Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-1215/2024 09.12.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1,Mı̇ təlova Şəhla Fərhad qızı və Əsgərlı̇ Müşvı̇ q Fərhad oğluna qarşı mənzildən çıxarılma tələbinə dair ərizəsi üzrə mülki işə 09 dekabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1, Mı̇ təlova Şəhla Fərhad qızı və Əsgərlı̇ Müşvı̇ q Fərhad oğlunun İsmayıllı şəhəri,ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılması,həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh1, Mı̇ təlova Şəhla Fərhad qızı və Əsgərlı̇ Müşvı̇ q Fərhad oğlu məhkəmə iclasına gəlmədiklərindən onların iddia ərizəsinin geri qaytarılmasına dair ərizəyə münasibət bildirmələrini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, cavabdehin ərizəyə münasibətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər,yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən və Cavabdeh3 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Mı̇ təlova Şəhla Fərhad qızı və Əsgərlı̇ Müşvı̇ q Fərhad oğluna qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-1215/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-1215/2024
09.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver