Məhkəmə qərarları › İş №2(037)-1168/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1168/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1168/2024 14.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin İsmayıllı rayonun Mican kəndi, atasının 27 dekabr 2014-cü il tarixdə vəfat etmiş X11, anasının 20 fevral 2015-ci il tarixdə vəfat etmiş X12 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuşdur. X1 və X8r. Doğum haqqında şəhadətnaməsinin olub-olmamasını dəqiq bilmir. Ona görə də İsmayıllı rayon Polis Şöbəsi tərəfindən şəxsiyyət vəsiqəsi verilərkən şəxsiyyət vəsiqəsində ay və gün yazılmamışdır. Şəxsiyyətini təsdiq edən sənəddə doğum günü və ayı yazılmasa da ona məxsus 689998 nömrəli hərbi biletdə doğum tarixi olduğu kimi, yəni 20 aprel 1965-ci il qeyd olunmuşdur. X24 27 dekabr 2014-cü il tarixdə, anası Gülnaz Osmanova isə 20 fevral 2015-ci il tarixdə vəfat etmişlər. Valideynlərindən qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bunun üçün doğum haqqında şəhadətnaməsi tələb olunmuşdur. Lakin doğum haqda şəhadətnaməsi olmadığına görə X5 atası, X6 isə anası olduğunu təsdiq etmək mümkün deyil. Yenidən doğum şəhadətnaməsi verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciəti təmin olunmayaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Onun 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmasını ailə üzvləri, həmkəndliləri və yaxın qohumları da təsdiq edə bilərlər. Bu faktın müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsini və doğulduğu ay və günün hərbi biletinə uyğun yazılmasını istəyir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, onun doğum haqqında akt qeydi 1962-1968-ci illər Maraqlı şəxs üzrə ilkin və 1966-1983-cü illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onunla bir sinifdə oxumuş, uşaq vaxtlarında valideynləri qonşu olmuş və hal hazırda da qonşuluqda yaşayılar. Ərizəçi uşaq yaşlarından ad gününün 20 aprel tarixində olduğunu deyirdi. Ərizəçinin 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmasını təsdiq edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Atasının doğum haqqında şəhadətnaməsini tapa bilmirlər. Əvvəldən atasına doğum haqqında şəhadətnamə yazılıbyazılmaması barədə məlumatı yoxdur. O, ərizəçinin 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmasını təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, ərizəçinin doğulduğu il 1965-ci il qeyd olunsa da, doğum günü və ayı XX.XX kimi yazılmışdır. -H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, həmin sənəddə ərizəçinin 20 aprel 1965-ci il tarixdə doğulduğu qeyd olunmuşdur. -415489 nömrəli diplomun surətindən görünür ki, ərizəçi 01 sentyabr 1980-ci ildən 15 iyul 1983-cü il tarixədək İsmayıllı rayon 138 nömrəli texniki peşə məktəbində peşə təhsili almışdır. -İV-ЖГ seriyalı 353726 nömrəli 04 avqust 1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin 1965-ci ildə doğulduğu qeyd olunsa da, doğulduğu gün və ay qeyd olunmamışdır. -AZ-İ seriyalı 715925 nömrəli 29 dekabr 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 dekabr 2014-cü il tarixdə vəfat etmişdir. -AZ-İ seriyalı 716087 nömrəli 27 fevral 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 fevral 2015-ci il tarixdə vəfat etmişdir. -Maraqlı şəxs tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli 3-16-5/8-15-328/24 nömrəli məktubdan görünür ki, 1962-1968-ci illər Maraqlı şəxs üzrə ilkin və 1966-1983-cü illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə ərizəçinin doğum haqqında akt qeydi yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. -İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2024-cü il tarixli 1871 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: arvadı- X10 (xx.xx.1967), oğlu-X14 (xx.xx.1987), qızı-Qəhrəmanova (Osmanova) Gülnar Hakim qızı (xx.xx.1988), qızı-Qəhrəmanova (Osmanova) Gülnarə Hakim qızı (xx.xx.1991), oğlu- X15 (xx.xx.1996). Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi 1965-ci ildə İsmayıllı rayonun Mican kəndində anadan olmuşdur. Ərizəçiyə Səyyar-Asan10 tərəfindən 13 aprel 2023-cü il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin şəxsiyyət vəsiqəsində doğum ili 1965-ci il qeyd olunsa da, doğum günü və ayı yazılmamışdır. Şəxsiyyətini təsdiq edən sənəddə doğum günü və ayı yazılmasa da ərizəçiyə məxsus 689998 nömrəli hərbi biletdə doğum tarixi 20 aprel 1965-ci il kimi qeyd olunmuşdur. Ərizəçinin valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün doğum haqqında şəhadətnaməsi lazım olduğundan həmin sənədi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, 1962-1968-ci illər Maraqlı şəxs üzrə ilkin və 1966-1983-cü illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə ərizəçinin doğum haqqında akt qeydi yoxlanılmış, lakin ərizəçinin doğumu haqqında hər hansı məlumat olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Ərizəçi 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində doğumunun qeyd edilməsi, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin İsmayıllı rayonun Mican kəndi, atasının 27 dekabr 2014-cü il tarixdə vəfat etmiş X11, anasının 20 fevral 2015-ci il tarixdə vəfat etmiş X12 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin 20 aprel 1965-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olduğunu təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.2-ci bəndində göstərilmişdir ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi, ərizəçinin şəxsiyyət vəsiqəsində doğum günü və ayı göstərilməsə də ona məxsus hərbi biletdə doğum tarixinin 20 aprel 1965-ci il göstərilməsi əsas götürülərək, habelə ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə bu fakt təsdiq olunduğundan, ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer İsmayıllı rayonun Mican kəndi, doğulduğu tarix 20 aprel 1965-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı şəhəri, atası 27 dekabr 2014-cü il tarixdə vəfat etmiş X11, anası 20 fevral 2015-ci il tarixdə vəfat etmiş X12 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar