Məhkəmə qərarları › İş №2(037)-1126/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1126/2021

15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1126/2021 15.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə 15 dekabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalan 29.03.1995-ci il tarixli 2300 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən verilmiş İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan bir mərtəbəli fərdi yaşayış evinin və mərhum X5ndan miras qalan, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin 18.10.2010-cu il tarixli A№274214 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 və anası X8 olmaqla, xx.xx.1967-ci ildə İsmayıllı rayonu, Qubaxəlilli kəndində doğulmuşdur. 29.03.1995-ci il tarixli 2300 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi anası X4 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı şəhəri ərazisindən 800 kv.metr həyətyanı torpaq sahəsi atası X9 mülkiyyətinə verilmişdir. X5 02.02.2006-cı il tarixdə, anası X8 isə 10.12.2016-cı il tarixdə vəfat etmişlər. İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evi mərhum anası X6 məxsus olmaqla ondan miras qalmışdır. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin 18.10.2010-cu il tarixli A№274214 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsi mərhum X5na məxsus olmaqla ondan miras qalmışdır. Mərhum X5 ilə anası X4 birgə nikahlarından yalnız o doğulmuşdur. O, atasının və anasının sağlıqlarında və onlar vəfat etdikdən sonra da keçən müddətə qədər İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evində və 800 kv.metr həyətyanı torpaq sahəsində yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. X5 və anası X4 ölümündən sonra birinci növbədə vərəsələrdən yalnız o qalmışdır. Miras qalmış İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evi və 800 kv.metr həyətyanı torpaq sahəsi onun tərəfindən idarə edilməklə faktiki olaraq qəbul edilmişdir. 10.12.2016-cı il tarixdə vəfat etmiş anası X8 və 02.02.2006-cı il tarixdə vəfat etmiş X5ndan miras qalmış İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən fərdi yaşayış evi və 800 kv.metr həyətyanı torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, mərhum anası X2 miras qalan, 29.03.1995-ci il tarixli 2300 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən verilmiş İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan bir mərtəbəli fərdi yaşayış evi və mərhum X5ndan miras qalan, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin 18.10.2010-cu il tarixli A№274214 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X5, anası X8 olmaqla, xx.xx.1967-ci il tarixdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X14 02.02.2006-cı il tarixdə, X8 isə 10.12.2016-cı il tarixdə vəfat etmişlər. İşdə olan 29.03.1995-ci il tarixli 2300 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında sənəd üzrə 834.2, faktiki sahəsi 834.2, tikinti altı sahəsi 234.2 olan torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 128 kv.metr olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İsmayıllı şəhər sakini X4 mülkiyyətinə verilmişdir. İşdə olan 18.10.2010-cu il tarixli A№ 274214 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı əsasında İsmayıllı şəhəri ərazisindən 800 kv.metr həyətyanı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı şəhər sakini X9 mülkiyyətinə verilmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 24.09.2021-ci il tarixli N-1443 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum X5ndan və mərhum anası X2 qalmış miras əmlaklar barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin ərizəçi mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə Nümayəndəliyinin 30 iyul 2021ci il tarixli №1668 nömrəli arayışından görünür ki, 2018-2022-ci illər üzrə 47 nömrəli təsərrüfatbaşına uçot kitabının 111-ci səhifəsinə əsasən İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yaşamış 06.02.2006-cı ildə vəfat etmiş X3 və 10.12.2016-cı ildə vəfat etmiş mərhum X4 vəfat etdikləri günə kimi onlarla birlikdə həmin ünvanda ailə üzvləri xx.xx.1967-ci il təvəllüdlü oğlu Ərizəçi, 16.08.1976-cı il təvəllüdlü gəlini X11,25.07.1996-cı il təvəllüdlü nəvəsi X15, 20.03.1999-cu il təvəllüdlü nəvəsi X12 və 26.01.2001-ci il təvəllüdlü nəvəsi X13 yaşamışlar. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 02.02.2006-cı il tarixdə vəfat etmiş X3 ərizəçinin atası, 10.12.2016-cı il tarixdə vəfat etmiş mərhum X8 isə anası olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1 miras qalan İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan bir mərtəbəli fərdi yaşayış evi və X3ndan miras qalan İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın.Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Ərizəçi X1 miras qalan, 29.03.1995-ci il tarixli 2300 invertar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən verilmiş İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan bir mərtəbəli fərdi yaşayış evindən və X3ndan miras qalan, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003cü il tarixli 111 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin 18.10.2010-cu il tarixli A№274214 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsindən təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. X3 və mərhum X4 Ərizəçi başqa digər birinci növbəli vərəsələri yoxdur. Bu səbəbdən həmin miras əmlak ərizəçinin mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. X1 miras qalan, 29.03.1995-ci il tarixli 2300 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən verilmiş İsmayıllı şəhəri, Təbriz küçəsi ev 22 ünvanında yerləşən ümumi sahəsi 128 kv.metr olan bir mərtəbəli fərdi yaşayış evi və X3ndan miras qalan, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 saylı qərarı ilə DTXK-nin İsmayıllı rayon şöbəsinin 18.10.2010-cu il tarixli A№274214 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən verilmiş İsmayıllı şəhərində yerləşən 800 kv.metr həyətyanı torpaq sahəsi miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar