Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-1202/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X22 oğlunun katibliyi ilə Ərizəçi nümayəndəsi Vəkil, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 09 may 1953-cü il tarixdə doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində anasının X11, atasının X19, doğulduğu yerin İsmayıllı rayonun Mican kəndi, doğulduğu tarixin 09 may 1953-cü il, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayonun Qubaxəlilli kəndi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Vəkil məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi ərizəni onunla əsaslandırılmışdır ki, o 09 may 1953-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olmuşdur. X1 və X11 olmuşdur. Orta məktəbi 8-ci sinifə kimi İsmayıllı rayon Mican kənd məktəbində, 9-10-cu sinifi isə İsmayıllı şəhər 1 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirdikdən sonra 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə qəbul olunmuş, 1975-ci ildə həmin Universiteti kimya müəllimi ixtisası üzrə qutararaq İsmayıllı rayonun Qubaxəlili kəndində müəllim işləyir. 22 iyul 1977-ci ildə ailə qurmuş, 22 may 1978-ci il tarixdə X12 adlı bir övladı doğulmuşdur. X6 12 avqust 1982-ci il tarixdə, anası X13 isə 03 oktyabr 2006-ci il tarixdə vəfat etmişlər. Ərizəçi və valideynləri vətəndaşlığı olmayan şəxslər kimi daimi olaraq Azərbaycan Respublikasının İsmayıllı rayonunda yaşamışlar. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün 2023-ci Azərbaycan Respublikası Prezidentinə müraciət etmiş və Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2024-ci il tarixli 4276 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşı kimi müvafiq sənədlərin alınması üçün əlaqədar qurumlara müraciət edərkən müəyyən olunmuşdur ki, ərizəçinin doğum şəhadətnaməsi yoxdur. Maraqlı şəxsnə müraciət emiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, "onun doğumu haqqında akt qeydi 1950-1956-cı illər Maraqlı şəxs üzrə ilkin və 1950-1971-ci illər bərpa akt qeydləri üzrə, habelə "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ərizəçi 26 yanvar 2024-ci il tarixdən Azərbaycan Respublikasının vətəndaşıdır və müvafiq sənədlərin alınması üçün ona doğum şəhadətnaməsi lazımdır. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş və 2024-cü ilin fevral ayında əri X5 məxsus təsərrüfatda qeydiyyata düşmüşdür. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X14 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi doğum haqqında təkrar şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, onun doğum haqqında akt qeydi 1950-1956-cı illər Maraqlı şəxs üzrə ilkin və 1950-1971-ci illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Ailəsini yaxından tanıyır. Ərizəçinin qardaşı ilə dost olmuşlar, bacısı isə onun bacısı ilə bir sinifdə təhsil almışlar. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Ərizəçi 2024-cü ilin yanvar ayından Azərbaycan Respublikasının vətəndaşıdır və həmin ilin fevral ayından ona məxsus təsərrüfatda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR seriyalı 024914 nömrəli vəsiqənin surətindən görünür ki, 09 may 1953-cü il tarixdə İsmayıllı rayonunda doğulmuş Ərizəçi Miqrasiya İdarəsi tərəfindən 06 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi verilmişdir. - A-İ seriyalı 008334 nömrəli diplomun surətindən görünür ki, ərizəçi 1970-ci ildən 1975-ci ilədək Azərbaycan Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. - İ- ЖГ seriyalı 422540 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi arasında 22 iyun 1977-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Xeyxami, arvada Nikpur soyadı verilmişdir. - İİ-ЖГ seriyalı 388283 nömrəli 14 avqust 1983-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 avqust 1982-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 206572 nömrəli 05 oktyabr 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 oktyabr 2006-cı il tarixdə vəfat etmişdir. - V-ЖГ seriyalı 415695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 may 1978-ci il tarixdə doğulmuş X8 ata adı X9, ana adı Ərizəçi qeyd olunmuşdur. - İsmayıllı RİHB-nın Qubaxəlilli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 fevral 2024-cü il tarixli 33 nömrəli çıxarışdan görünür ki, ərizəçi 05 fevral 2024-cü il tarixdə X5 məxsus təsərrüfatda qeydiyyata düşmüşdür. - Dövlət Miqrasiya Xidməti X18 İdarəsi tərəfindən verilmiş 30 yanvar 2024-cü il tarixli 5 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2024cü il tarixli 4276 nömrəli sərəncamı ilə 9 may 1953-cü ildə Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olmuş Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. - Maraqlı şəxs tərəfindən verilmiş 22 avqust 2024-cü il tarixli 3-16-5/8-15-345/2024 nömrəli məktubundan görünür ki, ərizəçinin doğum haqqında akt qeydi 1950-1956-cı illər Maraqlı şəxs üzrə ilkin və 1950-1971-ci illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi 09 may 1953-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra 1970- 1975-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil almışdır. Ərizəçi 22 iyun 1977ci il tarixdə X9 ilə ailə qurmuş, ailə qurduqdan sonra soyadını dəyişməmişdir. X4 12 avqust 1982-ci il tarixdə, anası X15 isə 03 oktyabr 2006-cı il tarixdə vəfat etmişlər. Miqrasiya İdarəsi tərəfindən ərizəçiyə 06 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2024-cü il tarixli 4276 nömrəli sərəncamı ilə Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş, 05 fevral 2024-cü il tarixdə əri X5 məxsus İsmayıllı rayonun Qubaxəlilli kəndində təsərrüfata qeydiyyata düşmüşdür. Müvafiq sənədləşmə aparılması üçün ərizəçidən doğum haqqında şəhadətnamə tələb olunmuş, lakin əizəçinin doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən olunmuşdur. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ərizəçinin doğum haqqında akt qeydi 1950- 1956-cı illər Maraqlı şəxs üzrə ilkin və 1950-1971-ci illər bərpa akt qeydləri ürzə, habelə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlanılmış, lakin doğum haqqında akt qeydi aşkar olunmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Ərizəçi 09 may 1953-cü il tarixdə doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində anasının X11, atasının X19, doğulduğu yerin İsmayıllı rayonun Mican kəndi, doğulduğu tarixin 09 may 1953-cü il, milliyyətinin azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayonun Qubaxəlilli kəndi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin 09 may 1953-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində anadan olduğunu təsdiq edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, ərizəçinin 09 may 1953-cü il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulması, atasının X19, anasının X11 olması ərizəçinin izahatı, şahidlərin ifadəsi və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer İsmayıllı rayonun Mican kəndi, doğulduğu tarix 09 may 1953-cü il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonun Qubaxəlilli kəndi, X6, anası X11 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1202/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-1202/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver