Məhkəmə qərarları › İş №2(037)-1174/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1174/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1174/2024 16.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə 16 dekabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə onun mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 58,2 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh olan qardaşı qızı Cavabdeh2 rəsmi nikahda olduğu əri Cavabdeh1 ilə son iki ildən çoxdur onun və oğlunun yaşadığı iki otaqlı fərdi yaşayış evinə yerləşərək evi tərk etmək istəmirlər. Belə ki, mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində yaşadığı evdən başqa boş olan iki fərdi yaşayış evi də mövcuddur. Cavabdehlərə köçüb boş evlərdən birində yaşamaları təklif edilsə də qəbul etmirlər. Bu səbəbdən o, yanında qalan oğlunu evləndirə bilmir. Cavabdehlər mülkiyyətində olan fərdi yaşayış evinə qanunsuz girib yaşamaqla onun mülkiyyət hüququnu pozmuşlar. Cavabdehlərin övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə onun mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının vəkili/nümayəndəsi Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Cavabdeh2 iddiaçının qardaşı qızıdır. X4 rayonu Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Bundan dərhal sonra X16 həmin əmlakı İsmayıllı rayon Notariat Ofisində təsdiq etmiş, 16 may 2024-cü il tarixli, reyestrdə 40-472 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya hədiyyə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 07 iyun 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının həmin miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisali miras ǝmakın yerləşdiyi ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 göstərilsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 kimi göstərilmişdir. Miras qoyan mərhum X1 iddiaçını evləndirmiş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvada həyətyanı torpaq sahəsi almasına və fərdi yaşayış evi tikməsinə yardım etmiş, X10 da ailə həyatı quraraq başqa ünvanda yaşamasına yardım etmişdir. X11 mərhum X3 oğlu olduğundan bütün əmlakını ona vermiş, hətta bundan ötrü adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Ona həvalə edilmiş tapşırığı icra edilənə kimi X9 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayır. Cavabdeh2 ən azından həmin evdən istifadə hüququ vardır. Həmin əmlaka dair guya X2 rayonu Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı X12 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ümumiyyətlə saxtadır. Göründüyü kimi, miras qoyan X9 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X11 və ailə üzvləri olmuşdur. Mirasın açıldığı 29 yanvar 2015-ci il tarixdən mirası qəbul edib 9 ildir ki, sahiblik etmişlər. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edir və bu səbəbdən hazırki mülki işin icraatının dayandırılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı X13r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə X8 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr, 1 otaqlı olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmışdır. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X4 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı X13r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRXnın qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə X8 verilmiş **********42- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr, 1 otaqlı olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X10 adına qeydə alınmışdır. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmalarını tələb edir, cavabdehin vəkili/nümayəndəsi isə Cavabdeh2 ən azından istifadə hüququ olduğunu qeyd edərək çıxmaqdan imtina etdiyini bildirir. Məhkəmə Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 izahatına münasibətdə qeyd edir ki, Cavabdeh2 vəkili/nümayəndəsinin Vəkil1 sözügedən məsələ ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirərək bu səbəbdən hazırki mülki işin icraatının dayandırılmasını xahiş edir. Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsi və ona əlavə olunmuş sənədləri təqdim etmişdir. Məhkəmə tərədindən həmin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilib-edilməməsi araşdırılmamışdır. Hazırki halda qeyd olunan iddia ərizəsi məhkəmənin icraatında olmamışdır. Buna görə də məhkəmə hazırki işin icraatının dayandırılmasını məqsədə müvafiq hesab etmir. Mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Cavabdehlərin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Buna baxmayaraq cavabdehlər övladları ilə birlikdə hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehlərin iddiaçının ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə 2024-cü ildə dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5–ci və Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013–cü il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228–ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin, mülkiyyətçinin ailə üzvü olub–olmamaları məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş qızının “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, əminin qardaş qızını saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2– ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2–ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının ailə üzvləri olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4–cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013–cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009–cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4–cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin hazırki mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından, ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar