Məhkəmə qərarları › İş №2(037)-1098/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1098/2022

30.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1098/2022 30.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh Vəlı̇ yev İlqar İbrahı̇ m oğlunun iştirakı ilə İddiaçılar Vəlı̇ yeva Nərmı̇ n İlqar qızı və Vəlı̇ yeva Nəzrı̇ n İlqar qızının cavabdeh Vəlı̇ yev İlqar İbrahı̇ m oğluna qarşı fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması və məcburi köçürülmə tələbinə dair mülki işə 30 noyabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar Vəlı̇ yeva Nəzrı̇ n İlqar qızı və Vəlı̇ yeva Nərmı̇ n İlqar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğulub böyüdükləri və əmlaklarının yerləşdiyi cavabdeh Vəlı̇ yev İlqar İbrahı̇ m oğluna məxsus olan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən olunması və həmin evə məcburi köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, cavabdeh onların atasıdır. Valideynlərinin nikahları 30 may 2017-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Onlar atasına məxsus evdə doğulub böyümüş və həmin evdə yaşamağa davam etmişlər. Son illər maddi zərurətlə əlaqədar Bakı şəhərinə köçmüşlər. Onlar anası ilə birlikdə Bakı şəhərində kirayədə qalırlar. Əsas əmlakları isə atasına məxsus evdə yerləşir və hərdən həmin evə gedib-gəlirlər. Ancaq son aylar atası onların evə daxil olmalarına icazə vermir. Onlar atasının evi satmaq istədiyini eşitmişlər. Ona görə də cavabdehə məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının məhkəmə qaydasında müəyyən olunması və həmin evə məcburi köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edirlər. İddiaçılar məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Nərmı̇ n Vəlı̇ yeva əvvəlki məhkəmə iclasında həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, atası onların istifadə hüququnun müəyyən edilməsini və məcburi köçürülmələrini tələb etdikləri fərdi yaşayış evinin bir otağını və evin yerləşdiyi həyətyanı torpaq sahəsininin 0.06 hektarını da öz problemlərinə görə satmışdır. Müəyyən müddət də keçsə, həmin evi bütövlükdə satacaq. Ona görə də iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh İlqar Vəlı̇ yev iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçılar onun qızlarıdır. Arvadı ilə nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçıların istifadə hüququnun müəyyən olunmasını və köçürülmələrini tələb etdikləri fərdi yaşayış evi hazırda onun mülkiyyətindədir və həmin ev üç otaqdan ibarətdir. Evin bir otağı isə qəzalı vəziyyətdədir. Hazırda sözgedən evdə tək yaşayır. O, qızlarına 0,06 hektar torpaq sahəsi vermiş, üstəlik qızları anası ilə birlikdə onun 23400 manat pulunu götürüb getmişlər. Qızları onun razılığı olmadan avtomobilini Bakı şəhərində qeydiyyatda olan Zəminə Quliyeva adlı qadının adına girov qoyaraq pul götürmək istəmişlər. 5-6 aydan sonra isə həmin qadın iddiaçıları aldatdığından onun avtomobilini də satmışlar. İddiaçılar evini girov qoyduqlarına görə evi yeddi il müddətində girovda qalmış, sonra hərraca çıxarılmışdır. Daha sonra onun razılığı olmadan evi girova qoyulduğuna görə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə evi girovdan çıxarılmışdır. Ona görə də 7 il müddətində 3 dəfə infakt keçirmişdir. O, boşanandan sonra başqa nikaha daxil olmamış, mülkiyyətində olan evdə tək yaşayır və özü özünə qulluq edir. Qızları onunla birlikdə yaşamırlar. İddiaçılar 7 il müddətində bir dəfə də olsun onu gəlib görməmiş, o xəstə olarkən qayğısına qalmamışlar. Halbuki o, həmin müddət ərzində iddiaçılara istədikləri vaxt evə gəlməyə mane yaratmamışdır. Hazırda o evini sataraq İsmayıllı rayonun İvanovka kəndindən yeni ev almaq istəyir. İddiaçılara yeni alacağı evdən istifadə hüququ verməyə hazır olduğunu bildirir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan: Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə 4 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində **********78-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsində 0.19 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.7 kv.m yaşayış, 76.4 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına qeydiyyata alınmışdır. 26 fevral 2009-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12-də yaşayan Cavabdehdur və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 4 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində **********78-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsində 0.19 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.7 kv.m yaşayış, 76.4 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. İsmayıllı rayon dövlət notariat kontorunda reyestrdə 4Ə-1/95 nörmrə ilə qeyd edilmiş 31 mart 2009-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2009-cu il tarixli 377 saylı arayışa və xx.xx.2009-cu il tarixli ******* saylı Çıxarışa əsasən İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında mülkiyyətində olan 0.19 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 0.06 hektar torpaq sahəsini X1. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 5 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində **********03-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsində 0.13 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.7 kv.m yaşayış, 76.4 kv.m köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. 23 avqust 2019-cu il tarixdə tərtib edilmiş inventar nömrəsi 407-1/702, reyestr nömrəsi **********03-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan müəyyən edilir ki, İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli, seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə İsmayıllı şəhərində doğulmuş Vəlı̇ yeva Nərmı̇ n İlqar qızı İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. xx.xx.2022-ci il tarixli, seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə İsmayıllı şəhərində doğulmuş Vəlı̇ yeva X3 şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçılar Cavabdeh qızlarıdır. İddiaçı Nərmı̇ n Vəlı̇ yeva 1996-cı ildə, Nəzrin Vəlı̇ yeva isə 2004-cü ildə anadan olmuş, doğulduqları vaxtdan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin vaxt mübahisə predmeti olan fərdi yaşayış evi X5 mülkiyyətində olmuş, 2008-ci ildə həmin ev Cavabdeh atası İbrahim Vəliyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bundan sonra vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir. Daha sonra cavabdeh mübahisə predmeti olan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə 5 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində **********03-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarış əldə etmişdir. Hazırda iddiaçılar işləmək məqsədi ilə Bakı şəhərində kirayədə qalsalar da, qeydiyyatda olduqları, əsas əmlaklarının olduğu ev İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evidir və həmin evə gedib-gəlməklə sözügedən evdən istifadə edirlər. İddiaçılar cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə gəlib-getməyə sonuncu tərəfindən maneə yaradıldığına görə həmin evə istifadə hüquqlarının müəyyən olunması və həmin evə məcburi köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Cavabdeh isə iddiaçıların onun uşaqları olduğunu, iddiaçılara özünə məxsus evə gedib-gəlməyə onun tərəfindən hazırki vaxta qədər heç bir maneə yaradılmadığı halda iddiaçıların həmin evə gəlmədiyini, hazırda isə evini satmaq istədiyini, bundan sonra iddiaçılar ilə birlikdə yaşamağın mümkün olmadığını bildirirək iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçıların cavabdehə məxsus fərdi yaşayış evinə istifadə hüququnu əmələ gətirən əsas müəyyən edilməlidir. Hazırkı iş üzrə bu əsas tərəflər arasında ailə münasibətlərinin mövcudluğudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, iddiaçı Nərmı̇ n Vəlı̇ yeva 1996-cı ildə anadan olmuş, doğulduğu vaxtdan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçı Nərmı̇ n Vəlı̇ yevanın cavabdehin ailə üzvü olaraq mübahisəli evdən istifadə hüququ 1 sentyabr 2001-ci il tarixinədək yaranan hüquq münasibətləri ilə bağlı olduğundan həmin münasibət Mənzil Məcəlləsinin 123-cü maddəsinin, iddiaçı Nəzrin Vəlı̇ yeva isə 2004-cü ildə anadan olmuş, doğulduğu vaxtdan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığından İddiaçı1 mübahisəli evdən istifadə hüququ Mülki Məcəllənin 228.5-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində qeyd olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Qanunun sözügedən maddəsi etibarlı ailə münasibətləri anlayışını ehtiva edir. Belə ki hüquq münasibətinin yarandığı zaman sözügedən fərdi yaşayış evi cavabdehin anasının, sonra atasının, idiaçıların isə sırası ilə nənəsinin və babasının mülkiyyətində olmuşdur. Konstitusiya Məhkəməsinin sözügedən məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi (etibarlı ailə münasibətləri) də hazırki tələb üzrə iddiaçıların hazırda atalarına məxsus fərdi yaşayış evinə istifadə hüquqlarının olduğunu sübut edir. Beləliklə də, iddiaçılar cavabdehin uşaqlarıdır və cavabdehə məxsus fərdi yaşayış evində doğulub böyümüşlər. İddiaçıların mübahisə predmeti olan evə istifadə hüququ əmələ gəldiyi vaxt həmin ev X5 (iddiaçıların nənəsi) mülkiyyətində olmuş, sonra həmin ev İbrahim Vəliyevin (iddiaçıların babası) adına rəsmiləşdirilmiş, daha sonra cavabdeh (iddiaçıların atası) sözügedən evə mülkiyyət sənədi əldə etmişdir. Hazırda iddiaçılar işləmək üçün müvəqqəti olaraq Bakı şəhərində kirayədə qalsalar da, sözügedən evə gedib-gəlirlər, əmlakları həmin evdə yerləşir və həmin evdə qeydiyyatdadırlar. Cavabdeh isə həmin evdə tək yaşayır və hazırki vaxta qədər iddiaçıların həmin evə gedibgəlmələrinə, evdən istifadə etmələrinə maneə yaratmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçılar cavabdehin ailə üzvləri kimi sonuncuya məxsus fərdi yaşayış evindən istifadə hüququnun müəyyən olunması tələbini irəli sürmək hüququna malikdirlər. Son olaraq cavabdeh mübahisə predmeti olan fərdi yaşayış evinə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarış əldə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət formasının, dolayısı ilə hüquq münasibətlərinin xarakterinin dəyişməsi, iddiaçıların istifadə hüquqlarının itirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarında isə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Həmin Qərarada həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsində əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşımaları qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.2-ci maddəsində qeyd olunmuşdur ki, uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir. Valideynlərin hüquq və vəzifələrini əks etdirən Ailə Məcəlləsinin 12-ci fəslində isə valideynlərin hüquq və vəzifələri arasında mülkiyyət münasibətləri ilə bağlı bağlı hüquq və vəzifələr müəyyən edilməmişdir. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, iddiaçılar mübahisə predmeti olan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evində doğulub böyüdüklərindən, onların həmin evə ehtiyacları olduğundan, iddiaçılar anadan olduğu vaxt X6 (iddiaçıların nənəsi) məxsus olmuş, sonradan İbrahim Vəliyevin (iddiaçıların babası) mülkiyyətinə keçmiş sözügedən evə cavabdeh (iddiaçıların atası) mülkiyyət hüququ əldə etdiyi halda belə, mülkiyyətçinin dəyişməsi iddiaçıların cavabdehin ailə üzvü kimi sonuncuya məxsus evə istifadə hüququna xitam verilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçıların İsmayıllı şəhəri, İ.Həsənov küçəsi 12 ünvanında yerləşən cavabdehə məxsus olan fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilməli və evə məcburi köçürülməlidirlər. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iddiaçıların Cavabdeh məxsus olan İsmayıllı şəhəri, İ.Həsənov küçəsi, ev 12 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilməli və həmin evə məcburi köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından, mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar Vəlı̇ yeva Nərmı̇ n İlqar qızı və Vəlı̇ yeva Nəzrı̇ n İlqar qızı xx.xx.2009-cu il tarixdə 5 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində **********03-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Vəlı̇ yev İlqar İbrahı̇ m oğluna məxsus İsmayıllı şəhəri, İ.Həsənov küçəsi ev 12 ünvanında yerləşən 0.13 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə istifadə hüququ müəyyən edilsin və həmin evə məcburi köçürülsünlər. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar