Məhkəmə qərarları › İş №2(037)-114/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-114/2025

30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-114/2025 30.01.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ X16 oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs müdiri X6 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğum faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək X8 və X7 faktiki nikahından 27 mart 2017-ci il tarixdə bir qız uşağının doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını, doğum akt qeydində 27 mart 2017-ci il tarixdə doğulmuş uşağın soyadının Alızadə, adının Dərya, ata adının İsrafil, doğum tarixinin 27 mart 2017-ci il, doğum yerinin İsmayıllı rayonun Quşencə kəndi, atasının 21 avqust 1992-ci il tarixdə doğulmuş X8, anasının 10 noyabr 2001-ci ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Buzovna qəsəbəsində qeydiyyatda olan, Türkiyə espublikasında yaşayan X12, milliyyətinin azərbaycanlı yazılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu X8 2015-ci ildə qeyri-rəsmi olaraq X12 ilə ailə qurmuş, onların birgə faktiki nikahından 27 mart 2017-ci ildə bir qız uşağı doğulmuşdur. 2018-ci ildə Aysel uşağı ataraq getmiş və bir daha ər evinə qayıtmamışdır. Hazırda uşağın yeddi yaşı tamam olmasına baxmayaraq uşağın doğumu qeydə alınmamışdır. Anası uşaqla maraqlanmadığından, atası isə müvəqqəti saxlama təcridxanasında olduğundan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2024-cü il tarixli 113 saylı Sərəncamı ilə nənə kimi o uşağın üzərində qəyyum edilmişdir. Uşağın doğumunun qeydə alınmaması uşağın təhsil almasına və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Ona görə də ərizəsinin təmin edilərək X7 İsmayıllı rayonun Quşencə kəndində 27 mart 2017-ci il tarixdə bir qız uşağını doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs müdiri X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi nəvəsinə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Aysel ilə oğlu uzun illər əvvəl faktiki nikahla ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların 2017-ci ildə Dərya adlı bir qızları doğulmuşdur. Dərya üçün xəstəxanadan tibbi şəhadətnamə alınmamışdır. Uşağın atası həbsxanada, anası isə Türkiyə Respublikasındadır. O, Aysel Həsənovanın 27 mart 2017-ci il tarixdə İsmayıllı rayonun Quşencə kəndində bir qız uşağı doğmasını təsdiq edir. X3 X2 ilə eyni məzmunlu ifadə verərək Aysel Həsənovanın 27 mart 2017-ci il tarixdə İsmayıllı rayonun Quşencə kəndində bir qız uşağı doğmasını təsdiq etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X9 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. - Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X4 AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. - İsmayıllı rayon İHB-nın Quşencə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli 416 nömrəli arayışdan görünür ki, X11 27 mart 2017-ci ildə doğulmuşdur, lakin Quşencə kədində qeydiyyata alınmamışdır. - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş 10 oktyabr 2024-cü tarixli 18-1-47/2-A-751/2-42- 1384/24 nömrəli arayışdan görünür ki, X5 doğulması ilə əlaqədar olaraq İsmayıllı RMX-na müraciət olunmadığı üçün ona doğum haqqında şəhadətnamə (forma 103) verilməmişdir. - Maraqlı şəxs tərəfindən 04 oktyabr 2024-cü il tarixdə verilmiş 3-16-5/8-15- 422/2024 nömrəli məktubdan görünür ki, X8 və X7 qeyri-rəsmi nikahlarından 27 mart 2017-ci ildə doğulmuş övladlarının doğum haqqında akt qeydi aşkar olunmamış, ərizəçiyə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2024-cü il tarixli 113 nömrəli sərəncamının surətindən görünür ki, İsmayıllı rayonu Quşencə kənd sakini Ərizəçi övladı X1 X12 ilə qeyri rəsmi nikahından 27 mart 2017-ci il tarixdə doğulmuş uşağın üzərində qəyyum təyin edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X12 ilə X10 faktiki nikahla ailə qurmuş, birgə faktiki nikahlarından 27 mart 2017-ci il tarixdə Dərya adlı bir qız uşağı doğulmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Dərya adlı uşaq ev şəraitində doğulduğundan ona müvafiq sənədlər alınmamışdır. Ərizəçi İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2024-cü il tarixli 113 nömrəli sərəncamı ilə 27 mart 2017-ci il tarixdə doğulmuş uşağın üzərində qəyyum təyin edilmişdir. Ərizəçi 27 mart 2017-ci il təvəllüdlü uşağa doğum haqqında şəhadətnamə almaq üçün “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X21 və Maraqlı şəxsnə müraciət etmiş, müvafiq sənədləri təqdim edə bilmədiyindən müraciətinin təmin olunması mümkün olmamışdır. Ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Ərizəçi X7 İsmayıllı rayonun Quşencə kəndində 27 mart 2017-ci il tarixdə bir qız uşağını doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanuni qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, X7 27 mart 2017-ci tarixdə İsmayıllı rayonun Quşencə kəndində bir qız uşağı doğması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğumunu təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X7 27 mart 2017-ci tarixdə İsmayıllı rayonun Quşencə kəndində bir qız uşağı doğması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar