeydə alınmış və bir nüsxəsi X8 verilmişdir. Maraqlı şəxs tərəfindən 04 iyun 2024-cü il tarixdə verilmiş AZ-İİ№ 410762 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının 04 günündə231 nömrə ilə qeyd edilmişdir. İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, №5-54/2-13-363/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X10 2008-ci il tarixdən hal-hazıra qədər İsmayıllı rayonu, İvanovka kəndinə gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, №3-16-5/4-13- 11897/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri xx.xx.1957-ci il təvəllüdlü X9 ilə xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi olan və sorğuda göstərildiyi kimi xx.xx.1985-ci il təvəllüdlü deyil, xx.xx.1985-ci il təvəllüdlü X7 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin bildirirlər ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Timofey Serqeyevin doğumu istisna olmaqla digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, №3-13-12/2-558048/25 saylı sorğuya cavab məktubundan görünür ki, vətəndaş X5 xəbərsiz itkin düşməsi ilə bağlı müraciətə baxılmış və bildirilir ki, xx.xx.1985-ci il təvəllüdlü X5 xəbərsiz itkin düşməsi ilə bağölı DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə məlumat daxil olmamışdır. Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2025-ci il tarixli, №3-13- 25/2-10045/2025 saylı sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosuna ünvanlanmış müraciətlə bağlı bildirilir ki, xx.xx.1985-ci il təvəllüdlü X5 beynəlxalq axtarışda olmasına dair təşkilatın müvafiq bazasında məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, №3-16-5/2- 87690/2025 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 iştirakı ilə aparılmış notariat hərəkətləri barədə məlumatların təqdim olunmasına dair müraciətə baxılmış, bildirilir ki, qeyd olunan məlumatlar əsasında “Elektron notariat” informasiya sistemində aparılmış axtarış nəticəsində Azərbaycan Respublikasının notariat ofislərində adıçəkilən şəxsin iştirakı ilə notariat hərəkətlərinin aparılması aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2025-ci il tarixli, №3-38-33/2-3706/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X4 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.Bununla yanaşı xx.xx.1985-ci il təvəllüdlü Serqeyev (Sergeev) Timofey Nikolayeviçin sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasına çıxışı barədə məlumat qeydə alınmışdır. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, №3-13-12/2-551248/25 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 cinayət təqibi və məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-31/2-15228/2025 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X10 keşmiş İsmayıllı rayon Hərbi Komisarlığı tərəfindən xx.xx.2002-ci il tarixdə ilkin hərbi qeydiyyat alınmış, xx.xx.2003-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək DİN-nin Daxili Qoşunlarında (67987 hərbi hissə) müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 18 sentyabr 2005-ci il tarixli, 3-48-4/2- 1773/2025 saylı sorğuya cavab məktubundan görünür ki, vətəndaş X11 barəsində olan sorğu “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən həmin sənədlərin yaranmış olduğu dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Ədliyyə Nazirliyi Vətəndaşlıq X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/2- 93643/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1985-ci il təvəllüdlü Timofey Sergeyev haqqında hər hansı məlumat aşkar olunmamışdır. Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, №3-16-5/8-361/2025 saylı sorğuya cavab məktubundan görünür ki, X5 ailə vəziyyəti, övladları və ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar üzrə yoxlama aparılmış və bu barədə heç bir məlumat aşkar olunmamışdır. Daxili İşlər Nazirliyi İsmayıllı rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, №84/2- 194/25 nömrəli sorğuya cavab məktubundan görünür ki, 18 iyun 1985-ci il təıvəllüdlü X5 ölümünün qeydə alınıb-alınmamsı, axtarışda olub-olmamsı və digər əhəmiyyət kəsb edəcək xüsusatlar üzrə İsmayəıllı rayon Polis Şöbəsində hər hansı bir rəsmi məlumat qeydə alınmamışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X19 20 oktyabr 2025-ci il tarixli, 3-28-28/2-523/2025 saylı sorğuya cavab məktubundan görünür ki, 1985-ci il təvəllüdlü X11 adlı şəxsin meyiti xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X16” X19 20 oktyabr 2025-ci il tarixli, 3-28-28/2-530/2025 saylı sorğuya cavab məktubundan görünür ki, 1985-ci il təvəllüdlü X11 adlı şəxsin meyiti xx.xx.2020-ci il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən qanunvericilik normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Maddə 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarı 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin əvvəlki məhkəmə iclasında verdiyi izahatı, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatı və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Maddələrin məzmunundan göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün qanunverici üç müstəqil əsas nəzərdə tutmuşdur: “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması”, “ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan altı ay ərzində xəbər çıxmaması” və “hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş şəxs haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumatın alınmaması”. Göstərilən əsaslardan hər hansı biri mövcud olduqda məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. Birinci halda (şəxsin yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını tələb etmir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması ərizəçiyə şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ verir. İkinci halda isə şəxsin ölmüş elan edilməsi üçün ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisənin baş verməsi zəruridir. Üçüncü halda isə hərbi əməliyyatların keçirilmiş olması və şəxsin xəbərsiz itkin düşməsi tələb olunur. Beləliklə iş materiallarından, eləcə də, yuxarıda adları qeyd edilən müvafiq qurumlara göndərilmiş sorğuların cavab məktublarından da göründüyü kimi, X5 xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasına çıxışı barədə məlumat qeydə alınmış və həmin tarixdən etibarən onun barəsində hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1985-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində doğulmuş X7 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci ildə İsmayıllı rayonunun İvanovka kəndində doğulmuş X10 ölmüş elan edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar