Məhkəmə qərarları › İş №2(037)-1121/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1121/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1121/2021 12.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Mən hakim Hüseynov İlqar Vidayət oğlu, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu Basqal meşəbəyliyinin 53-cü kvartalının 1-ci bölməsində yerləşən, mülkiyyət hüququ ilə ona məxsus olan, Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 5(006)-827/2017 saylı qətnaməsi ilə səhvən həbs qoyularaq Şəki Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2017ci il tarixli, 1(091)-204/2017 saylı ittiham hökmünə əsasən dövlət nəfinə müsadirə edilmiş, “Teliba” istirahət mərkəzinin, torpaq sahəsinin, əlavə inşa edilmiş tikililərin və digər daşınmaz əmlakların həbsdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunduğundan, Azərbaycan Respublikası MPMin 150.0.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlirəm ki, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətləri lazımi qaydada təsdiq edilmədən iddia ərizəsinə əlavə edilmiş, eyni zamanda Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdığı hallar ərizənin xahiş etdi hissəsində düzgün göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəlıənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Maddənin birinci cümləsinin (iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər) mənasindan da göründüyü kimi, qanunverici iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin lazımi qaydada təsdiq edilməsini imperativ olaraq göstərmiş (sənədlərdən bəhs etmiş), yalnız cavabdehlərə və üçüncü şəxslərə təqdim edildiyi təqdirdə iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətlərinin (sənədlərin surətlərindən bəhs etmiş) verilə biləciyini qeyd etmişdir. Göründüyü kimi, ərizəçi öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq edilmiş surətlərini ərizəsinə əlavə etməmişdir. Eyni zamanda ərizəçi tərəfindən məhkəməyə göndərilmiş ərizədə maraqlı şəxs, maraqlı şəxsin adı, onun poçt ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: - ərizənin verildiyi məhkəmənin adı; - işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; - iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmçinin, “X1” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri göstərilmişdir. “X1” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və ya dövlət rüsumunun ödənilməsindən azadolmaya dair hər hansı bir sənəd əlavə edilməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1-ci maddələrinin tələbinə görə iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsində müəyyən olunmuş formasına və məzmununa riayət edilməməklə verildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə hesab edirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar