Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1101/2022 10.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 10 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə məhkəməyə müraciət edərək 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş X7 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, xx xxxxxx 1953cü ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. X3, atası X14 olmuşdur. X19 08 aprel 1997-ci ildə, anası Pakizə Vələdova isə 01 noyabr 2007-ci ildə vəfat etmişdir. O, doğulduğu vaxt atası və anasının rəsmi nikahları olmadığından doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmış, ana qrafasında isə anasının adı, soyadı və ata adı X5 qeyd edilmişdir. Anasının adına olan mülkiyyət sənədlərində və ölüm şəhadətnaməsində isə anasının adı, soyadı və ata adı X6 qeyd edilmişdir. O, hazırda anasının ölümündən sonra ondan miras qalmış əmlakı vərəsə kimi öz adına sənədləşdirmək istəyir. Doğum haqqında şəhadətnamədə və anasına məxsus sənədlərdə soyadın uyğunsuzluğu səbəbindən o, anasının vərəsəsi olduğunu sübut edə bilmir. Bununla əlaqədar yaşadığı ərazi üzrə Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, lakin ərizəsi həmin Şöbədə təmin edilməyərək məhkəməyə müraciət etməsi ona izah edilmişdir. X2 onun doğma anası olması faktını başqa qaydada təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. O, 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş X7 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X13 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuşdur. Ərizəçi onun qonşusudur. X10 ərizəçinin anası, X14 isə atasıdır. Ərizəçinin atası X14 08 aprel 1997-ci ildə, X3 isə 01 noyabr 2007-ci ildə vəfat etmişdir. 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olması faktının müəyyən edilməsini təsdiq edir. X4 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuşdur. Ərizəçi onun kəndçisidir. X10 ərizəçinin anası, X14 isə atasıdır. Ərizəçinin atası X14 08 aprel 1997-ci ildə, X3 isə 01 noyabr 2007-ci ildə vəfat etmişdir. 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi anası olması faktının müəyyən edilməsini təsdiq edir. 08 mart 1953-cü il tarixli, ИЕ №937620 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi valideynlərinin adlarının qeyd edildiyi bölmədə ata qrafası boş saxlanılmış, ana qrafasında isə anasının X11 olması qeyd edilmişdir. xx.xx.2005-ci il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 23 avqust 2005-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. 09 noyabr 2007-ci il tarixli AZ-İ № 262911 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. 02 oktyabr 2018-ci il tarixli AZ-İ № 965635 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 08 aprel 1997-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Qalacıq İƏD üzrə nümayəndəsinin 01 avqust 2022-ci il tarixli 296 nömrəli arayışından görünür ki, İsmayıllı rayonu, Qalacıq kəndində yaşamış mərhum X10 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, vəfat edənədək oğlu Ərizəçi ilə birlikdə yaşamışlar. JN-264F KOD 40711018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə İsmayıllı rayon Qalacıq kənd sakini X7 mülkiyyətinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-400 KOD 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarı ilə İsmayıllı rayon Qalacıq kənd sakini X7 mülkiyyətinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1953-cü ildə İsmayıllı rayonu, Qalacıq kəndində anadan olmuşdur. X1 və X8r. Ərizəçinin X19 08 aprel 1997-ci ildə, anası Pakizə Vələdova isə 01 noyabr 2007-ci ildə vəfat etmişdir. Ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmış, ana qrafasında isə anasının adı, soyadı və ata adı X5 qeyd edilmişdir. Ərizəçinin anasına məxsus olan mülkiyyət sənədlərində və ölüm haqqında şəhadətnamədə isə adı, soyadı və ata adı X6 qeyd edilmişdir. Hazırda ərizəçi anasının ölümündən sonra ondan miras qalmış əmlakı vərəsə kimi öz adına sənədləşdirmək istəyir. Lakin doğum haqqında şəhadətnamədə və anasına məxsus sənədlərdə soyadın uyğunsuzluğu səbəbindən anasının vərəsəsi olduğunu sübut edə bilmir. Ərizəçi X7 onun anası olmasının təsdiq edilməsi üçün yaşadığı ərazi üzrə Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş,lakin ərizəsi həmin Şöbədə təmin edilməyərək məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Ərizəçinin 01 noyabr 2007ci il tarixdə vəfat etmiş X7 onun anası olması faktının müəyyən edilməsi başqa qaydada mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş mərhum X7 Ərizəçi doğma anası olması, ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin qohumluq faktını təsdiq edən sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizənin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 noyabr 2007-ci il tarixdə vəfat etmiş mərhum X7 Ərizəçi anası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1101/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1101/2022
10.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver