Məhkəmə qərarları › İş №2(037)-1114/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1114/2021

06.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1114/2021 06.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Şamaxı Regı̇ onal X2 Cavabdeh qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şamaxı Regı̇ onal X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon İstisu kəndində yaşayan Cavabdeh Azərbaycan Respulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X4 X1 Meşəbəyliyinin 2 saylı meşə dolayının 77-ci kvartalının 15-16-cı bölmələrində özbaşına tutduğu (zəbt etdiyi) 0.96 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, qanunsuz inşa etdirdiyi tikililərin onun vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Şamaxı Regional X3nə təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı ləğv prosesində olan Şamaxı Regı̇ onal X2 nümayəndəsi ərizə göndərərək, Cavabdeh zəbt edilmiş 0.16 hektar ərazini boşaldaraq əvvəlki vəziyyətinə gətirdiyi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şamaxı Regı̇ onal X2 Cavabdeh qarşı meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, qanunsuz inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar